Friday, October 05, 2007



QARA MƏCMUƏ- BÜTÖV MƏTİN-LATIN ƏLİFBASINDA



ŞEYX SƏFİƏDDİN ƏRDƏBİLİ

(Şeyx Səfiyəddin Ərdəbilli’nin şe’rləri, sözləri, öyüdləri və mənqəbələri)

http://www.uludil.gen.az/qaramecmue.php

Doktor Hüseyn Məhəmmədzadə Sədiqin hazırlayıb nəşr etdirdiyi mətn əsasında (Tehran-2001-ci il)


MÜNDƏRİCAT
1. Şeyx Səfiyəddin Ərdəbili 2
2. Şeyx SƏFİ’NİNi Türkçə şe’rləri 7
3. Şeyx Səfiyə mənsub Giləkçə şe’rlər 14
4. Şeyx Səfiyə mənsub olan Farsca şe’rlər 17
5. «Əl-Buyuruq» risaləsi 19
6. Yol əhlinə gilavuz 35
7. «Müzəkkrin-nüfus» risaləsi 42
8. «Könül» risaləsi 61
9. Səfvəiüs-səfa 67

ŞEYX SƏFİƏDDİN ƏRDƏBİLİ


Yetişdirdiyi tarixi şəxsiyyətlər və zəkalı qələm, söz, sənət adamları ilə dünya şəhərləri ilə rəqabətdə adı birincilər sırasında çəkilən Ərdəbil şəhəri və bu torpağın əzəli, əbədi sakinləri olan Azərbaycan Türklərinin bəşər mədəniyyəti, ictimai fikir tarixinə bəxş etdiyi bənzərsiz, parlaq və təkrarolunmaz şəxsiyyətlərdən biri də Şeyx Səfiyəddin Ərdəbili’dir. O, Şeyx Səfiyəddin ki, adı yaxın və uzaq məmləkətlərdə səkkiz əsrə yaxındır ki, kəramət sahibi olan şeyxlər və övliyalar içərisində hörmətlə yad edilir, yaratdığı Səfəviyyə təriqəti və bu təriqətin əsasları üzərində boy ataraq pərvazlanan, dünyanın ən möhtəşəm dövlətlərindən biri olan Azərbaycan Səfəvi dövləti bu gün də dünya tədqiqatçı və tarixçilərinin diqqətindən bir an da olsun yayınmır.

Mənbələrin verdikləri, biri digərini inkar etməyən səhih bilgilərə görə Şeyx Səfiyəddin hicri qəməri tarixinin 650-ci ilində /miladi tarixi ilə 1252-ci il/ Ərdəbil şəhəri yaxınlığında yerləşən Kələxoran kəndində anadan olmuşdur. Nəsil şəcərəsi yeddinci imam Musa əl-Kazimə /m.754-800/ qədər gedib çatan bu müqəddəs Şeyxin beşinci ulu babası Firuzşah Qızılbaş o nəsildən, sülalədən Ərdəbil’ə gələn və burada məskunlaşan əvvəlinci şəxs hesab olunur. Mənbələr Firuzşahın oğlunun Əvəz, Əvəzin oğlunun Məhəmməd, Məhəmmədin oğlunun Səlahəddin, Səlahədin’in oğlunun Əminəddin, Əminəddin’in oğlunun isə Səfiyəddin olduğunu qeyd edirlər.

Müqəddəs və mömin bir ailədə dünyaya göz açan Şeyx Səfiyəddin’in atası Şeyx Əminəddin Cəbrayıl zəmanəsinin pərhizkar, nüfuzlu sufi şeyxlərindən və alimlərindən olan Xacə Kəmaləddin Ərəbşah Ərdəbili’nin müridlərindən, anası Dövləti Xatun isə Ərdəbil yaxınlığında yerləşən Barı kəndində yaşayan tanınmış alim və mütəfəkkir Cəmaləddin Baruqinin qızı idi. Şeyx Əminəddin Cəbrayılın Dövləti Xatundan yeddi övladı olmuşdur ki, Səfiyəddin bunların beşincisidir. Mənbələrin bə’ziləri uşaqların yeddisinin də oğlan, bə’ziləri isə altısının oğlan, birinin qız olduğunu qeyd edirdilər. Mənbələrdə oğlan uşaqlarının adları aşağıdakı sıra ilə verilir: Məhəmməd, Rəşidəddin, İsmayıl, Səfiyəddin, Yə’qub, Fəxrəddin.

Vüqarlı, mətin və təvəzökar ailə mühitində böyümüş, mükəmməl tərbiyə almış Səfiyəddin altı yaşında ikən atası Şeyx Əminəddin Cəbrayıl vəfat etmiş, onun və digər qardaşlarının tərbiyəsi, əsasən, Dövləti Xatunun öhdəsinə düşmüşdür.

Dövləti Xatun bir şeyx, alim qızı olaraq hərtərəfli təhsi almış Türk xanımı idi və doğma Azərbaycan Türkçəsindən əlavə, Fars və Ərəb dillərini də bilir, şe’rlər də yazırdı. Səfiyəddin doğma Türkcəmizi, Fars və Ərəb dillərinin qayda-qanunlarını çox gənc ikən anasının yanında və bəlkə də ondan öyrənmiş, yeniyetmə yaşlarında Qur’anı əzbərləmiş, ilahiyyat elmlərinin sirlərinə vaqif olmağa çalışmışdır.

Qur’anın təfsirini anasından və yerli üləmalardan öyrənən gənc Səfiyəddin günlərinin əksər hissəsini tanınmış sufi şeyx və alimlərindən olan Şeyx Cüneyd Bağdadinin şagird və müridləri olmuş iki müqəddəs şəxsiyyətin – Şeyx Fərəh Ərdəbili və Şeyx Əbu Səid Ərdəbilli’nin məzarları üstündə keçirər, ibadətlə məşğul olardı.

Ərdəbil mühitində öyrəndikləri, öyrənib yaddaşına yazdıqları artıq gənc Səfiyəddini tə’min etmədiyindən daha çox öyrənməyə marağı və fitri iste’dadı olan Səfiyəddin anasının razılığı və tövsiyəsi ilə həm həmin illərdə Şirazda yaşayan və təhsil alan qardaşı Rəşidəddini görmək, həm də görkəmli sufi şeyxi Şeyx Nəcibəddin Büzquş Şirazini ziyarət etmək, ondan dərs almaq arzusu ilə Şiraza yollanır. Mə’lumatlara görə bu zaman Səfiyəddin təxminən 26-27 yaşlarında yetkin bir şəxs idi.

Şeyx Səfiyəddin Şiraza yetişdiyi zamanlarda Şeyx Nəcibəddin Büzquş vəfat etmişdi və böyük sufi alimi ilə gələcək sufi şeyxinin görüşü, əfsus ki, baş tutmamışdır.

Şirazda olarkən Şeyx Səfi çox vaxt Madər Süleyman məscidində Şeyx Abdullah Xəfifin məzarı üstündə tikilən hücrədə, ya da Əbu Zürə Ərdəbilli’nin məqbərəsində yaşayır, zənaməsinin tanınmış alim və şairlərindən Rüknəddin Beyzavi, Rəziəddin Malaği, Əmir Abdullah, Şeyx Sə’di Şirazi ilə həmsöhbət olardı.

Şeyx Səfi həyatının Şiraz dövrü, Şirazda oturub-durduğu, həmsöhbət olduğu adamlar və Şirazın görkəmli elm, söz, sənət adamlarının ona heyranlığı, onu zəmanəsinin görkəmli mütəfəkkiri kimi qəbul etmələri barədə bir sıra maraqlı və ibrətamiz əhvalatlar nəql olunur ki, onlardan biri «Büstan» və «Gülüstan» adlı dünya şöhrətli əsərlərin müəllifi Müsləhəddin Şeyx Sə’di Şirazi ilə bağlıdır.

Sə’di ilə əlaqəsi olan əhvalatda Şeyx Səfiyəddin dünyanın şeyxi, övliyaların günəşi, dinin rəhbəri, pak, müqəddəs adamların başçısı kimi təsvir olunur. Bildirilir ki, Ərdəbil onun adı ilə məşhur oldu və onun şən camalından Ərdəbil nurla doldu. Şiraza qədəm qoyandan sonra böyük Şeyx Sə’di onunla həmsöhbət oldu.

«Ənis ül-arifin» əsərindən alınmış və Şeyx Səfiyə həsr olunmuş bir şe’rdən anlaşılır ki, Şeyx Sə’di Şeyx Səfini «camalından cism, can ışıqlanan» bir şəxs hesab edir və ondan soruşur ki, «İrfan çölünə düşməkdən istəyin nədir?»

Mə”’na göyündə uçan o qızıl tərlan /yə’ni Şeyx Səfiyəddin/ sirrini Şeyx Sə’diyə faş edəndən sonra /bu sirr, heç şübhəsiz ki, Şeyx Səfiyəddin’in daha çox öyrənmək və dünyanı daha yaxşı dərk etmək arzuları ilə bağlı ola bilərdi/ Şeyx Sə’di ona heyran qalır və bildirir:

Dedi: Sahibsən mə’na xəzinəsinə,
Fikir aləmində çıxmısan zirvəsinə.
Dediyin yüksək o mə’”na yuvasına,
Acizdir Sə’di quşu, çatmaz heç ona.
Ürəyim dərdlə doldu dediklərindən,
Acizəm onu dərin dərk etməyindən.
Lakin istərsən, mən öz şe’r divanımdan,
Bir neçə inci verrəm öz varımdan.
Dedi: Candır təkçə bizim canımız,
Qeyrinə ondan yoxdur ehtiyacımız.
Haqq divanilə doludur bu ürəyim,
Başqa divanə mənim yoxdur diləyim.
Onun dərdilə vilayətə çatmışıq,
Həm bu canı, həm də dünyanı atmışıq.

Bir müddət Şirazda yaşayan və burada ona anlamaq istədiklərini öyrətmək qüdrətində olan alimlərin olmadığını hiss edən Şeyx Səfi Əmir Abdullah və Şeyx Nəcibəddin Büzquşun oğlu Zəhirdəddin Büzquşun məsləhəti ilə Gilana, Şeyx Zahid Gilaninin yanına yollanır. Onlar Şeyx Səfiyə bildirirlər ki, «səni ancaq Şeyx Zahid Gilani razı sala bilər».
Şeyx Cüneyd Bağdadidən sonra silsilə e’tibarı ilə doqquzunçu təriqət rəhbəri olan Şeyx Zahid Şeyx Cəmaləddin Təbrizinin, o da Şeyx Mahmud Əhərinin müridi olmuşdur.

