TÜRKCӘMİZDӘ QADIN VӘ ӘRKӘK AYRIMÇILIĞI İLӘ CİNSİYӘTÇİLİK, QAVRAMLAR VӘ ÖRNӘKLӘR
Mehran Baharlı
2011
Sözümüz
Dil vә gәrçәkliyin qarşılıqlı etgilәşimi
Düşüncә vә dünyanı alqılayış ilә davranışlarımız dillә biçimlәndiyi kimi, dilin özü dә bunlardan sürәkli olaraq etgilәnmәkdәdir. Gәrçәklik durmadan dili etgilәyir vә dil dә aralıqsız yeni gәrçәklik yaradır. Başqa bir deyişlә dil hәm var olan gәrçәklәri yansıdır, hәm dә beyindә yeni vә başqa gәrçәkliyin oluşumuna qatqıda bulunur. Bundan dolayı dilin dәyişmәsi gәrçәkliyin dәyişmәsi demәk olduğu kimi, gәrçәklik dәyişincә dә dil dәyişmiş olur.
Dil qonusu feminizm çalışmalarında özünә mәrkәzi bir yer edinmişdir. Toplumların hәr alanında vә bu arada gәlәnәklәr, bütәm (din), yasalar, ortal (mediya), görksözdә (әdәbiyat), .... ) olduğu kimi, dildә dә qadına qarşı ayrımçılıq vardır. Qadın, dil aracılığı ilә dә ayrımçılığa uğrayıp basqı altında tutulur. Hәtta dil, qadına qarşı ataәrkil bir düşüngәnin (ideolojinin) güclü aracına çevrilәbilәr.
Bir toplumun dili incәlәnәrәk o toplumun cinsiyәtlәrә baxışları, onlara biçdiklәri oynamlar (rollar), güc dağılımı vә toplumun önyarqıları gözlәmlәnәbilәr. Dildәki deyimlәr bu qonuda çox önәmli ipucu vә qaynağı oluşdururlar. Әril (müzәkkәr) dil, әrkәyi norm olaraq alır vә qadını görünmәz qılır. Bunun da ötәsindә, var olan dil düzәni (sistemi), görksöz, atasözlәri, arqo, söyüşlәr, günlük qonuşma dili vә ortal aracılığı ilә qadın vә onun eşәlliyini (cinsәlliyini) aşağılayır, qadını gücün (mәcburi) oynamlara (rollara) soxur. Әril dil qadına qarşı saldırqan bir dildir.
Dil tәkcә bizim necә düşündüyümüzü yansıtmır, eyni anda o bizim necә düşündüyümüzә biçim dә verir. Dil üzәrindәki әrkәk hakimiyәti yalnız düşüncәni deyil, gәrçәkliyi dә biçimlәndirir. Bunun dildәmli (mәntiqli) sonucu olaraq, dili denәtlәmәk (kontrol etmәk), düşüncәlәri dә denәtlәmәkdir. Qadınları aşağılayan vә siliklәşdirәn degi (kәlmә) vә ya deyimlәrin sürәkli olaraq qullanılması, qadınların gәrçәkdәn dә aşağılıq vә silik olduğu varsayım vә inancını beyinlәrdә yerlәşdirir. Bu da zamanla ayrımçı vә cinsiyәtçi toplumların yaranmasıyla sonuclanır. Bundan dolayı eşeyçi (cinsiyәtçi-sexist) bir dil, tözlü (radikal) bir biçimdә arıtlanaraq yenidәn yapılandırılmalı vә gәrәkirsә yeni dәrim (termin) vә degilәr (kәlmәlәr) törәdilәrәk cinsiyәtlәr açısından yansız (nötr) vә qapsayıcı (inclusive) bir dil durumuna gәtirilmәlidir.
Eşeyçi (cinsiyәtçi) dillәr vә әkinclәr (kültürlәr)
İngilizcә vә bir neçә dil istisna olmaq üzәrә Hind avropa dil oğuşu (âilәsi), habelә Sâmi dillәri dilbilgisi açısından cinsiyәtçidirlәr. Ural Altay dillәri isә dilbilgisi açısından deyil, ancaq sözcük, deyim vә ataanasözlәri yönlәrindәn cinsiyәtçidirlәr. Altay dillәrindәn olan Türkcәdә üçüncü şәxs tәkil adılında (zәmirindә) dişi vә әrkәk üçün ayrı sözcüklәr yoxdur vә bunların hәr ikisi tәk O adılı ilә anlatılır. Bu nәdәnlә Türkcә dilbilgisi açısından cinsiyәtçi dillәr arasında sayılmaz.
Türkcәnin dilbilgisi açısından cinsiyәtçi olmamasına qarşın, Türk әkinci (kültürü) özәlliklә İslam bütәmi (dini) vә Tacik – Dәri - Fars dünyasıyla tanışdıqdan sonra ataәrkil bir yapıya yiyә (sâhib) olmuşdur. Bu vә başqa bir sıra nәdәnlәrdәn dolayı günümüz Türkcәsi cinsiyәtçi vә qadını ikincil görәn öyәlәrlә (unsurlarla) doludur.
Azәrbaycan Türkcәsinә gәlincә, gözlәmlәnәn maraqlı bir olqu daha vardır. O da, cinsiyәtçi dili qullanmada iki aşırı yönәtgil (siyâsi) uc sayılan kökdәndinçi İslamçılarla qatı komunistlәr arasında önәmli bir fәrqin olmadığıdır. Bunların ikisi dә cinsiyәtçi dil qullanma vә bu alanda tutuculuq vә gәlәnәkçilik baxımlarından bir birinә çox bәnzәmәkdәdirlәr. Әslindә Quzey Azәrbaycanın aşırı cinsiyәtçi olan rәsmi-әdәbi dili Azәrbaycancanın, böyük ölçüdә Sovyet dönәmi komunist yönәtiminin ürünü olduğu, bu açıdan olduqca anlamlı bir oluntudur (fenomendir).