Şeyx Səfiyəddin Şeyx Zahid Gilani ilə görüşəndə Şeyx Zahid artıq altmış yaşında idi. Şeyx Səfi Şeyx Zahidlə görüşəndən sonra onun yanında qalmağa qərar verir və onun müridi olur. O, Şeyx Zahidin ölümünə qədər, təxminən iyirmi iki il onun yanında qalır və Şeyx Zahidin qızı Bibi Fatimə ilə ailə qurur. Şeyx Səfi Gilanda yaşadığı illərdə Şeyx Zahiddən elm və təriqət üsullarını öyrənməklə yanaşı, talış və Gilək dillərini də öyrənir və Gilək dilində şe’rlər də yazır.

Şeyx Zahid öləndən sonra (təxminən 1300-ci il) Şeyx Səfi doğma şəhəri Ərdəbilə qayıdır, Şeyx Zahidin canişini olaraq daimilik orada yaşamağa başlayır. Şeyx SƏFİ’NİN Ərdəbildə yaşaması ilə bağlı olaraq Ərdəbil təriqət mərkəzinə çevrilir. Burada çoxlu mədrəsə və zaviyələr fəaliyyət göstərir, minlərlə alim və arif adamlar yetişir.

Təxminən iki yüz ilə qədər, daha doğrusu Şeyx Səfiyəddin’in nəvəsi Şah İsmayıl Xətayi Təbriz şəhərində özünü şah e’lan edənə (1501-ci il) qədər Cənubi Azərbaycanda əsas təriqət mərkəzi, elm və irfan mə’bədi kimi baş şəhər rolunu oynayan Ərdəbildə 1300-cü ildən e’tibarən bir çox binalar inşa edilir, məmləkətin bütün yaxın, uzaq guşələrindən buraya elm, mə’rifət, təriqət öyrənmək istəyənlərin axını davam edir. Məhz bunun nəticəsi olaraq 200 ildən sonra Şeyx Səfiyəddin’in əsasını qoyduğu Səfəviyyə təriqətinin tərəfdarları və Səfəvi övladları hakimiyyətə yiyələnir və bir ucu Dəmir Qapı Dərbənd, bir ucu Bağdada gedib çatan böyük bir ərazini, imperiyanı 1736-cı ilə Nadir şah Əfşarın özünü İran şahı e’lan etməsinə qədər şəriksiz olaraq idarə edirlər.

Bir təriqət rəhbəri olaraq Ərdəbildə yaşadığı 35 il ərzində Şeyx Səfiyəddin’in nüfuzu o qədər artır ki, dövrün hökmdarları onunla hesablaşmalı olur və məhz bu böyük ehtiram və nüfuz sayəsində Ərdəbil və onun ətrafı əmin-amanlıq mülkünə çevrilir, hətta Monqolların Xacə Rəşidəddin kimi çox şöhrətli bir vəziri ona mürid olmağı özünə şərəf bilir.

Şeyx Səfiyəddin həyatının Ərdəbil dövrü barədə orta əsr tarixçisi Həmdulla Müstovfinin əsərində maraqlı məqamlar var. Həmdulla Müstovfi yazır: «Şeyx Səfiyəddin’in böyük hörməti və şöhrəti var idi. O, yüksək vəzifəli şəxslərlə oturub durardı. Monqollar ona hörmət etdiklərinə görə o, xalqa əzab-əziyyət verməyin qabağını çox alardı. Onun müridi olan vəzir Xacə Rəşidəddin ona bir məktub yazmışdır ki, o məktubdan bir parça aşağıda verilir.Şövqü uçdurur, uça bilərəmmi?

Fəraq sındırmış bu qanadlarımı.
Hücum etdikdə şövq ordusu mənə,
Ancaq göz yaşı gəlir köməyimə.
Allah, seçilmişinə məni çatdır,
Bunu etməyə ancaq sənsən qadir.
Onun ışıqlı cəmalını artır,
Məndə məhəbbət, eşq odu yandır!
Cansız, qurumuş ağacına könlün,
Yenidən can ver vüsalilə onun.

Şeyx Səfiyəddin’in tərcüme-yi halı, sülaləsi, rəftarı, mürşidlik icazəsi alması və təlqin dərəcəsinə çatması, şəcərəsi, söhbətləri, qeyb-i kəlamları və nəsihətləri, bə’zi Qur’an ayələri və hədislər barədə izah və şərhləri, şe’rləri, mürşidlərinin adları və canişinləri və s. haqqında ən səhih və doğru mə’lumatlar, heç şübhəsiz ki, İbn Bəzzaz Ərdəbili ləqəbi ilə tanınan Təvəkküli ibn İsmayıl ibn Hacı Məhəmmədin yazdığı «Mükşif ül-qülub və səfvət üs-səfa» («Qəlbləri açan və daha təmizləyən») adlı əsərində toplanmışdır. Bu əsər Şeyx Səfiyəddin’in ölümündən 22 il sonra, 1357-ci ildə Şeyx SƏFİ’NİN oğlu Şeyx Sədrəddin Ərdəbilli’nin tapşırığı ilə qələmə alınmışdır.

Mənbələrdə «bütün dünya mürşidi, həqiqi aləmə yol tapmış övliyaların varisi, xalq, din və haqq yolu yolçularının başçısı» adlandırılan Şeyx Sədrəddin Ərdəbili 1304-cü il fevral ayının 27-də anadan olmuşdur. Atası vəfat edəndə 31 yaşında olan bu şəxs onun ölümündən sonra 59 il mürşidlik etmiş, Ərdəbildəki müqəddəs Şeyx Səfi məqbərəsi də məhz onun göstərişi və başçılığı altında on ilə inşa edilmiş, hətta məqbərənin proyektini də o, özü vermişdir.

Şeyx Səfiyəddin’in böyük oğlu olan Şeyx Sədrəddin Musa da atası kimi alim, murşid və şair idi və onun da nəvəsi Şah İsmayıl Xətayi kimi Türkçə divanının olması barədə mənbələrdə mə’lumat verilir.

Şeyx Sədrəddin’in oğlu Xacə Əli Siyahpuş adı ilə məşhur olan Şeyx Sultanəli də təriqət rəhbəri olmuş, atası Şeyx Sədrəddin vəfat edəndən sonra onun yerinə keçmiş və 38 il rəhbərlik etmişdir. 1426-cı il mart ayının 15-də Məkkə şəhərində vəfat edən Siyahpuş orada dəfn edilmiş və məqbərəsi bu şəhərdə «Seyidəli Əcəm» adı ilə məşhurdur. O da atası və babası kimi alim, təriqət başçısı olmaqla yanaşı, həm də şair olmuş, əvvəldən axıradək təsəvvüf və ir-fani şe’rlərlə dolu olan divanı çox məşhur olaraq dildən-dilə gəzmişdir.

Tarixin sonrakı mərhələlərində bu müqəddəs ocaqdan-Səfəvi nəs-lindən Şeyx Cüneyd, Şeyx Heydər, Şah İsmayıl, Şah Təhmasib, Sam Mirzə, Əlqas Mirzə, Şah Abbas və s. bu kimi çoxlu sayda elm, sənət xadimləri, məşhur sərkərdə, dövlət xadimləri və başçıları yetişmişlər ki, mübaliğəsiz olaraq Azərbacyan tarixini bu nəsilsiz təsəvvür etmək qətiyyət mümkün deyil.

1335-ci ildə, təxminən 83 yaşında Ərdəbil şəhərində vəfat edən, orada dəfn edilən, sonralar məzarı üzərində müqəddəs Şeyx Səfi məqbərəsi inşa edilən (o məqbərə ki, orada 1524-cü ildə Ərdəbil şəhəri yaxınlığında yerləşən Sayın gədiyində dünyasını dəyişən, milli varlığımızın ən böyük rəmzlərindən biri hesab edilən Şah İsmayıl Xətayi babasının yatdığı torpağa tapşırılıb) Şeyx Səfiyəddin Ərdəbili təriqət başçısı olmaqla yanaşı, şöhrətli alim və şair olmuşdur. Təəssüflər olsun ki, bir çox ensiklopedik təfəkkürlü söz və qələm sahiblərimiz kimi Şeyx SƏFİ’NİN də elm-i bədii yaradıcılığı qədərincə öyrənilməmiş, mə’nalar xəzinəsi olan əsərləri çap, tərcümə və şərh olunaraq oxuculara çatdırılmamışdır.

E’tiraf edilməlidir ki, son onillikdə istər Cənubi, istərsə də Şimali Azərbaycanda milli kökə qayıdış daha çox keçmiş milli adət-ən’ənələrin bərpası və ana dilli, zaman-zaman arxiv və şəxsi kitabxana künclərində saxlanılan ədəb-i elmi abidələrimizin kəşfi ilə müşaiyət olunur ki, bu sahədə ən səmərəli fəaliyyət göstərən ziyalarımızdan biri Tehran Universitetləri Türk dili və ədəbiyyatı ustadı doktor Hüseyn Düzgündür. Bu ciddi, zəhmətkeş və təvazökar alimin gərgin əməyi və sə’yi nəticəsində çap olunan bütün başqa əsərlər kimi, Şeyx Səfiyəddin Ərdəbilli’nin «Qara Məcmuə» adı ilə oxucuların müha-k-i mə-sinə verilən kitabı da, heç şübhəsiz ki, Azərbaycan ədəbi ictimaiyyətinə gözəl hədiyyə və bir ərmağandır. Biz Şeyx SƏFİ’NİN yaradıcılıq aləmi, istək və duyğuları barədə mülahizələrimizi daha geniş və əhatəli tədqiqatda əks etdirmək ümidində olduğumuzdan, doktor Hüseyn Düzgünün Şeyx Səfiyəddin Ərdəbilli’nin adı ilə çap etdirdiyi əsərləri bə’zi izah və şərhlər yazmaq, lüğətlər vermək şərti ilə olduğu kimi oxuculara çatdırmağa çalışdıq.