Türkcәmizdә qadın vә әrkәk ayrımçılığı vә cinsiyәtçi anlayışın yansımaları
Bu yazqada (mәqâlәdә) ayrıntılara girmәdәn Türkcәmizin cinsiyәtçi boyut vә yönlәri vә ardında onun cinsiyәtçilikdәn arınmasının neçә yoluna dәyinmişәm. Doğalın (әlbәttә) yeni dil vә yeni gәrçәkliklәr yaratmaq, uzun vә yorucu bir sürәcdir. Mәnim amacım da bunları yapmaq deyildir. Amacım bu qonuya diqqәtlәri çәkmәk vә duyarlılıq yaratmaq yolunda ilk addımı atmaqdır.
Bu doğrultuda Azәrbaycan Türkcәsindә cinsiyәtçi anlatımları aşağıda toparlamışam. Bunları neçә bölümә ayırmaq olar:
Qadını yox sayan vә görmәz qılan әril anlatımlar (ifâdәlәr),
Qadını cinsәl bir nәsnә göstәrәn anlatımlar,
Qadını әrkәyin sâhib olması vә denәtlәmәsi gәrәkәn bir nәsnә göstәrәn anlatımlar,
Qadını, ağlı, seçim vә zevqlәri ilә cinsәnlliyini kiçimsәyip aşağılayan anlatımlar,
Qadını bәlli oynamlara (rollara) soxan anlatımlar,
Qadın vә әrkәk üzәrindәn ikiliklәr sunaraq cinsiyәtçilik yapan anlatımlar,
Qadın vurqusu yaparaq qadını ötәkilәşdirәn anlatımlar,
Qadını çeşitli kimliklәrә yansıdaraq cinsiyәtçilik yapan anlatımlar,
Әrkәk üzәrindәn cinsiyәtçilik yaradan anlatımlar,
Qadın vә әrkәk oynamlarını (rollarını) ayıran anlatımlar,
Әrkәyi ucaldaraq vә öyәrәk cinsiyәtçilik yapan anlatımlar,
Xitab etdiyi cinsiyәt baxımından әril olan anlatımlar
vs.
Adam (Adam öldürmә, adam başına doktor, ...): Qadın, kökәn olaraq әrkәyi anlatan (ifâdә edәn) Adam kәlmәsinin içindә yer almayıp, onun tanımı dışında qalmaqdadır. Günümüzdә isә Adam kәlmәsinin hәm insan hәm әrkәk anlamında olması, qadının varlığını siliklәşdirmiş vә yox saymışdır.
Adam olmaq, adam kimi, adam yerinә qoymaq, adam saymaq, adam eylәmәk, ...: Bu deyimlәrdә әrkәk anlamında olan adam kәlmәsi qadının varlığını siliklәşdirmiş vә yox saymışdır. Buna әk olaraq buradakı Adam`lı anlatımlarin hamısı olumlu anlamlar içәrmәkdә, әrkәkliyi öyәrәk ucaldıp alqışlamaqda vә bu üstün özәlliklәrin әrkәklәrә âid olduğu kimi gizli anlamlar daşımaqdadır.
Oğlu (insanoğlu, ...): Bu kәlmәnin daşıdığı açıq anlam, qadınları da içәrәcәk biçimdә qullanılmasına izin vermir. Burada da qadının siliklәşmәsi vә yox sayılması söz qonusudur.
Soyadlarda -oğlu әki: Oğlu ilә bitәn soyadları, oğuşun (âilәnin) bütün uşaqlarının әrkәk olduqları vә aralarında dişi bir uşağın olmadığı izlәnimini verir. Burada qadının görmәzdәn gәlinmәsi vә yox sayılması söz qonusudur.
Ata (atayurd, ata yâdigarı, atadan qalma): Bunlar әski vә bayrı (bastan) insanları anlatmaq üçün işlәdilir. Ancaq gәrçәkdә yalnız әrkәklәri anlatır (ifâdә edir). Bu anlatımlar qadınları görmәzdәn gәlәn vә yox sayan bir anlayışın yansıtmasıdır.
Atalarsözü: Bu deyim, sankı bütün söylәnәn vә geçmişdәn günümüzә gәlәn sözlәri әrkәklәr söylәmiş, bu alanda nә varsa hamısını әrkәklәr ürәtmişdir vә bunların ortaya çıxarılmasında qadınların heç bir oynamı olmamışdır izlәnimi yaradır. Bu dildәm (mәntiq), qadınların yox sayılması vә görmәzdәn gәlinmәsi yolu ilә cinsiyәtçilik yapma örnәyidir.
Әr, Әri: Әski Türkcәdә әr sözü bütünüylә әrkәk anlamındadır, ancaq әski zamanlardan bәri Türk kültüründә insan anlamında da qullanılmışdır. Boy vә oymaq adlarında (Xәzәr, Ağacәri) әr sözü kitlәni tәmsil edәr vә bu kitlә yalnız әrkәklәrdәn oluşur izlәnimini yaradır. Bu da qadını yox sayan cinsiyәtçi bir anlayışın dilә yansımasıdır.
Sözünün әri, Әrәn (evliya), Әrdәm (fәzilәt): Әrkәk anlamında olan әr kökündәn yapılmış bu kimi anlatımlarda әr bölümü, qadını görünmәz yapır. Ayrıca bu deyim vә degilәr, әrә olumlu anlamlar yüklәyәrәk, әrkәyi ucaldıp alqışlayır vә bu mәziyәtlәrin yalnız әrkәklәrә âid olduğu gizli anlamını daşımaqdadırlar.
Kişilik: Bu kәlmә kişi olma durumu vә kişicә davranış, igitlik anlamlarındadır. İgitlik anlamı әrkәyә öygünün dilsәl bir yansımasıdır (Kişinin yanında baş kəsərlər. Kişi tüpürdüyünü yalamaz. Kişinin sözü bir olar. Kişi kimi ol, qorxaq olma. Kişi kimi söz ver, ...).
Kişi qeyrətli qadın: Türk ataanasözlәrindә üstün özәlliklәrin әrkәklәrin tәkәlindә olduğu düşüncәsi köklü olup gәniş yer almaqdadır. O dәnli ki bir insanı yüksəltmək istərkən onu әrkәyә, alçaltmaq istərkən dә qadına bənzətmәk gәrәkli vә yetәrlidir. Kişi qeyrәtli qadın örnәyindә olduğu kimi, bir sıra olumlu sanılan sifәtlәr qadınlara isnad edilәndә bilә, bu iş onları әrkәklәrә bәnzәdәrәk yapılır.