Qur’an ayələrinin tərcməsini Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsi əsasında (Qu’ran, Azərnəşr, Bakı-1991) verdik. Ayələrin tapılması və Ərəbcə mətnlərin tərcüməsində bizə yardımçı olmuş şərqşünas alimlər İ. Həmidova, M. Qəmbərliyə və A. Məmmədova min-nət-darlığımızı bildirir, ümid edirik ki, qədirbilən oxucular kitabın nəşrində yol verilə biləcək qüsurları bizə çatdıracaq və gələcək, mükəmməl nəşrin araya, ərsəyə gəlməsinə yardımçı olacaqlar.


İSLAM QƏRİBLİ


ŞEYX SƏFİ’NİN TÜRKÇƏ ŞE’RLƏRİ


2-1. ŞEYX SƏFİ’NİN TÜRKÇƏ ŞE’RLƏRİNİN ÖZƏLLİKLƏRİ

Bir çox qaynaqlarda Sultan Şeyx Səfiyəddin Ərdəbili’nin mükəmməl «Divan»ından xəbər verilir. O, öz «Divan»’ında «Səfi» təxəllüs edirmiş. Lakin əlimizdə olan Türkçə və Farsça əlyazmalar arasında bir çox «Səfi» təxəllüslü «Divan»larla və şe’r Məcmuələrinə rast gəlirik. Sultan Şeyx Səfi Ərdəbili’yə bir hörmət əlaməti olaraq, bir çox şairlər «Səfi» sözünü öz təxəllüsü kimi seçmişlər. O cümlədən Səfi Qaraxan oğlu Səfiqulu bəyi ad aparmaq olar.

Səfiqulu özünü Şeyx Səfi’nin qulu hesab edirmiş. O, ikinci Şah Abbas zamanında yaşayırmış. «Təzkire-yi Nəsrabadi» onun haqqında yazır ki: «Səfiqulu bəg dər fənn-e sipahigəri və əksər-e kəmalat əz əqran dər piş bud… Təb’əş kəmal-e lotf dər tərtib-e nəzm darəd» /Tərcüməsi: Səfiqulu bəy hərb sənətində və əksər işlərdə öz yaxınlarından seçilirdi… Şe’r yazmaqda çox incə təbə malik idi/.

Səfiqulu bəy’in Türkçə və Farsça «Divan»ları vardır. Onun Şah Abbas mədhində yazdığı «Raiyyə» qəsidəsi də mə’rufdur. Bu qəsidənin mətlə’i belədir:

Müjdə ey meyxarələr kim getdi dey, gəldi bəhar,
Qönçə gəldi gülsitan icrə yenə biixtiyar…

Başqa Səfilər də vardır. O cümlədən: Səfi İsfahani, Səfi Çərkəsi, Səfi Bəsəni, Səfi Razi, Səfi Yəzdi, Səfi Səfəvi, Səfi Qəndəhari, Səfi Rəşti, Səfi Səbzəvari, Səfi Nişaburi və s..

Bunların çoxu da Səfəviyyə dövründə yaşamışlar. Odur ki, Sultan Şeyx Səfiyəddin Ərdəbili’nin «Divan»ı və şe’rləri bu Səfilərin şe’rləri ilə qarışmış bir hala gəlmişdir.


Dünya kitabxanaları və xüsusilə İran kitabxanalarında saxlanılan əlyazmalar arasında bir neçə «Səfi» təxəllüslü şairlərin «Divan»ları və şe’rləri saxlanılır.

Hal-i hazırda Türkoloji bölümlərinin mütəxəssisləri, Türk dili və ədəbiyyatı mühəqqiqlərinin boynunda olan mühüm vəzifələrdən birisi də bu «Divan»ları araşdırıb təhqiq etmək və Sultan Şeyx Səfiyəddin Ərdəbilli’nin mükəmməl «Divan»ını tərtib etməkdir. Həmin hərəkətə kömək etmək üçün əlimizdə olan «Divan»ların əlyazmaları arasından Sultan Şeyx Səfiyəddin Ərdəbili’yə mənsub olmasını zənn etdiyimiz iki qiymətli əlyazmanı müərrəfi edirik.

Birincisi Tehran’da «Məlik» kitabxanasında saxlanılan 4586 nömrəli bir Məcmuədə dörd əsər yer almışdır:

1/ Mürtəzaqulu Şamlu «Divan»”ı;
2/ Səfi «Divan»”ı;
3/ Mirzə Rəzi Artimani «Divan»ı;
4/ Fəttahi Nişaburi’nin elm haqqında risaləsi.

132 vərəqdən ibarət bu Məcmuə 12-ci əsrin (hicr-i İ. Q) birinci yarısında gözəl nəstəliq-şikəstə xəttilə yazılmışdır. Kağızı tirmə növlü və hər səhifə 15 sətirdən ibarətdir. Məcmuədə gedən Səfi «Divan»ı 19 vərəq – 28 səhifədir. Bu nüsxədə 5 Türkçə qəzəl və qit’ə yer alır.

İkinci əlyazma Tehran danişgahının mərkəzi kitabxanasında 2460-cı nömrə altında hifz olunur. Nüsxə hicri 11-ci əsrdə nəstəliq xətti və çəlipa formasında yazılmışdır. Əlyazma tamamilə Səfi’nin şe’rlərini əhatə edir, amma təəssüf ki, əvvəl və axırından səhifələr düşmüşdür. Bu əlyazma 16 səhifə /8 vərəq/ və 22x12 əndazəsindədir. Burada Səfi’ninin 11 Türkçə qəzəl, qit’ə və rübaisi verilmişdir.

Hələlik vəsf etdiyimiz bu iki əlyazma nüsxəsindən yararlanaraq Sultan Şeyx Səfi Ərdəbili’yə mənsub şe’rləri tədqiq və nəql edirik. Mətnlərin fərqlərini ətək yazılarında verəcəyik. Sözlərin imlasını tamamilə dəyişib müasirləşdirmişik. «Bən» və «kibi» tək sözləri də dəyişib «mən» və «kimi» şəklində yazdıq. Oxuya bilmədiyimiz sözlərin yerinə üç nöqtə qoyduq və artdırdığımız sözləri iki dırnaq / / içinə aldıq.

Ümidvaram ki, bu kiçik addım Sultan Şeyx Səfi Ərdəbili’nin mükəmməl «Divan»ını tapıb tədqiq etmə üçün bir başlanğıc hesab olunacaqdır.

Şeyx Səfi’nin Türkçə şe’rlərinin şivəsi Qazi Bürhanəddin şivəsinə bənzəyir, həm də dilimizdə olan ən gözəl və axıcı sözlər və istilahlar ilə doludur. Şe’rlərdə «ağacların sarmaşması», «göyərçin yollamaq», «qucuşmaq», «od tullamaq» və «qan qaynamaq» kimi gözəl Türkçə tərkiblər işlənmişdir.

Şe’rlərdə hələ ədəbiyyat tariximizə Xacə Əhməd Yəsəvi zamanından girmiş bə’zi irfani anlamlı sözlər də gözə dəyir. Habelə atalar sözlərindən işlənilmiş neçə misralar Şeyx Səfi’nin öz ana dilinə olan tükənməz rəğbətini göstərir.

Aşağıdakı misralara nəzər salalım:

Dəniz murdar olmaz it su içməgindən.
Ağır qaralı karvan sövt-i cərəs neylər.
Işıqsız sərvə oxşarlar vəfasız sərvqamətlər.

Bu misralar sübut edir ki, Şeyx Səfiyəddin Ərdəbili dilimizin tükənməz folklor xəzinəsindən qidalanan həcmli bir «Divan» yaratmış olmalıdır.


Şe’rlərin dili o qədər sağlam, axıcı və danışıq dilinə yaxındır ki, bu gün çağdaş şe’rimizdə dil teorisinin hədəflərindən sayılan kütlə danışığına yaxınlıq məquləsində hesab oluna bilər.

Şeyx Səfi, əlbəttə ki, ariflər başçısı və irfan ulusudur. Onun dilindən bəyan olunan nəsr parçaları, tamamilə arifanə istilahlar, lüğətlər, beytlər və sözlər ilə doludur. Və lakin bizə miras qoyub getdiyi Türkçə şe’rlərdə işlətdiyi bəzi irfani istilahların kökü də elin danışıq dilindən alınmışdır.

Misal üçün «Mə’ni çağıran ər» tərkibini nəzərə alalım və ya «eşq zənciri», «həqq yadı» və bu kimi tərkiblər Türkçəmizin tam dil bilim qaydalarına uyğun düzəlinmişdir.

Biz burada söylədiyimiz kimi, Türkçə sözlərin imlasını çağdaşlaşdırdıq və ətək yazıda bə’zi sözlərin əski formasını də verdik. Habelə mətn fərqləri və variantları da zikr etməyi faydalı saydıq və bə’zi lüğətləri mə’na etdik. Şeyx Səfiyəddin Ərdəbili’nin Türkçə «Divan»ının tam mətnini bərpa etmə hər zaman ürəyimizdə bir arzu kimi qalır.

GƏLTÜR

Qılınc bâği tutubdur gözlərim, sâqi, kədu gəltür,
Vurubdur təpəməcən, xüm qanından bir səbu gəltür.
…. Lâlə dodaqlar sinəmdə âçılmış,
Gözüm qanını olmaz bağlamaq, câmı dolu gəltür.


AĞLARLAR

Ağaclar sarmaşıb qəddindən ayrı zâr ağlarlar,
Sızıldarlar pərirulər kimi təkrar ağlarlar.


SEVİŞMƏKLƏR

Göyərçin yolladım, yazdım sənə səndən şikâyətlər,
Qolunda ol qanadlardır başı bağlı kitâbətlər.
Unudma âşiqi, nâmehriban olma, mənim canım,
Işıqsız sərvə oxşarlar vəfasız sərvqâmətlər.
Səni tanrı, necə səndən şikayət etməyim axır,
Hanı ol nazlı baxmaqlar, hanı gizlin işarətlər.
Hanı zalim, hanı gözüm, hanı kâfir, hanı canım?
Sevişməklər, barışmaqlar, təpişməklər, qucuşmaqlar!