Mәrdânә, Nâmәrd, Cömәrd, Mәrd-i mәrdânә....: Farscadan alıntı olaraq Türkcәyә girәn bu kәlmәlәr özlәrindә tam bir ortaçağ cinsiyәtçi anlayışı yansıdırlar. Farsca Mәrd (Әr) kәlmәsinin kömәyi ilә yapılmış bu deyimlәrin hamısı, әrkәyin üstün özәlliklәrini vurqulayırlar. Bu anlatımlarda olumlu anlam daşıyan Mәrd bölümü, bu özәlliklәrә sâhib olanlar arasında qadını görünmәz yapmaqdadır. Bu deyimlәr ayrıca әrkәyi ucaldıp alqışlayaraq, kişicә davranış, igidlik vә әli açıqlıq kimi üstünlüktlәrin, yalnız әrkәklәrә âid olduğu gizli anlamını daşımaqdadırlar. Bu kәlmәlәr әrkәyә öygünün dilsәl yansıması vә әrkәklәri ucaldaraq dildә cinsiyәtçilik yapmanın örnәyidirlәr.
Arvat: Әski Türkcәdәki Uraqat kәlmәsinin dәyişgәsi olan Arvat kәlmәsi, qadın anlamında olup, әr vәya kişinin qarşılığıdır. Arvat sözü ilk başda yansız bir kәlmә ikәn daha sonralar ona olumsuz çağrışımlar yüklәnmiş vә qullanılması qaçınılır olmuşdur. Günümüz Türkcәsindә- özәlliklә Quzey Azәrbaycan vә Türkiyәdә- arvat aşağılama sözcüyü olaraq görülür vә çәkinilmәsi gәrәkәn, ayıb vә arqo bir kәlmә diyә alqılanır. Oysa әrkәklәr haqqında işlәdilәn Әr vә ya Kişi kәlmәlәri belә olumsuz anlamlar daşımamaqdadırlar. Bugün Arvat yerinә daha nәzakәtli vә kibar olduğu sanılan Qadın vә Türkiyәdә Bayan kәlmәlәri qullanılmaya başlanmışdır.
Arvat kimi ağlamaq: Qadının zәyif olduğunu vurqulayır. Bu kimi anlatımlar gәnәldә әrkәklәri aşağılamaq vә kiçik düşürmәk üçün qullanılır. Çünkü әril cinsiyәtçi dildәmindә (mәntiqindә) qadın vә qadın kimi olmaq, aşağı vә alçaq olmaqla eşitdir. Bu deyim, qadın vә әrkәk rollarını ayıran, qadını bәlli bir rola soxan vә qadınları aşağılayan anlatım örnәyidir.
Arvad kimi dır dır, Arvad kimi söz gəzdirmək, Arvat kimi dalca danışmaq, ...: Bu anlatımlar qadını aşağılayan vә bәlli düşük düzeyli vә olumsuz davranışları qadınlara mal edәn anlatımlardır. Oysa dilimizdә (kişi kimi) deyimini içәrәn anlatımlar, haqqında işlәdilәn şәxsi öymәk vә ucaltmaq üçün qullanılır. Örnәyin (kişi kimi qadın) anlatımı, qadının güclü vә becәrikli anlamında olup öygünü bәlirtmәkdәdir.
Arvat hamamı: Hamının birdәn danışması vә çox gürültülü yer anlamındadır. Burada qadınların gәrәksiz, çox vә yüksәk sәslә qonuşma imajı yaradılır. Oysa dilimizdә bu anlamda kişi hamamı deyimi yoxdur.
Qız: Bu kәlmәnin anlamlarından biri cinsәl ilişkidә bulunmamış dişi vәya bâkirәdir. Burada cinsәl ilişkidә bulunmuş vә bulunmamış dişilәr üçün iki ayrı kәlmәnin varlığı (qız, qadın) görülür. Oysa әrkәklәr üçün belә bir ayırım yoxdur. Bu ifâdә, qadını cinsәl bir nәsnә olaraq sunan cinsiyәtçi bir anlatımdır.
Qız almaq, qız vermәk, qız istәmәk, arvat almaq, әrә vermәk: Türkcәmizdә bunların qarşılığı olacaq oğlan almaq, oğlan vermәk, oğlan istәmәk, qıza vermәk, .... deyimlәri yoxdur. Bu deyimlәr, qızın alınıp verilәn bir nәsnә, dәyiş toxuş edilәbilir bir arac olduğunu göstәrir, qadını әrkәklәr tәrәfindәn sâhib olunan bir nәsnә olaraq sunur.
Turşamış qız, evdә qalmış qız: Bu kimi deyimlәr istәnilmәyәn, yeylәnmәyәn qızlar üçün işlәdilir. Oysa Türkcәmizdә әrkәklәr üçün bunların qarşılığı yoxdur. Çünkü Türk toplumun gözündә subay qalmış bir әrkәyin aşağılanası vә utanılacaq bir yanı yoxdur.
Qız qandırmaq, Qız tavlamaq: Bu iki deyim әski Türkcәdә qandırmaq (birini yaxşıca vә doyurucu biçimdә başa salmaq) vә tablamaq (râzi etmәk) anlamlarında olan mәsdәrlәrdәn yapılmışdır. Ancaq bu mәsdәrlәr bugün ilkin anlamlarını itirәrәk, aldatmaq anlamını qazanmışlardır. Bu durumda günümüzdәki qullanımları qızları cinsәl nәsnә olaraq vә qolayca aldatılacaq kimsәlәr olaraq tәsvir etdiyindәn dolayı, cinsiyәtçi deyimlәrdirlәr.
Qız kimi tez inciyәn, burcudan, ... : Bu kimi qullanımlar (Qız kimi qorxaq, qız kimi burcudursan, tez inciyәn qız kimi olmusan, ...) gәnәldә әrkәklәri kiçimsәmәk vә aşağılamaq üçün qullanılan anlatımlardır. Sankı әrkәklәr üçün aşağılanmanın yolu, qız kimi olmaq vә davranmaqdan geçәr.