NEYLƏR

Olan həqq yâdı birlə qayğısız divânə, kəs neylər,
Qılınc əlində mə’ni çağıran ər, dâdrəs neylər.
Sınıq könlüm nəva tutmazsa, əşkim fövcü kəsilməz,
Böylə ağır qaralı kârvan sövt-i cərəs neylər.
Çəkən köksün şikafından mənim bidərd könlümnü,
Bu qanlı bəhr qarşısında zəngi var, səs neylər.
Dəniz murdâr olmaz it su içməyindən, ey ârif,
Həqiqət anlayan arı könüllərdə həvəs neylər.


CANAN OLUR

Can qılanda cism tərkin məhrəm-i cânan olur,
Quş yuvasından azanda həmdəm-i şeytan olur.


AŞİYAN EYLƏR

Həbibim nazdan Leyli’ni ancaq pâsiban eylər,
Mənim könlüm quşu Məcnun başında âşiyan eylər.


BENGALƏLƏNMİŞ

Tütür könlümdən âtəş lâlələnmiş,
Başımdan dud qalxar hâlələnmiş,
Keyik kimi çürümüş kükrən naz,
Baxış durna kimi donbâlələnmiş.
Tökülmüş zülfü yağı tək qucağə,
İçib hinduləri bengâlələnmiş.


QAÇIN

Eşq zəncirimi üzdü, yol açın,
Uy uşaqlar! Ululu gəldi, qaçın!


XAR OLSUN

Məni xâr eyliyən gözlərdə, yâ rəb, xâr-ü zâr olsun,
Deməm kim məndən artıq, mən kimi gözlərdə xâr olsun.


MOVZUN-MOVZUN

Qoydu üz könlümə qəm ləşkəri hâmun-hâmun,
Qara baydaqlı ələmlər ucu gülgün-gülgün,
Çağırırdım qatı âvaz ilə: - Leyli, Leyli!
Dâğ səs verdi cavabında ki: - Məcnun, Məcnun.
Gözlərimdən yana od tutladı duzəx-duzəx,
Cigərimdən yana qan qaynadı Ceyhun-Ceyhun,
Bu nə virânə könüldür, Səfi, ey vay, ey vay!
Sərvlər var idi bu bağidə movzun-movzun.


YATIŞ

Bu nə cilvədir, nə qamət, nə rəviş yerişdürür bu,
Nə rəviş yerişdürür bu, nə gözəl rəvişdürür bu?
Bu nə nazlı sürmədir hay, bu nə qanlı qəmzədir vay,
Bu nə gözdürür, nə kiprik, nə qıya baxışdürür bu?
Ağızını öpmək olmaz, dodağını əmmək olmaz,
Ürəyimi qan elərsən, nə bəla gülüşdürür bu?
Mənə gər yanaşa ol gül, sümüyüm küyüb olar kül,
Ki tutuşmuş oddurur o, qurumuş qamışdürür bu?
Bu nə hüsndür, nə âfət, bu nə şür-ü nə qiyâmət,
Bu nə eşqdir, nə möhnət, nə xətərli işdürür bu?
Ağarıb başımda tüklər, qapısında oldum əbtər,
Demədi o nazlı dilbər ki bizim gümüşdürür bu?
Səfi’nin sözün inanma, sən onun oduna yanma,
Özünü oyâq sanma, ki yaman yatışdürür bu?


QANLI PİYALƏ

Göy güldü, bulud ağladı, ey şanlı piyalə,
Saldı məni mey şövqünə bu qanlı piyalə.
Ol dəm ki dilim tutmaya, sâqi, kərəm eylə,
Allahı sevərsən, mənə bir canlı piyalə.


VALLAHİ, BİLLAHİ

Demin kim dərdimi bilməz, bilir vallahi, billahi,
Desə bilməm, inanmayın, aldadır vallahi, billahi.
Dedin hərgiz mənim könlüm səninlə mehriban olmaz,
Demə zalim, demə kafir, olur vallahi, billahi.
Qıya baxqac, təbəssüm nazik etgəc iltifat eylə,
Məni axır bu zâlim öldürür vallahi, billahi.
Deyin Məcnun gəlibdir şəhrə, evdən çıx tamâşa qıl,
Uşaqdır nazəninim, aldanır vallahi, billahi.
Səfi’ni qoyma yalqız, getmə, getmə, getmə, gəl, gəl, gəl,
Yazıqdır, bâşına dönüm, ölür vallahi, billahi.


AYAQ ÇƏKMƏK

Dost kuyundan ayaq çəkmək mənə çox âr idi,
İtləri birlə süründüm ta sümüyüm vâr idi.
Var idi bir gün ki, bəd xubanımla var idi,
Gülsə idim mən gülərdi, ağlasam ağlâr idi,
İçdiyim qan, yediyim qəm, rahətim âzar idi.


QƏRİBƏM

Üz gizləmə gün tək qara çadır yiyəsi hay,
Axşam araya girdi, qəribəm, neyləyim vay.


ŞƏHLA KİMİ

Yar dodağın əmər qarşıda həlva kimi,
Baxa-baxa ağlaram nərgis-i şəhla kimi.


ŞÖ’LƏ

Günəş bir şö’lədir əbləq başımdan,
Fələk bir lâlədir qanlı yaşımdan,
Bu dərya göz ki, lö’lö’dən gül âçır,
Buludludur havalanmış yaşımdan.


LÜĞƏT

Arı – təmiz, saf
Aşiyan – yuva, sığınacaq, məskan
Baydaq – bayraq
Birlə – birlikdə, bir yerdə
Dadrəs – dada çatan, fəryada yetişən
Demin – deməyin, söyləmiyin
Dud – tüstü
Duzəx – cəhənnəm
Əbləq – ala-bula, alaca
Əbtər – burada quyruğu kəsik heyvan, it mə’nasında
Fövc – dəstə, camaat
Gülgun – qızıl gül rəngi; al, qırmızı
Hamun – çöl, səhra
Kədu – qabaq, balqabaq
Kitabət – yazılar; burada məktublar mə’nasında
Kuy – burada küçə, məhəllə, yer mə’nasında
Lölö – inci, durr
Mövzun – yaraşıqlı; sərxoş, məst
Pasiban – gözətçi; kömək edən
Pəriru – pəri sifətli, pəri üzlü; gözəl
Qatı – bərk, möhkəm
Səbu – bardaq, kuzə
Sövt-i cərəs – zınqrov səsi
Şikaf – çat, yarıq; yaran, parçalayan
Şur – qalmaqal, eşq, sevgi
Tütür – burada od tutmaq, alışmaq mə’nasında
Xuban – gözəl
Xüm – küp
Ululu – al arvadı, hululu
Zar – nalə ilə; çarəsiz


3-1. ŞEYX SƏFİ’YƏ MƏNSUB GİLƏKCƏ ŞE’RLƏR


Ön sözdə qeyd etdiyimiz kimi Şeyx Səfiyəddin İshaq Şeyx Zahid Gilaninin qızı Bibi Fatimə ilə evlənmiş və iyirmi ildən ziyadə, Şeyx Zahidin ölümünə qədər Giləklər arasında yaşamışdır. Odur ki, Şeyx Səfi Gilək dilini də yaxşı öyrənə bilmişdir.

«Silsilət ün-nəsəb-i Səfəviyyə» kitabında Şeyx Zahid Gilaninin nəvəsi Şeyx Hüseyn bir neçə qoşabeyt və bə’zi Farsça şe’rləri Şeyx Səfiyə mənsub edir. Əlbəttə, bu şe’rlərin Şeyx Səfidən olmasında şəkk də vardır .

Biz bu şe’rlərin Şeyx Səfiyə mənsub olmasında şəkk etmirik. O, hər bir Türk alimi və düşüncə sahibi kimi ətrafında olan bir çox dilləri və yarıdilləri öyrənmişdir. Giləkçə, talışca, tatca yarıdilləri, Farsça və Ərəbcə dilləri yaxşı bilirdi və bu dillərdə və yarıdillərdə bə’zən danışması və ya bə’zi şe’r və qısa sözlər yazması də şəkkə şayan bir hadisə deyildir. Mərhum Əli Əkbər Dehxuda Farsça qaynaqlara əsaslanaraq yazır: «U əbyati həm be zəbane gilaniyi Farsi sorude əst » (Tərcüməsi: O Gilək dilində də bir sıra beytlər yazmışdır).

İlk öncə ona mənsub Türkçə olmayan beytlərə «Silsilətün-nəsəb-i Səfəviyyə» kitabının müəllifi Farsça şərhlər də yazmışdır. Şe’rləri həmin Farsça şərhlərə bərabər nəşr edirik. Şe’rlər Fars dillərinin folklorik şe’r qəlibləri olan «Fəhəviyyat» adlandırdıqları on bir sillablı (hecalı – İ. Q.) misralarda yazılmışdır. Bu qəliblərdə Baba Tahir Üryan, Faiz Dəştistani, Şater Abbas Səbuhinin yazdıqları qoşa beytlər ən tanınmış şe’rlər sayılır.

3-2. GİLƏKÇƏ QOŞA BEYTLƏR VƏ ŞƏRHLƏRİ

İddiasızlıq və təvazökarlıq barədə buyurur:

Şərh – Yə’ni saf ürəkli Səfiyəm və taliblərə Haqqın sirr xəzinələrinin yolunu göstərirəm. Bununla belə dərdli və biçarəyəm, çünki heç kəs iddia və təkəbbürlə vəhdət aləminə yetişməyib. Ona görə də mən acizlik və təvazökarlığımdan dərvişlərin ayağının tozuyam.

Şərh – Hədsiz məhəbbət və fədakarlığın ucbatından dərdlilərin könlünü almaq barədə buyurur ki, qoy bütün dərdlilərin dərdi mənim kədərli canıma gəlsin, mən onların ayaqlarının tozu olum, həyatım və ölümüm dərdlilər arasında olsun, çünki onlar vəhdət aləminin həqiqətlərini dərk etmək yolunda mənim yoldaşlarımdır.

Ürək genişliyi barədə buyurur:

Şərh – Deməyin ki, mən bir an belə vəhdət aləmindən uzağam. Belə ki, mən qudrətimi, gücümü və arxayınlığımı vəhdət aləminin seçilmişlərindən alıram. Mən çiynimi ərş və kürsünün altına qoymuşam, yə’ni onları saxlayanlara kömək üçün çiynimi vermişəm. Bu şərəfə nail olmağımın səbəbi isə odur ki, mən Sultan Şeyx Zahidin çövganının quyuyam, yəni kamil ustaddan tərbiyə almışam, ona müti və itaətkaram.