Qız kimi tәzә: Bir nәsnәni tanımlamaq üçün qullanılan (qız kimi maşın almışam, qız kimi tәp tәzә, ...) anlamı, sözü edilәn nәsnәnin әl dәymәmiş vә yeni oluşudur. Bu deyim qadının dış görünüşü vә cinsәlliyini çağrışdırır.
Qadın incə varlıqdır: Qadınlar haqqında söylәnәn incә kimi sözlәrin, ilk baxışda olumlu bir anlam daşıdıqları düşünülәbilir. Ancaq bu anlatımı qullanan әrkәklәrin çoxu belә bir sözün özlәrinin haqqında söylәnmәsini kәsinliklә istəməz.
Ev xanımı, hayat qadını: Bu anlatımlar qadınları bәlli rollara soxur vә bu kimliklәrlә qadınlıq arasında bağ qurur. Bundan dolayı da bu deyimlәrin әrkәklәr üçün qarşılığı yoxdur.
Bacı: Bir әrkәk bir qadına Bacı diyә xәtab edәrkәn, ona mәn sәnә bacım gözüylә baxıram vә sәni qadın olaraq görmürәm demiş olur. Bu da qadına bacı diyә xәtab edәn әrkәyin gözündә qadınların cinsәl bir nәsnә olduqlarını vә onun da sözü gedәn qadına bir cinsәl nәsnә olaraq baxdığını, ancaq belә bir niyyәti olmadığını anlatmış olur.
Ata ocağı, Dәdә malı, atababa qәbristanlığı, baba evi: Bu anlatımlar ekonomik gücün atada vә babanın evin sâhibi vә başçısı olduğu düşüncәsinin sonucudur. Bunlar ortaçağdan qalma qadının yox sayılma anlayışının dildә yansımalarıdır.
Devlәt adamı, iş adamı, ...: Bu kimi anlatımlar qadının iş dünyası, ekonomi, yönәtgi (siyâsәt) kimi bәlli alanların dışında olduğu vә doğa ya da oynamından (rolundan) dolayı bu alanlarda yer alamayacağını içәrir. Әk olaraq, bu alanların әrkәk alanları olduğu vә gücün tәkcә әrkәyin әlindә olabilәcәyinә vurqu yapır.
Atabәylik qurumu, tәriqәt dәdәsi, bir düşüncәnin babası, Bәy balası yerdә qalmaz, ...: Bu kimi anlatımlar qadınların ötәyin (târixin) içindә görmәzdәn gәlindiyi vә yox sayıldıqlarını qanıtlayır.
Rәfiqә, Müәllimә, Şâirә, Rәqqâsә, Aktris ... : Bu anlatımlar daha çox Quzey Azәrbaycanın tuğralı (rәsmi) vә görkül (әdәbi) dilindә işlәkdirlәr. Çoxu Әrәbcәdәn alınma bu sözcüklәr, Türkcәdә yeri olmamasına qarşın, ilgili alanları әril vә dişil diyә ikiyә ayıraraq cinsiyәtçilik yapır. Bu kәlmәlәr qadınların ilgili alanlarda olmasının az görülür ya da maraqlı olduğu izlәnimini oyandırır.
Qadın tâcirlәri; Qoca, qadın, uşaq demәdәn, ..: Bu kimi deyimlәr qadınların әrkәklәrә görә ikincillik vә zәyifliyi îma edir.
Ana ürәyi, Analıq vurqusu, ...: Bunlar qadın vә әrkәk rollarını ayıraraq cinsiyәtçilik yaradan anlatımlardır. Güney vә Quzey Azәrbaycanda İslami dinçi vә komunist görksözün (әdәbiyatın) qadının analıq görәvinә vurqu yapması, bu düşüngәlәrin (ideolojilәrin) baxışına uyqun olaraq, bunların qadının әsli işi vә özәlliklәri olduğu düşüncәsini yerlәşdirmәk istәmәlәri ilә ilgilidir.
Vәfâlı qadın, ana bacı nâmusu, iffәtli arvat: Bu anlatımlar qadını әn uc biçimdә cinsәl bir nәsnә olaraq göstәrәn, bunların açığa vurulmasının isә ayıb olduğunu söylәyәn anlatımlardır. Bu kimi anlatımlar, onları qullananların, özәlliklә İslamçı dinçi vә komunist әdәbiyatın qadının cinsәlliyini aşırı dәrәcәdә önәmsәndiyini göstәrir.
Qadın haqları: Bu kimi anlatımlar dişilik vә qadına vurqu yaparaq onu ötәkilәşdirir.
Qardaş ölkә, hәyә qardaş, qardaş şәhәr: Bu kimi anlatımlar xәtâb etdiklәri cinsiyәt baxımından әrildirlәr.
Şaxta Baba: Yansız bir kәlmә yerinә Sovyet Azәrbaycanında Ruscadan doğrudan çeviri yoluyla ürәtilmiş bu әril kәlmәnin (Türkmәnistanda Aýaz Baba, Tatarıstanda Qış Babay, Özbәkistanda Qor Bobo, Türkiyәdә Noel Baba), o dönәm komunist yönәtimdә dildә cinsiyәtçi anlayışın varlığının qanıtı olaraq dәyәrlәndirilmişdir.
Qocalmaq, qarımaq: Әski Türkcәdә yaşlanmaq qarşılığında bu iki kәlmә var idi. Bu durum, qadın vә әrkәk üzәrindәn ikilik sunaraq dildә cinsiyәtçiliyin örnәyi idi. Bugün qarımaq mәsdәri unutularaq yerini böyük ölçüdә, hәr iki cins üçün, qocalmaq mәsdәri almışdır. İlk başda yalnız әrkәklәr üçün işlәdilәn qocalmaq`ın bugün qadınlar üçün dә işlәdilmәsi, dildә qadınların varlığını görmәzdәn gәlmә vә siliklәşdirmәnin örnәyidir.
Arvatbaz, Qadınpәrәst: Bu kimi anlatımlar qadını әrkәklәrcә eylәnmәk üçün qullanılan cinsәl bir nәsnә olaraq göstәrir.