Şərh – Mən vəhdət aləminin şahbazıyam, çünki taliblərin vücudunda alcaq sifətlərin ilanlarını məhv edib öldürmüşəm. Mən vəfalıyam, çünki vəfasızların adətlərini tərk etmişəm. Mən ilahi qüdrətin möhkəm ipiyəm ki, kamil ustada müti və itayətkar olumşam. Yə’ni mənə hakim kəsilən böyüklük sifəti yandırıcı atəş xüsusiyyətlərinə malik olsa da, mən həlimlik və dözümlülük suyu ilə onu söndürüb heç kəsi incitməmişəm.

Şərh – Yə’ni o Allahdır, şə’ni uca olan Allah ki, bənzərsiz və vahiddir, zatında və sifətlərində yeganədir. Və bu da maddi aləmdən ibarət olan dünyadır ki, büsbütün səhra və çöllukdur. Mənim qəlbimin istəyi bu idi ki, həqiqi məhbub olan şə’ni uca Haqqın məhəbbəti mənə məxsus olsun. Halbuki hər şəhər və hər vilayət Haqqın aşiq və müştaqlarının hay-küyü və səs-sədası ilə doludur.

Şeyx Zahidə – qəbri nurla dolsun! – xitabən buyurur:

Şərh – Yə’ni elə ki kamil ustad olan sənin dərgahına üz tutdum və pənah gətirdim, bütün ehtiyaclarım ödəndi və sənin diqqətin sayəsində ürəyim həzrəti – Mustafanın adı ilə dirçəldi. Sabah qiyamət günü məndən əməllərimi sorğu-sual edəndə, iki əlimlə həzrət Əliyi – Mürtəzanın və onun şərəfli nəslinin ətəyindən tutacağam.

Şərh – Həmd olsun Allaha ki, mənim şeyximin kəramət və səxavəti bütün taliblərə şamildir. Mənim vücudum məhəbbət atəşi ilə doludur, eşq və sevgi şö’ləsi ondan heç əskik olmur. Mən bütün Şamı və Şirazı açıq və gizli şəkildə kamil ustad sorağı ilə dolaşdım və aləmin bütün guşənişinlərinin yanında oldum. Mənim şeyxim cihad meydanındakı bütün ərənlərin başçısı və sərdarı imiş və mənim xəbərim yox imiş.

Yenə ustada xitabən buyurur:

Şərh – Yə’ni mənə həyat ver və ürəyimi mə’rifət nuru ilə dirilt ki, yoxluq və ölüm onun ətrafına dolanmasın. Mənə qulaq ver ki, hatiflərdən və ilhamlardan qeyb aləminin nidasını eşidim. Mənə dil bəxş elə ki, daim məhəbbətdən danışım və beləliklə, bütün deməli və eşitməli mətləblərdən agah olum.

Yenə də öz ustadının tə’rifində buyurur:

Şərh – Yə’ni sənin uca hümmətli ürəyin elə bir uca dağdır ki, zirvəsi görünmür. Sənin ülvi eşqin elə bir dirilik çeşməsidir ki, onun yolunu bağlamaq mümkünsüzdür. Sənin həlimlik və səbrin həmişə abad olan şəriət bağına bənzəyir. Sənin müqəddəs ruhun elə bir şahbazdır ki, onun uçuşunun həddi yoxdur və əgər təsadüfən qanad açarsa, iki dünyanı bir göz qırpımında seyr edər.
Şərh – Yə’ni ürək əhlinin sözləri, onların öyüd və nəsihətləri qulağımda sırğa (hərfən: durr) kimidir, həmişə onlara əməl edirəm, çünki bəndələrin əməllərini yazan iki katib həmişə çiynimdə oturub xeyir və ya şər, nə olursa, qeydə alırlar. Mən ərənlər təki ürəyimdə and içimşəm ki, haqqdan savayı heç nəyə diqqət yetirməyəcəyəm.

Şərh – Yə’ni mən vəhdət aləmində bəslənmişəm və vəhdət aləminin vəsfi daim dilimin əzbəridir. Odur ki, sə’yimin atını daim vəhdət aləmində çapıram və ürəyim vəhdət aləminin şövqü ilə doludur. Nə qədər ki, sağam, eşqdən nalə çəkəcəyəm.

3-3. KƏSRƏVİ’NİN İDDİASI

Qeyd etmək lazımdır ki, Əhməd Kəsrəvi və onun əluşaqları Şeyx Səfiyəddin Ərdəbili’yə mənsub qoşabeytlərin Giləkcə olduğunu anlamamışlar, onları məchul «Azəri ya zəban-e bastan-e Azərbaycan» dilinə mənsub etmişlər və Azərbaycanda asimilizə siyasi hərəkətlərin öncüsü olmuşlar. Bu siyasi oyunun başçıları Tehranın rotari klubları və fəramasoneri lojların üzvləri və «Pakdin»lər idilər və Kəsrəvi’nin peyqəmbərliyini qəbul edirdilər

4-1. ŞEYX SƏFİ’YƏ MƏNSUB OLAN FARSÇA ŞE’RLƏR

Şeyx Səfiyəddin Ərdəbili’yə mənsub olan Farsça şe’rlər bir çox «Səfi» divanlarında vardır. Bir neçə Farsça qəzəl «Silsilət ün-nəsəb-i Səfəviyyə» kitabında və üç rübai «Danişməndan–i Azərbaycan» əsərində ona mə-nsub edilmişdir. Əlbəttə, bu rübailərdən birisini təzkirələr Səfi Şiraziyə və başqasını da Səfi Raziyə mənsub edirlər.

Biz burada verdiyimiz Farsça şe’rləri əlmizdə olan mətbu qay-naqlardan verdik və hər şe’rin altında aldığımız qayanğı zikr etmişik.

Biz «Şeyx SƏFİ’NİN Türkçə şe’rləri» bəhsində dediyimiz kimi, təzkirələrdə əlli nəfərə yaxın Səfəviyyə dövründə «Səfi» təxəllüsü ilə Türkçə və Farsça şe’r yazanlardan ad aparılır.
Əgər Türkçə şe’rlərin Şeyx Səfiyə mənsub olmasına şəkk etməsək ki, etmirik, Farsça şe’rlərin mütləq ondan olmasını isbat etmənin xas tədqiqata ehtiyacı vardır. Bununla belə, biz burada ələ gətirə bildiyimiz Farsça şe’rləri də «Qara Məcmuə» yə saldıq.

4-2. ŞEYX SƏFİYƏ MƏNSUB OLAN FARSÇA ŞE’RLƏR

Yüz xətanı bağışlayan kərəm sahibi
Ürəyini sıxma, Səfi, bizim günahımızı bağışlayar.
Kimin ürəyində zərrə qədər Əli məhəbbəti varsa,
Nə qədər günah etsə də, Allah onu bağışlayar.
Vay bu sönük zikrə, nə vaxta qədər bu uzun fikirdən
Yanıqlı ahlar çəkəcək və saralmış üzlə /gəzəcəksən/?!
Daim mey iç ki, meyin ta-yi bərabəri yoxdur
Və dünyada heç bir şərbətin ona bənzəri yoxdur.
Səlsəbil suyu yalnız və’d olunduğu üçün
İndi nağd olan şərab Səlsəbildən əskik deyil.
Haqq onun tamını vəsf edərkən «Səlsəbil» dedisə də,
Şərabda elə sirlər var ki, heç zəncəfildə yoxdur.
Aqilsənsə, ağılla, kəmalla, xoş danışıqla (şərab iç),
Yox, qafilsənsə, içmə, çünki bu, yol üstündəki su deyil.
Əgər mey içəni (cəhənnəm) odu ilə qorxudurlarsa,
Bil ki, bu, Xəlilin odunun nişanəsindən başqa bir şey deyil.
Meyi tə’rifləyən «onda insanlara xeyir var» ayəsi mövcuddur,
Yaxşı oxu, çünki (doğrudan da) onun xeyri az deyil.
Cahanda SƏFİ’NİN eybi yalnız mey içməkdir
Şükr olsun Allaha ki, alçaq və paxıl deyil
(«Silsilətün – nəsəb»)

Sənin üzün Qur’an təki səhvsiz və xətasızdır
Və təqdir qələmi onu yalnız müşk ilə yazıb.
Gözün və ağzın – vəqf işarəsi, qaşın – mədd (işarəsidir)
Kipriklərin – hərəkələr, xal və xəttin – nöqtəli hərflərdir1.
Heç vaxt heç kimin qəlbini incitmə, Səfi,
Əgər bacarsan, bir ürəyi ələ al, Səfi!
Öz işinin cilovunu əldə saxla, Səfi,
Amandır Səfi, min dəfə amandır, Səfi2!
O kəslər ki, surətdən bütün mə’nanı oxuyarlar,
Dünya dəftərinin əbsədindən axirət yazısını oxuyarlar.
Elm yolu ilə bəndənin üzünə yaxşı nəzər saldıqda,
Onun bütün vücudundan yalnız Aganı oxuyarlar.
Məhbubun üzünün əksi ışıq salarsa,
Onun üzünün parıltısını təcəlla nuru adlandırarlar.
Səfi öz kitabxanasından Allahın sirrini oxudu,
Buna görə də sufilər onu aşkar oxuyurlar.
Ey Səfi, sufinin saflığı saf şərabdan olur,
Zahiri zahidlikdən və boş sözlərdən olmur.
Müxaliflərə saf və xalis vəhdət şərabını dadızdırma,
Çünki onlar dava edirlər, dava isə bildiyin kimi, yolverilməzdir.
Sən özündən «çıxmayınca» Allaha layiq ola bilərsənmi?!
Qılınc qınında olduğca kəsə bilməz!
Həccə gedən kəs kimi Kə’bəni təvaf edib nə diləyirsən?!
Axı «qorxma!» məqamında dilək və qorxu qeyb olur!
Səfaya çatdınsa, ey Səfi, Mərvəyə getmə,
Çünki hər şey ürək Kə’bəsinin ətrafına təvaf edər!