Yosma, Cında, Qәhbә: Qadınların cinsәlliyini önә çıxardan, onları bәlli olumsuz rollara itәn bu kimi anlatımların әrkәk qarşılıqları yoxdur. Qadınlara özgü olan bu degilәr, aşağılama amaclı söyüş olaraq da qullanılır.
Söyüşlәr (Oğraş, gic dıllaq, M-Sözü): Türkcәmizdә söyüşlәrin önәmli bir bölümü qadınlara qarşı cinsiyәtçilik içәrir. Qadınların cinsәlliyini önә çıxardan vә alçaq sayan bu söyüşlәr, gәnәldә әrkәklәri aşağılamaq üçün işlәdilir vә qadınlara verilәn rollar (Oğraş: anasını vәya bacısını fâhişә edәn adam anlamında), vәya qadınların gövdә vә cinsәl orqanları ilә ilgilidir (Gic Dıllaq: hәrәkәtini bilmәyәn, danışığını itirәn adam anlamında, ya da M-Sözü: Burada qadın cinsәl orqanının adı tәk başına söyüş olaraq işlәdilir). Bu kimi söyüşlәr әn aşağılıq vә әn dәyәrsiz sayılanı göstәrirlәr.
S-Sözü: Türkcәdә әrkәk vә qadının cinsәl birlәşmәsi anlamında olan mәsdәr (S-Sözü), әrkәyin cinsәl orqanının adından törәmişdir. Qadın vә әrkәyin cinsәl birlәşmәsini ortaqlaşa gәrçәklәşdirilәn bir eylәm deyil dә, yalnız әrkәyә bağlayan vә qadını yox sayan vә görmәzdәn gәlәn bu deyim, bütünüylә vә aşırı dәrәcәdә cinsiyәtçi bir anlayışdır. Oysa örnәyin İngilizcәdә bu mәsdәrin qarşılığı olan F-Word, әrkәyin cinsәl orqanı adından yapılmamışdır vә iki cins açısından yansız vә qapsayıcıdır. Zâtәn Türkcәdә cinsәl eylәmlә ilgili var olan kәlmәlәrin hamısına yaxını әrkәk dәyişgәsidir (variyantıdır) vә bunların qadın qarşılığı yoxdur. Örnәyin masturbasyonun Azәrbaycan Türkcәsindә neçә әrkәk dәyişgәsi varkәn, bunların qadın dәyişgәsi yoxdur. S-Sözü`nün dir`li biçimi, ayrıca söyüş olaraq da qullanılır. Әrkil cinsiyәtçi anlayışın buradakı dildәyi (istidlalı) belәdir: Seks eylәmindә qadın edilgәn olandır. Bir әrkәyin seks eylәmindә qadın qonumunda olması ölümlә eşitdir.
Cinsiyәçti anlayışlı bir neçә ataanasözü:
-Keçmә nâmərd körpüsündәn, qoy aparsın sel sәni: Burada әrkәyin igitcә davranış, bahadırlıq vә әli açıqlıq kimi üstün özәlliklәri vurqulanır. Bu ataanasözü әrkәyi ucaldıp alqışlayaraq, sözü edilәn mәziyәtlәrin, yalnız әrkәklәrә âid olduğu, mәrd olmayanın (nâmәrdlәrin vә bu arada qadınların) belә üstün özәlliklәrә yiyә olamayacağı gizli anlamını daşımaqdadır. Qadını görünmәz qılan bu kimi deyimlәr, әrkәyә öygünün dilsәl yansıması vә әrkәklәri ucaldaraq dildә cinsiyәtçilik yapmanın örnәyidirlәr.
-Arvat sözünә baxan arvatdan әskikdir. Arvadın yaxşısına da lә`nәt, pisinә dә: Burada qadınlar kötü vә әskik varlıqlar olaraq göstәrilir, qadın, ağlı vә davranışı aşağılanır.
-Әr atanı el atar, әr tutanı el tutar: Burada qadının tәkcә eş olaraq, o da yalnız әrinә uyması vә onun tәrәfindәn qәbul görmәsi durumunda dәyәri olduğu söylәnir.
-Qızı öz xoşuna qoysan, ya aşığa gedәr ya zırnaçıya: Qadın ağlı vә cinsәlliyi hәr alanda aşağılanmış vә denәtlәnmişdir. Burada da qızlar ağılsız vә әrkәklәr tәrәfindәn yönlәndirmә vә denәtlәnmәyә möhtac kimsәlәr olaraq göstәrilir.
-Qızını döymәyәn dizini döyәr: Burada qızların öz us (ağıl) vә anlaqları (idrakları) olmadığı, әrkәklәri tәrәfindәn yönәtilip denәtlәnmәli olduqları, ayrıca onlara qarşı şiddәt qullanılması gәrәkdiyi düşüncәsi yerlәşdirilir.
-Qızıvı itә dә versәn aldadıpsan: Burada qız uşağın dәyәrsiz olduğu vә bir an öncә ondan qurtulması gәrәkdiyi söylәnir. Qız, itlә eyni cәrgәyә yerlәşdirәrәk heyvanlaşdırılır.
-Qarının zülfü ağ olar, ürәyi qara: Qarı kәlmәsindә bir çeşit qabalıq vә gobudluq vardır. Burada ayrıca daha denәyimli olan yaşlı (qarıların), dul vs. qadınların әrkәklәrin onlardan umduğu rolları yerinә gәtirmәyәn, ard niyyәtli vә saldırqan olduqları düşüncәsi vardır.
-Arvada dişivi saydırma, İt ilә arvada e`tibar yoxdur: Burada qadının güvәnilmәz olduğu söylәnir vә heyvan düzeyinә düşürülәrәk aşağılanır.
-Arvat malı, baş toxmağı: Burada ekonomik alanın qadına âid olmadığı, qadının özünә âid malı olsa bilә, bunun heç bir yarar sağlamadığı vә sadәcә baş ağrısı olduğu iddia edilir.
-Ağlarsa anam ağlar, qalanı yalan ağlar: Bu atasözü әrkәklәrin ağlamasının olumlu qarşılanmadığı bir toplumda ağlamanın qadınlara (analara) yaraşdığını söylәmәsi açısından maraqlıdır.
Cinslәr arası daha yansız (nötr) vә qapsayıcı (inclusive) bir Türkcәyә doğru
Türkcәmizdәki cinsiyәtçi anlatımların varlığı, toplumda qadının ikinciliyinә vә ötәkilәşmә-özgәlәşmәsi ilә sonuclanır. Doğalın (әlbәttә) durumu abartmağa da gәrәk yoxdur. Türk dili vә Azәrbaycan kültürü Fars dili vә Farsistan kültürü ilә qarşılaşdırılanda çox daha az cinsiyәtçi vә cinslәr açıdan ayrımçıdır. Ancaq bu da bir gәrçәkdir ki artıq dilimiz qadın-әrkәk ayrımçılığını yansıdan öyәlәr vә cinsiyәtçi anlayışın tortularından arınıp daha ilәri bir düzey vә yenicil ölçünә (modern istandarda) qavuşmalıdır. Çünkü dilimiz cinsiyәtlәr arası ayrımçılıq vә önyarqılardan qurtulduqca, xalqımız da özgürlәşәcәkdir:
1-Atasözlәri ifâdәsi yerinә, әski mәtin vәya lәhcәlәrimizdәn hikmәtli söz anlamında olan Bögüşlü Söz kimi yansız bir kәlmә bulunmalı, ya da әn azından hәr iki cinsi qapsayan Ataanasözü kimi yeni bir deyim işlәdilmәlidir.
2-Ataanasözündә qadınları kiçimsәyәn, qadınları âciz, aşağı, yetәrsiz göstәrәn, habelә cinsiyәtçi anlayışla üstün özәlliklәri әrkәklәrә isnad edәn deyimlәri qullanmaqdan qaçınılmalıdır. Bu kimi cinsiyәtçi anlayışlı ataanasözlәri, ortaldan (mediyadan), oxul pitiklәrindәn (dәrs kitablarından) arıtlanıp çıxardılmalıdır.
3-Türk vә Azәrbaycanlı yazarlar, qoşarlar, ortal (mediya), bütün yayın vә bәlgәlәr cinsәl açıdan yansız olan Türkcә kәlmәlәri qullanmalı.
4-Yayınlarda tipik qadın rol vә özәlliyi diyә bir şeyә dәyinilmәmәlidir (qadın kimi duyqusal, kişi kimi sözünü tutan, ana ürәyi, vәfalı qadın, iffәtli arvat)
5-Cinsiyәtlәr haqqında isteriyotiplәrdәn, cinslәri bәlli rollara soxan deyim vә kәlmәlәri qullanmaqdan uzaq durulmalıdır. (Örnәyin bilim adamı, hayat qadını, ev xanımı)
6-Cinslәr arasında ayrımçılığı çağrışdıran söz vә deyimlәri qullanmaqdan çәkinmәlidir. Örnәyin fәzilәt anlamında olan Әrdәm kәlmәsi Әr kökündәn yapıldığı üçün, hәr iki cinsә eşit mәsafәli olmayıp, bu üzdәn dә cinslәr arası yansız vә qapsayıcı bir kәlmә deyildir.
7-Anlamları zamanla dәyişәn, aydın vә dәqiq olmayan, hәm әrkәk vә hәm hәr iki cins üçün qullanılmış kәlmәlәr yerinә (kişi, әr, adam, …) tәk anlamlı vә kәsin olan kәlmәlәr (әrkәk, qadın, …), vә cinsiyәtsiz kәlmәlәr (adam yerinә Türkcә Yalınıq) qullanılmalıdır.
8-Adam, Әr vә bәnzәrlәrinin işlәdildiyi kәlmәlәrdә bunların yerinә gәrәkdiyindә insan kәlmәsini qullanmalıyıq (bilim adamı yerinә bilim insanı, ...).
9-Qadını yox sayan vә görmәzdәn gәlәn kәlmә vә deyimlәr yerinә nötr olan Türkcә kәlmәlәr bulunmalı ya da yenidәn törәdilmәlidir. Örnәyin Atayurdu yerinә әski Türkcә vә bir sıra çağdaş lәhcәlәrdә vәtәn anlamında var olan Yersu kәlmәsi işlәdilәbilәr.
10-Qadın vә әrkәk ilә ilgili ikiliklәr sunan anlatımlar qullanılmamalıdır. Örnәyin hәr bir cinsiyәtin yaşlanması üçün ayrı birәr mәsdәrin varlığı (qocalmaq, qarımaq), ya da ilk başda әrkәklәrә özgü olan qocalmaq`ın bugün hәr iki cins üçün qullanılması, sorunludur. Bu iki yöntәmin yerinә cinslәr arası yansız olan Yaşlanmaq mәsdәrini qullanmaq uyqundur.
11-Türkcәdә gәnәl bir ilkә olaraq kәlmәlәrin cinsiyәti olmadığından hәrәkәtlә, әril vәya dişil (Müzәkkәr vәya Müәnnәs) Әrәbcә ya da Avropa kökәnli bir sözcüyü qullanmaq yerinә, yansız olan Türkcә kәlmәlәr işlәtmәliyik. Örnәyin aktor vә aktris yerinә yansız olan Türkcә Oynaman, Müәllim vә Müәllimә yerinә yansız olan Türkcә Öyrәtmәn, Dost vә Rәfiqә yerinә yansız olan Arxadaş, Rәqqas vә Rәqqasә yerinә yansız olan Biyiçi kәlmәsini qullanmalıyıq. Türkcәlәşdirmә yöntәmiylә qolayca cinsiyәtçilikdәn uzaq durulabilәrik.
12-Cinsiyәt ayrımı әsasında yapılmış altıntı Farsca kәlmәlәrin yerinә, cinsiyәtsiz olan Türkcә kәlmәlәr işlәdilmәlidir. Örnәyin Mәrdânә yerinә İgidcә, alpca, bahadırca, Nâmәrd yerinә alçaq, Cömәrd yerinә sәlәk, әliaçıq qullanılabilәr.