Ürəyim sənin üzünün surətini nəqş edəndən bəri
Qiyamət günündəki rəssam kimi od içində oturdu.
Bu sevdalı ürəyin dənəsi Siyavuş kimi
Özünü oda vurdu, lakin oddan qurtuldu.
Xəlilullah kimi o dodağı, üzü və xətti xatırlayıb,
Odda su, gül və reyhan içərisində oturdu.
Əgər Azər sənin çöhrənin Xəlilini yuxuda görsəydi,
İbrahim kimi bütlərin üzünün naxışını sındırardı.
Və əgər Kə’bədə sənin üzün kimi bir qiblə olsaydı, şübhəsiz,
Cahiliyyət dövründə heç kəs bütpərəst olmazdı.
Kim sənin şirin dodağının camından bir qətrə daddısa,
Sənin gözün kimi görüş şərabından daim məst oldu.
Saf şərab, sənin dodaqların və SƏFİ’NİN camı arasında,
Ələst günündən üzü bəri ruhi əlaqə vardır.


«ƏL-BUYURUQ» RİSALƏSİ


5-1. «ƏL-BUYURUQ» NƏDİR?

«Əl-Buyuruq» risaləsi Şeyx Səfiyəddin Ərdəbilli’nin «talib» adlanan müridləri tərəfindən yazılmışdır. Bu risalə, ümumiyyətlə, Şeyx Sədrəddin’in dilindən yazılır. Əsər 50 bölümdədir. Hər bölümdə Şeyx Sədrəddin Sultan Şeyx Səfiyəddindən bir sual edir və Şeyx Səfi o suallara cavab verir.

«Əl-Buyuruq» mənaqibini Əhəd Hamid əs-Sərraf Mosul ətrafında yaşıyan Qızılbaşiyə Bacalan Türkləri arasında tapıb, Ərəbcə çeviri və izahatla nəşr etmişdir.

«Əl-Buyuruq» «Qara Məcmuə»nin əsas hissəsi kimi «Mənaqib-i şərif-i qütb ül-arifin həzrət Şeyx Səfi qəddəsallah sirrəh ul-əziz» adlanmışdır.

Əsər «ümmət-i xas və mömin-i pak e’tiqad olan qardaşlara» tə’lim etmə üçün «Qara Məcmuə»lərə daxil edilmiş bir zaviyə dərsliyi kimi dəyərləndirilir. Əsər sadə nəsr ilə yazılmışdır, cümlələr qısa və gözəl səc’lər ilə doludur: «… Lölö-yi candır, nə mərcandır, hər biri bir candır, möhkəm saxlayıb bu sözləri can qulaqlarına qoyalar, ənbiyanın sirrin bilib duyalar, övliyanın ərkanıynan uyalar..»

Əsərə Şah İsmayıl XƏTAYİ’NİN şe’rləri də şahid misal kimi daxil edilmişdir. Bu iş «Qara Məcmuə»lərin ümumi halıdır.

«Əl-Buyuruq» mənaqibini təqdim etməkdə, imlanın cağlaşdırılması məsələsində, sözlərin əski tələffüzlərinə və ya xas vilayət formalarına əl vurmadıq və yalnız yazı qaydalarını müasir oxucunun rahat oxuması üçün dəyişdik.

Misal üçün « » formasını « », « » formasını « », « » formasını « » yazdıq. Habelə Ərdəbil ləhcə və şivəsində yazılan « », « », « » və « » kimi sözlərin dəyişməsini də məqsədə uyğun saydıq. Lakin nəsr şivəsi və üslubuna əl vurmadan, lazım gəldikdə sözlərin ətək yazıda izahını verməyə çalışdıq. Mətnə artırdığımız sözləri arta / / içinə aldıq.

5-2. KİTABIN MÜQƏDİMMƏSİ «KİTAB ƏL-MƏNAQİB» («ƏL-BUYURUQ»)

Bu, Şeyx Sədrəddin ilə qütb ül-arifin /ariflərin qütbu/ Şeyx Səfiyəddin bin İshaq əl-Ərdəbili arasında təriqət adabı /qaydaları/ haqqında söhbəti ehtiva edən bir kitabdır.

«Kitab əl – mənaqib» müqəddəs kitablar silsiləsindən hesab olunur və onlar da «Əl-burx» / «Əl-Buyuruq» /, yaxud buyrulan şeylər, /məsələlər/ haqqında kitab adlandırılır.

Bağışlayan və rəhmli Allahın adı ilə

«Əl-Buyuruq» kitabı şərafətli qütb ül-arifin /ariflərin qütbu/ həzrət Şeyx SƏFİ’NİN /Allah onun əziz ruhunu müqəddəs etsin!/ mənqəbələri haqqındadır.

Peyqəmbərlərin qəbrlərini ariflər üçün qiblə, çöllərdə dolaşanlar üçün Kə’bə etmiş Allaha şükr olsun! Allah onların ipindən yapışmağı qiyamət gününə qədər qurtuluş üçün səbəb etdi və onlara sığınmağı yüksək dərəcələrə çatmaq üçün vasitəyə çevirdi. Səmaları yaradan, böyük bilgi sahibi, başlanğıcı və sonu bilinmiyən aləmlərin Rəbbi olan Allaha şükr olsun! Ən fəzilətli dualar və ən məzmunlu salamlar Allahın seçdiyi sadiq peyqəmbərinə, onun nəslinə, bütün övladlarına olsun! Ey rəhmlilərin rəhmlisi olan Allah, sənin rəhminə görə dualar və salamlar başqa peyqəmbərlərə və elçilərə olsun!

Amma bə’d, sərvər-i kainat və xülisətül-mövcudat, şəfi-yi ümmət və sərhəng-i qiyamət və ərkan-i risalət, bülbül-i gülüstan, xace-yi dünya və axirət, sədr-i səfvət və mahi qəvəməti və ya, müəlla və müzəkka və müctəba- yə’ni Həzrət Məhəmməd əl-Mustafa (səlləllahu əleyh və səlləm) həzrətləri cün kim fəna darindən bəqa mülkinə əzm etməli oldu, hədis-i şərif: «Əl mö’minun la yəmətun bəl yəntəqlunə min dar ül-fəna əla dar ül-bəqa». Həzrət Rəsul (əlyehissəlam) buyurur kim: «Mö’minlər ölməzlər, fənadan bəqaya nəql edilər, haman bir evdən bir evə köçər gibidir».

5-3. NƏBİYİ ƏKRƏM /S/ VƏSİYYƏTİ

Pəs ol vaxt Əsədullah ül – qalib Əmir əl-mö’minin Əli ibn Əbu Talib həzrətləri /ni/ hüzuruna istədi və ayıtdı:

- Ya Əli! Qürb-i həqqə müvasilət qərib olmuşdur. Mən dünyadan axirətə gedirəm və sənə bir qaç vəsiyyət edirəm. Gərəkdir kim, qəbul edəsən, iki cahanda əziz və möhtərəm olasan. Zira təriqət içində lazım olan nəsnələrdir, mənə Cəbrail-i əmin həzrət Rəbb il-aləmindən vəhy gətirmişdir. İndi şəriət ənbiyanın və təriqət övliyanandır, mə’rifət sulükdur, həqiqət vəslət məqamıdır. Öylə haqq olmaqdır. Pəs bu cövhərləri «Yazı» da sənə yadigar verəlim.

5-4. LÖ’LÖ-Yİ CAN

Ümmət-i xas və mö’min-i pake’tiqad olan qardaşlara, lö’lö-yi candır nə mərcandır ki, hər biri bir candır. Möhkəm saxlayıb bu sözləri dürr, tən /və/ can qulaqlarına qoyalar.

Ənbiyanın sirrin bilib duyalar. Övliyanın ərkanına uyalar.

Mö’minlikdə pake’tiqad mühibblər ruz-i məhşərdə qiyamət qayim olunca bizim ələm və sancağımız altında bulunub şəfaətimizdən məhrum qalmayalar. İnşaalah təala.

5-5. ƏDƏB VƏ ƏRKAN

«Ya Əli! Həqq olub mühibb-i övliya olan kimsənələrə təlqin edib bu vəsiyyətləri deyəsən. Gücləri yetdikçə əla qədrihi övliyanın ədəbindən və ərkanından eşidələr. Bilib, öyrənib övliyanın təriqin dutub gedələr və ona görə əməl edələr.

Və daha hər kim bu vəsiyyətləri dinləyib mucibincə əməl edərsə, ol mənim dostumdur, mən ondan xoşnud oluram, yarın həqqin cəmalını kəndisinə göstərirəm. Və hər kim bu vəsiyyətləri eşidib tutmaz isə, mənim düşmanımdır», - dedi.

5-6. MÖ’TƏBƏR KİTAB

Pəs ol vaxt bu «Vəsiyyətnamə»yi Əmirəlmö’minin imam Əli əleyhissəlamə təslim eylədi və neçə dürlu pənd və nəsihət edib buna mütabiq hədis-i şərif söylədi. «Ənə mədinətul elmi və Əliyun babuha», yə’ni «Mən elmin şəhəriyəm və Əli qapısıdır». «Ənə və Əli mən nur-i vahid», yə’ni «Mən və Əli bir nurdan xəlqiz».

Əsədullah ül – qalib İmam Əli – əleyhissəlam həzrət Rəsul – səlləlahi aleh və səlləmə – həzrətlərinin ləfz-i kühərbarından pənd və nəsihəti qəbul edib hüzur-i şərifində yüzünü yerə urdu və ol «Vəsiyyətnamə»yi Rəsul həzrətinin hüzurunda yazdı, bir mö’təbər kitab eylədi. Daima oxuyub mucibincə əməl edir idi. Andan İmam Həsən /ə/ və İmam Hüseyn /ə/ və İmam Zeynəlabdin /ə/ həzrətlərinə irişdi – rəziullah-i təala əleyhim əcməin.

5-7. ƏRƏNLƏRDƏN YADİGAR

Ta kim silsilə-silsilə övladi – Rəsuldan bu «Vəsiyyətnamə» Şeyx Səfiyəddin həzrətlərinə irişdi – qəddəsullah sirrəhul – əziz – oxuyub onlara əməl qıldı.

Kəndisinə mürid olub iradət götürən talib və dərvişlərinə məən təlqin edib bu «vəsiyyətnamə» mucibincə övliya məhəbbətlərinə irşad edər idi. Bizə daha ərənlərdən yadigar qaldı. Övliyanın mənaqibi budur, biləsən, taliblərə tərbiyə qılasan.