13-Arvat kәlmәsini qullanmaqdan qorxmamalıyıq. Bunu yansız bir kәlmә olaraq qullanmağa alışmalıyıq. Arvad`ı kişinin qarşıtı olaraq görmәk, onu yalnız bir cinsәl nәsnә olaraq görmәmizә kömәk edәcәkdir.
14-Bacı (vә farscası hәmşirә) kimi mә`sum görünәn alt kimliklәr qadına baxışı әn olumsuz etgilәyәn kimliklәrdir. Bunları biyolojik bacımız olmayan qadınlar haqqında qullanmamalıyıq. Çünkü bunlar qadını bir cinsәl nәsnә, ayrıca qorunmağa möhtac, zәyif ya da әrkәyә bağlı bir varlıq olaraq tanımlayırlar.
15-Mәslәklәrin önünә qadın kәlmәsi gәtirmәk (qadın pilot), ilgili qadının әrkәyin işini gördüyü vә seyrәk görülәn bir durumla qarşı qarşıya olduğumuz izlәnimini yaradır vә ayrıca qadını ikincilliyә itәlәyir.
16-Arvat almaq, әrә vermәk kimi qadınları satın alınan nәsnә olaraq göstәrәn deyimlәrin yerinә yansız deyimlәr örnәyin sırasıyla Evlәnmәk vә Evәrmәk qullanılabilәr.
Gәrçәyә Hu!
توركجهميزده قادين و اركهك آيريمچيليغي ايله جينسييهتچيليك- سؤزلوك
آبارتماقAbartmaq : اغراق كردن
آتااركيلAtaәrkil : پدرسالار
آچيAçı : زاويه
آديلAdıl : ضمير
آراجArac : وسيله
آراجيليقAracılıq : وساطت
آراليقسيزAralıqsız : بدون انقطاع، پيوسته
آرخاداشArxadaş : دوست، رفيقه
آردArd : پشت
آريتلانماقArıtlanmaq : پاكسازي شدن
آرينماArınma : خلوص
آشاغيلاماقAşağılamaq : تحقير كردن
آشيريAşırı : افراطي
آلانAlan : عرصه
آلقيشلاماقAlqışlamaq : تحسين كردن
آلقيلاييشAlqılayış : ادراك
آليشماقAlışmaq : عادت كردن
آٚلينتيAlıntı : اقتباس
آماجAmac : هدف
آنجاقAncaq : اما
آنلاتيلماقAnlatılmaq : افاده شدن
آنلاتيمAnlatım : افاده
آنلاقAnlaq : ادراك
آنلامAnlam : معني
آنلامليAnlamlı : معنيدار
آنلاييشAnlayış : ذهنيت
آيريجاAyrıca : جداگانه
آيريمAyrım : جدائي، افتراق
آيريمچيليقAyrımçılıq : تبعيض
آيرينتيAyrıntı : جزئيات
اريلӘril : مذكر
اكӘk : علاوه
اكسيكӘksik : كم
اكينجӘkinc : فرهنگ
الي آچيقӘli açıq : سخي، جوانمرد
اؤتهكÖtәk : تاريخ
اؤتهكيلهشديرمهكÖtәkilәşdirmәk : غير خودي كردن
اوجالتماقUcaltmaq : ارج گذاشتن، متعالي دانستن
اوخولOxul : مدرسه
اورتاچاغOrtaçağ : قرون وسطي
اورتاقلاشاOrtaqlaşa : با مشاركت هم
اورتالOrtal : رسانه
اورونÜrün : محصول
اؤزگوÖzgü : خاص
اؤزگورلهشمهكÖzgürlәşmәk : آزاد شدن
اؤزهلليكÖzәllik : خصوصيت
اوسUs : عقل، هوش
اوستونÜstün : برتر
اوغراماقUğramaq : مواجه شدن
اوغوشOğuş : خانواده، عائله
اؤلچوÖlçü : اندازه
اؤلچونÖlçün : استاندارد
اولقوOlqu : پديده
اولوشومOluşum : تشكل
اولومسوزOlumsuz : منفي
اولوملوOlumlu : مثبت
اولونتوOluntu : پديده
اؤن يارقيÖnyarqı : پيش داوري
اؤنهمسهمهكÖnәmsәmәk : مهم شمردن، اهميت دادن
اؤيرهتمهنÖyrәtmәn : معلم
اويساOysa : در حاليكه
اويقونUyqun : متناسب
اويماقOymaq : طايفه
اويماقUymaq : متابعت كردن
اؤيمهكÖymәk : تقدير كردن، مدح كردن
اوينامOynam : رل، نقش
اوينامانOynaman : هنرپيشه
اؤيهÖyә : عنصر
ائتگيلهشيمEtgilәşim : تاثير متقابل
ايچهرمهكİçәrmәk : محتوي بودن
ائديلگهنEdilgәn : مفعول
ايزلهنيمİzlәnim : حس، تصور
ائشEş : همسر
ايشلهكİşlәk : رايج، مورد استفاده
ائشهلEşәl : جنسي
ائشئيEşey : جنسيت
ائشيتEşit : مساوي، برابر
ائشئيچيEşeyçi : سكسيست
ايكينجيلİkincil : فرعي
ايگيتİgit : دلاور، قهرمان
ايلكهİlkә : اصل
ايلكينİlkin : نخستين، اوليه
ايلگيليİlgili : مربوطه
ايلهريİlәri : جلو، پيش
ايليشكيİlişki : رابطه
اينجهلهنمهكİncәlәnmәk : بررسي كردن
ائيلهمEylәm : عمل
ائيلهنمهكEylәnmәk : تفريح كردن
باخيمBaxım : نگاه
باسقيBasqı : تضييق، فشار
باغBağ : پيوند، ربط
باهاديرBahadır : قهرمان، پهلوان
بايريBayrı : باستان
بلگهBәlgә : مدرك، سند
بلليBәlli : معين
بليرتمهكBәlirtmәk : معين كردن
بوتهمBütәm : دين
بؤگوشلوBögüşlü : حكمت دار
بولونماقBulunmaq : قرار داشتن
بويBoy : عشيره
بويوتBoyut : بعد