5-8. ŞEYX SƏFİ’NİN İLK BUYURUĞU

Şeyx-i aqil və kamil və qürb-i həqqə vasil təhqiq xəlifətullah ənduh Şeyx Səfiyəddin – rəhmətullah həzrətləri buyurur: «Hacan bir talib bu vəsiyyətləri dinləsə və mə’nasını anlasa, ol talib Həqq hüzurunun əmn və amanında olub dünya və axirət qorxularından qiyamət günündə bizim ilə həşr olur. Bu «Vəsiyyətnamə» oxunur /sa/, kimi qulaq dutub dinləməsə və mə’nasın anlamasa, gözü, könlü, bəyanda övliyanın ədəbin yerinə gətirməsə, ol talibdən Allah bizar, Rəsulallah bizar və filcümlə dünya və övliyalar və məlaikələr bizar olurlar», - dedi.

5-9. TALİB-İ HƏQQ KİMDİR?

Məgər kim Şeyx Sədrəddin həzrətləri məclisdə hazır idi və təriqət içində Şeyx Səfiyəddin /in/ oğlu idi. Bu nitqi eşidincə filhal oturduğu yerdən ayağ üzünə durdu, gəlib Şeyx hüzurunda yüz yerə qoyub təzərrö’ və niyaz eylədi və daha miskinliklə dedi:

- Ya Şeyx! Talib-i həqq nədir? Bizə bəyan eylə, kərəm-i lütfündən, eşidəlim!

5-10. TALİBİN ALTI SİFƏTİ

Şeyx Səfi həzrətləri buyrub kim: «Talib-i həqq oldur kim, əvvəl ədəb /ala/, ikinci, əvamdan kəsilə, üçüncü, məhrəmin bilə, dördüncü, cəmi yədfe’lin tərk edə, beşinci, həqqə və xəlqə yaramaz iş etməyə, altıncı, hər qanda ola, şeyx qorxusun çəkə. Yə’ni: «Aşikar və ya məxfi mən bu işi görərsəm, şeyxim görür, bilər».- deyə, etməyə.

Övliya talibin könlünə və gözünə gündə yetmiş kərə nəzər eylər.

Nəzm

Sarayın pak et ki, mehmanxane-yi həqdir
Vaxt olur kim, təxtini qurmağa sultan gəlir.

Pisi silinmiş-süpürülmüş görüncə, Sultan səfa edər. Topraq ol talib başına ki, övliyayı hazir və nazir bilməyə. Və hər kim könül ayinəsin silməyə, ondan ənbiya və övliya bizardır», – dedi.

5-11. ŞEYXİN RİZASI

İndi talib olan kişi gərəkdir ki, sahib-i əql ola və hər işi ki işlər, əql təsərrüfü ilə işləyə, cəmi hərəkatı ilə zəbt eyliyə, müxaliflik etməyə və əgri təriqə getməyə. Etdigi iş və getdigi yol şeyxin rizası ilə ola. Əgər şeyxin əmrinə müvafiq olmazsa, ol talibin çəkdigi zəhmət və möhnət və məşəqqət filcümlə zaye olur və axirətdə şeytan kimi məl’un və məğbun və mərdud olmayasan və dərgahdan sürülməyəsən. Cəhd edəsən kim, yüz min günahın daha olursa, Adam gibi, peyqəmbər gibi məğfur və məqbul olasan.

5-12. SİDQ VƏ E’TİQAD

Talib gərək bir iş işləyincək fikir eyləyə, əgər xeyir işləyə, şəri tərk eyləyə. Amma bir kişi zahir və batində Şeyxin işarətinə müntəzir ola və səfa nəzərinə məzhər düşə, haçan bir kişi Talib-i həqq ola və daha övliya dərgahına gələ, əl verib ətək dutsa, iradət ilə təslim ola, övliyaya iqrar verib iman gətirsə, bu dünya xəlqindən kəsilib övliya güruhundan ola.

Amma burada imandan murad sidq və e’tiqad birlə inanmaqdır. Bir kişinin iqrarı sadiq və etiqadı dürüst olmasa, ol kişinin imanı olmaz. Din daha imandır və iman iki qism üzərindədir: biri təhqiqdir, digəri təqliddir. Təhqiq oldur kim, könlu qillü qəşdən mübərra ola və təqlid oldur kim, könlü doydolu vəsvəse-yi şeytan ola.

Və Şeyx Səfi buyurur ki: «Övliya mənzilində otura, talibin könlünə nəzər edə, lövhül-məhfuzə və lövhül-insanə ola. Yə’ni bir kişi kim, yanına gəldi, nur-i vilayət ilə onun yapdığı xətaları bilə və görə və tərbiyə eyləyə. Və hanki talibin könlü pak degildir, anı yanında qoymuya, rədd edə».

5-13. İMANSIZ ÖLMƏK

Şeyx Sədrəddin həzrətləri yenə sual verib ayıtdı: «Ya Şeyx! Talibin könlü necə olunca pak olur?».

Şeyx Səfi həzrətləri ayıtdı: «Binamaz loğmasın yeməyə. Talib olan kişi xəlq-i aləmə ixtilat etməmək gərək. Yə’ni əvam ilə alış-verişi etməməkdir. Yəzid övrət ilə yatmaya, yəzidin loğmasın yeməyə, kəndi gövhərini yəzidə xərc etməyə və kəndi loğmasın yəzidə yedirməyə. Bir kimsə münkir və münafiq əkməgin yeyər isə, qursağında ikən ol kişinin və’dəsi irişib ölür isə, imansız ölür».

5-14. KÖNÜL HAQQ EVİDİR

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Binamaz kimlərdir?, - buyur, eşidəlim!».

Şeyx Səfi həzrətləri ayıtdı: «Binamaz anlardır kim, həqq sevgisin, peyqəmbər mehrin və övliya məhəbbətin könlündən çıxara. Bunların yerinə təşviş və qillü qəşdən bədfikir və bədəndişə dolmuş ola və könlü daima təkəbbür ola, həqqə baş endirməyə və həqq sözə baş endirib «bəli» deməyə. Zira namazdan murad olunan niyazdır. Həqqə baş endirib, səcdə qılmaqdır. Bir kişi səcdə tərk eləsə, Həqq-i təala həzrətinə ibadət və pərəstiş etməmiş olur və şeytan kibi mərdud olur. Bir qul əfəndisinə sərkeş olub baş endirməsə və əmrinə müti’ olmasa, asi olsa, əfəndisi onu qapısında qoymaz, rədd edər. İndi talib olan kişi ciddü cəhd edib qadir olduğu qadar gözə və könülə girmək. Zira kim, könül həqqin evidir. Pəs ev sahibi evdən xali degildir. Bir kişi həqqin evinə girsə, həqq ilə birlik etmiş olur».

5-15. TƏSLİM OLMAQ

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Təriqətdə səcdə qılmaq nədir?- buyurunuz, eşidəlim və biləlim».

Şeyx Səfi – əleyhirrəhmə buyurdu kim: «Təriqət içində səcdə qılmaq niyaz məqamıdır, yə’ni təslim olmaqdır. Təslimdən murad oldur kim, başımı yolunuza qoydum, ayrıq mənim degildir. Zira kim, ər meydanı həqq medanıdır. Bu meydana girən kişi başını top eyləyib kəndini meydana fəda edib, baş və candan keçmək gərəkdir. Böylə olsa, o kişi iradət ilə kəndini təsdiq və təhqiq-i övliyaya təslim etmişdir. Təriqətdə sidq-i e’tiqadını möhkəm edib könlünə vəsvəsə gətirməyə. Amma ədəb üzərinə olmasa, ol kişinin təslimi olmaz», - dedi.

5-16. SƏCDƏ HƏQQƏDİR

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Səcdə Həqq üçün isə, burada xof yoxdur və əgər ədəb edərsə, Adəmdən degil, burada Həqdən daha ümid olmaya. Burada səcdə nə üçündür? Bir xoş düşün, bəyan elə, biləlim, müşkülümüz həll edib əyan elə, biz də ona görə qılalım».
Şeyx Səfi – rəhmətullah-i əleyh həzrətləri buyurdu: «Ol vaxt kim, Həqq-i təala həzrət Adəmin qalıbını qüdrət əli ilə düzüb və məlaikələrə səcdə üçün əmr etdi, ol əmr xud həqq oldu. İndi ol vaxt Həqq-i təala Adəmin qalıbında kəndüzünü gizlətdi, məlaikələr kəndüyə səcdə etdilər. Pəs İblis – əleyhəllə’nə ol vaxt təkəbbürlük edib səcdə etmədi, məl’un və mətrud oldu. Bu mə’nadan kim, İblis qeyr-i həqq sandı və Həzrət-i Həqqi Adəmin məzhərində görmədi və tanımadı. «Əbi vəs-təkbərə və kanə min əl-kafirin» oldu (Tərcüməsi: İblisdən başqa hamı səcdə etdi. /yalnız/ o, lovğalanaraq /səcdə etməkdən/ imtina etdi və kafirlərdən oldu. «Bəqərə» sürəsi, 34-cü ayə/. Dorumuz (?), bisəm, və bibəsər, biyəd və biyəmşi və bibətəi İblis əleyhəl-lə’ nət kəşf oldu . Və bilmədi kim, Həqdən qeyriyə səcdə qılmaq küfrdür. «Mən səcdəül-qeyr Allah fəqəd kafər». Tərcüməsi: «Əgər Adəm qeyr-i həqq olaydı, ona səcdə eləyən kafir-i mütləq olaydı».

Pəs mə’lum oldu kim, səcdə Həqqədir, Həqdən qeyriyə səcdə qılmaq caiz degildir. Əgər Həqq üçün edərsə, ol kişi kafir-i mütləq olur. Bu mə’nayı yaxşı fəhm eylə, əqlində sekəliyə gör, ta kim, «Latə-fəğhua» lardan olmayasan. «Ula’-ikə kəl-ən’ami bəl hum əzəllu ula’-ikə humul-gafilun» (Tərcüməsi: Bunlar heyvan kimidirlər, bəlkə də /on-dan/ daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! «Əraf» surəsi, 179-cü ayə). Onların şə’nında gəlmişdir ki, həqqi batildən fərq ey-ləyəməzlər və Adəmə səcdə eyləyəməzlər, səlat və zəkat əh-lindən de-gil-dirlər, cənabi Həqqin əsrarın nəql və tavil eyləyəməzlər. Hey-van k-i mi şərab-i şəhvətdən özgə bilməzlər. «Yə’ləmunə zahirən min əl-həyat id-dünya və hum’ ən il-axirəti hum gafilun» (Tərcüməsi: Onlar dünya hə-yatının zahirini /ticarət və əkincilik işlərini, məişət məsələlərini/ bilirlər, axirətdən isə xəbərsizdilər. «Rum» surəsi, 7-ci ayə).