بئجهريكليBecәrikli : سررشته دار، بافراست
بيچيمBiçim : فرم
بيچيملهنمهكBiçimlәnmәk : فرم گرفتن
بيييچيBiyiçi : رقاص، رقاصه
پيتيكPitik : كتاب
تابلاماقTablamaq : راضي كردن
تانيمTanım : تعريف
تانيملاماقTanımlamaq : تعريف كردن
تكهلTәkәl : انحصار
تكيلTәkil : منفرد
توپارلاماقToparlamaq : جمع آوري كردن
توپلومToplum : جامعه
توتوچوTutucu : محافظه كار
تؤرهتمهكTörәtmәk : ايجاد كردن
تؤزلوTözlü : راديكال
توغراليTuğralı : رسمي
جرگهCәrgә : رديف
چاغداشÇaödaş : معاصر
چاغريشيمÇağrışım : معني ضمني
چكينمهكÇәkinmәk : اجتناب كردن
چئشيتÇeşit : نوع
چئويريÇeviri : ترجمه
داغيليمDağılım : تقسيم، پراكنش
داورانيشDavranış : رفتار
دريمDәrim : اصطلاح
دنليDәnli : به آن درجه
دهيهرلهنديرمهكDәyәrlәndirmәk : ارزيابي كردن
دهييش توخوشDәyiş toxuş : بده بستان
دهييشگهDәyişgә : واريانت
دهيينمهكDәyinmәk : اشاره كردن
دورومDurum : وضعيت
دوزهنDüzәn : سيستم، نظم
دوزئيDüzey : سطح
دوشونگهDüşüngә : ايدئولوژي
دوغالينDoğalın : البته، طبيعتا
دوغرولتوDoğrultu : راستا، استقامت
دؤنهمDönәm : دوره، عهد
دويارليليقDuyarlılıq : حساسيت
دويقوسالDuyqusal : احساساتي
دويوروجوDoyurucu : تطمين كننده
ديشDış : خارج
ديشيDişi : مونث
ديشيلDişil : مونث
دئگيDegi : سخن
ديل بيلگيسيDil bilgisi : دستور زبان
ديلدهكDildәk : استدلال
ديلدهمDildәm : منطق
ديلسهلDilsәl : زباني
دئنهتلهمهDenәtlәmә : كنترل
دئييمDeyim : اصطلاح
ساغلاماقSağlamaq : تامين كردن
سالديرقانSaldırqan : متهاجم
سانكيSankı : تو گوئي
سانيلماقSanılmaq : گمان شدن
سوبايSubay : مجرد
سورهجSürәc : روند
سورهكليSürәkli : متماديا، پيوسته
سورونلوSorunlu : مساله دار
سونماقSunmaq : تقديم كردن، عرضه نمودن
سونوجلانماقSonuclanmaq : منتهي شدن
سوي آدSoyad : نام خانوادگي
سؤيوشSöyüş : فحش
سئچيمSeçim : انتخاب
سيليكSilik : غيرمهم، غيربرجسته
سلهكSәlәk : سخاوتمند
سئيرهكSeyrәk : نادر، به ندرت
قاباQaba : خشن
قاپساييجيQapsayıcı : شامل
قاتقيQatqı : سهم
قاتيQatı : سرسخت
قاچينيليرQaçınılır : آنچه از آن اجتناب مي شود
قارشيتQarşıt : ضد، مقابل
قارشيليقQarşılıq : معادل
قارشيليقليQarşılıqlı : متقابل
قارشينQarşın : علي رغم
قانيتQanıt : ثبوت
قانيتلاماقQanıtlamaq : اثبات كردن
قاورامQavram : مفهوم
قاووشماقQavuşmaq : واصل شدن
قوشارQoşar : شاعر
قوللانماقQullanmaq : به خدمت در آوردن
قونوQonu : موضوع
قونوشماQonuşma : گفتگو
قونومQonum : موقعيت
كسينليكلهKәsinliklә : قطعيا
كؤتوKötü : بد
كؤكدهن بوتهمچيKökdәn bütәmçi : بنيادگرا
كؤكلوKöklü : ريشه دار
كؤكهنKökәn : ريشه
كيتلهKitlә : توده
كيچيمسهمهكKiçimsәmәk : تحقير كردن
كيمليكKimlik : هويت
گرچهكلهشمهكGәrçәklәşmәk : متحقق شدن
گرچهكليكGәrçәklik : واقعيت
گرهكسيزGәrәksiz : غيرضروري
گرهكليGәrәkli : لازم
گلهنهكGәlәnәk : سنت
گنهلدهGәnәldә : عموما
گؤبودGobud : خشن، بي كيفيت
گوجونGücün : مجبوري، تحميلي
گؤركسؤزGörksöz : ادبيات
گؤركولGörkül : ادبي
گؤرهوGörәv : وظيفه
گؤرونمهزGörünmәz : نامرئي
گؤرونوشGörünüş : ظاهر
گؤزلهملهنمهكGözlәmlәnmәk : مشاهده شدن
گونلوكGünlük : روزمره
گؤودهGövdә : بدن
گووهنمهكGüvәnmәk : اعتماد كردن
ماراقليMaraqlı : جالب
ندهنNәdәn : علت
نسنهNәsnә : شئي، چيز
وارساييمVarsayım : فرض
وورقوVurqu : تاكيد
ياپيلانديرماقYapılandırmaq : برپاساختن، سازماندهي كردن
يارارYarar : فايده
ياراشماقYaraşmaq : برازنده بودن
يازارyazar : نويسنده
يازقاYazqa : مقاله
ياساYasa : قانون
يالينيقYalınıq : انسان، بشر
يانسيتماقYansıtmaq : منعكس كردن
يانسيرYansız : خنثي، بي طرف
يانسيماYansıma : انعكاس
يايينYayın : نشر
يوكلهمهكyüklәmәk : بار كردن
يؤنYön : جهت
يؤنتهمYöntәm : روش
يؤنهتگيYönәtgi : سياست
يؤنهتگيلYönәtgil : سياسي
يؤنهتيمYönәtim : مديريت
يئتهرليYetәrli : كافي
يئرسوYersu : وطن
يئنيجيلyenicil : مدرن
يئيلهمهكyeylәmәk : ترجيح دادن
يييهYiyә : صاحب
آرديني اوخويون- Ardını Oxuyun!