Pəs təriq əhli olan qardaşlara vacibdir ki, hər gün sabah olduqda yerindən durub pak təharət ilə abdəst alıb on iki imamı və çəhardəh mə’sum-i pakları zikr edib, al-i övladı şəfi’ götürüb şah-i kərəmə gəlincəyə qədər cəmi məşayixləri yad edib, ruh-i münəvvərlərindən isti’anət tələb edib yardım diləyə və əhl-i beyti – Rəsulun düşmanlarına «təbərra» edib Məhəmməd və Əli dostlarına «təvəlla» eyləyə. On iki imama iqrar edib, mürşidə iradət gətirə, ta kim, imanı dürüst ola.

Bir talib beş vaxt bu şərt ilə /namaz/ qılmaz isə, layiq-i şah və məqbuli – dərgah olmaz və mərdud-i əzəlidir. Ol kimsədən e’raz etmək gə-rək. Nəuzibillah min şərri zalikə. (Tərcüməsi: Onun şərrindən Allaha sığınıram).

5-17. USTAD NƏFƏSİ

Şeyx Səfi həzrətləri buyurmuşdur kim: «Talib olan kimsə gərəkdir kim ustad nəfəsi ilə yürüyə, əmrlərinə qail ola. Müti’ ola övliyaya. Haçan kim bir talib övliya nəfəsinə iman gətirməsə, baqi e’tiqad etməyib inanmasa, könlünə şübhə bürünsə, yetmiş övliya qətl etmişcə günah hasil edər».

Və daha Şeyx Səfi həzrətləri buyurmuşdur: «Yol talibi olan kişi daim mücahidə qıla. Mücahidə oldur kim, qadir olduğu qadar talib bir-birinə çox varmaq gərək, könlü xəstə olur. Pəs indi mücahidə ilə könül ayinəsi silinir, pak mücəlla olur. Ol talib hər nəyə kim baxarsa, mürəbbisin görür, könül gözü açılır».

Daha /Şeyx Səfi həzrətləri/ buyurmuşdur: «Talib üç gündə bir dəfə mürəbbisinə vara, didarın görə və söhbətə irə, övliya kəlamın dinləyə, dürlü mərifət hasil eyləyə və neçə müşküllər həll eyləyə. Əgər üç gün-gecə varmasa, beş gün-gecə varmasa, yeddi gün və ya on gün, əl-hasil qırx gün varmasa, və’dəsi irişib bu qırx gün içində ölərsə, ol talib övliyadan cüda düşmüş olur. Övliya qövlü onun üzərindədir. Biləsiz, qafil olmayasız».

5-18. ÖVLİYA QÖVLÜ

Şeyx Səfi həzrətləri buyurur kim: «Övliyanın on iki qövlü vardır. Altısı talibindir. Pəs hər hangi talib bu altı qövlü bilib övliyanın nəfəsini yerinə gətirməyə, qıldığı dua batildir. Və əgər o altı qövlü yerinə gətirsə, övliya dostu olur».

5-19. ALTI QÖVL

Şeyx Sədrəddin həzrətləri sual etdi: «Ya Şeyx! Övliyanın ol altı qövlü nədir?, - buyurunuz, onu daha biləlim, qadir olduğumuzca mucibincə əməl edəlim», - dedi.

Şeyx Səfi həzrətləri buyurdular kim: «Ol altı qövlün birincisi namaz-i niyazdır. İkincisi budur kim, mücahidədir, talib bir-birinə çox varmaq gərək. Üçüncüsü, talib olan kişi əvam-i nasdən münqəte’ olub kəsilməkdir və əvam loğmasın yeməməkdir və kəndi daha əvamə loğmasin yedirməməkdir. Dördüncüsü, talib olan kişinin təqvası təmiz olmaq gərək. Yə’ni daima pak təharətli olmaq gərək. Hər hal üzərinə qarşı düşmək caiz degildir».

Dinlə nəfsin canlıdır,
Dutmayanlar qanlıdır,
Xətayi, həzər eylə,
Bu yol nədir, yanlıdır.

Daha övliyanın altıncı qövlü oldur kim, daima zikrullahi dilində vird eyləyə, ol zikrin nuru qəlbinə düşə. Leylən və nəharən, sirrən və cəhrən tövhid eyləyə. Gecə və gündüz, gizli və aşikara tövhid kəlməsin söyləyə və həm nəfs-i əmmarənin kökünü qaza və kəndusunu təqvayə irgürə. Ol kimsənə rah-i təqvayə könül bağlayıb cəla verə.

Haçan bir talib bu altı qövlü yerinə gətirsə, övliya ilə on iki qövlü yerinə gətirmiş gibi olur.
Amma ol on iki qövlün altısı kim övliyanındır, bəyanə gəlməz, dil ilə şərh olmaz. Ol məqam-i haldır, qal degildir. Və daha talib oldur kim, gündüzü kəsrətdə olursa, gecəsi vəhdətdə ola. Zira kim gecə övliya ba-zarı, gündüz xəlq bazarıdır. Haçan bir talib hər gün xəlq üzünə baxıb xəlq ilə ixtilat eyləyə, ol talib min dərəcə qət’-i mənazil etməkdən geri qalır.

Pəs indi talib olan kişi gərəkdir gündüz xəlq ilə müamilə edərsə, gecə Həqq ilə müamilə eyləyə».

5-20. GECƏNİN BEŞ BÖLÜMÜ

Şeyx Səfiyəddin həzrətləri buyurur: «Sufi gərəkdir bir gecə /ni/ beş qism üzərinə təqsim eyləyə:

Əvvəl qism, taət və ibadət ilə məşğul ola.
İkincisi qism, qal və qeydi fərağət edib rahət etməgə məşğul ola
Üçüncü qism, səhhət etməgə məşğul ola.
Dördün-cü qism, vəhdət et-məgə məşğul ola.
Beşinci qism, xəlvət etməgə məşğul ola».

Şeyx həzrətləri bu minval üzərinə daima ibadət etmiş idi. Zira kim, nəfs-i mücahidə bütün nicat verir.

Onun üçün kim bir gecənin on iki saatını beş qism edib və hər qismi bir dürlü hal üzərinə keçirsin və hər hal sirr üzərinə. Ol talib olan kişi kəndü /gecəsini/ şöylə təqsim eyləyə. Demişdir: «Amma təriq düşmanı vardır, onlardan həzər ediniz və qorxunuz».

5-21. TƏRİQ DÜŞMANI

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Təriq düşmanı kimlərdir? Buyu-ru-nuz, biləlim», - dedi.
Şeyx Səfiyəddin-i əleyhirrəhmə buyurdu kim: «Talibin dışarısı xəlqdir və içərisi övliyadır. Övliya pakdır, öylə olsa, talib gərəkdir zahir və batini pak ola. Haçan bir talib övliya məqamın xəlqə göstərsə, həm təriq düşmanıdır və həm bizim düşmanımızdır. «La fəta illa Əli la seyfə illa Zulfiqar». (Tərcüməsi: Əlidən başqa igid, Zülfuqardan qeyri qılınc yoxdur).

Pəs indi talib oldur kim, talibi qoxusundan bilə. Zira övliya qoxusu talibdədir. Haçan bir talib ol qoxuyu bilməsə, övliyadan cüda olur və bir talibdə kim, ol qoxu olmazsa, talib degildir, dünyadan axirətə imansız gedər.

Və daha bir kimsə övliya tacın örü nəsnəyə buraxsa, ol cüdadır. Onlardan qaçmaq gərəkdir. Əgər qaçmazlarsa, kəndiləri daha onun kimi cüda olurlar. Övliya ərkanından məhrum qalırlar».

5-22. MÜNAFİQƏ LOĞMA YEDİRMƏ

Və yenə Şeyx Səfi həzrətləri buyurur: «Cənab-i Həqq həzrətləri talibin könlünə bir möhkəm qəl’ə yapmışdır. Şöylə kim ol qəl’ə yetmiş qatdır. Bu dünyadan artıqdır. Və həm yetmiş bargahı vardır, övliyanın bargahıdır.

İndi hər hansı talib kim münkir və münafiqdən sirrini saxlamasa və həm loğmasını münkir və münafiqə yedirsə, ol qəl’əyi xərab etmiş gibidir».

Şeyx Sədrəddin aydır: «Ya Şeyx! Talib bir-biri ilə necə dəyərilsin? Onu daha bəyan elə, biləlim».

Şeyx Səfiyəddin – əleyhirrəhmə buyurdu kim: «Haçan bir talib bir talibin evinə varsa, ol ev sahibi olan talib gərəkdir kim, ona izzət və hörmət edib hər nə qadir olsa, mövcud bulunandan meydanə gətirə və onun qədəmin mübarək bilə, gəldigindən səfalər hasil edə.

Əgər ol talib onun gəldigindən səfa və şövq hasil etməyib dərunun-dan ona məhəbbət göstərməyib varını ondan dəriğ edə, loğmasını sax-lasa, cənab-i Həqq və övliya qatında üzü qaradır. İqrarı saf degildir.

Və daha bir talib loğmasın münkirə və münafiqə yedirsə, yetim ətini yedirmiş gibidir.

Və daha bir talib kəndi öz ətin bir münkirə versə, on iki imamın ətin yedirmişcə günah hasil edər».

5-23. ƏHL–İ ƏYAL İDARƏSİ

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Talib əhl-i əyalı necə idarə etsin?».

Şeyx Səfi – əleyhirrəhmə buyurdu kim: «Haçan bir talibin xatunu bir övliya düşməninə görünsə, yenə ol talib onunla cəm’ ola, xinzir ilə cəm’ olmuş gibidir. Ondan ziyadə ehtiraz üzrə olmaq gərəkdir.

Pəs talib olan kişi övliya izin izləyib, mürşid rizasını gözləyib əmrinə görə əməl etmək gərək, ta kim, tanrı dostu ola. Zira kim, ustad nəfəsi təriqətdə imandır. Şöylə bilələr.

TƏHQİQ

Ərz eylədi əmanəti yerlərə və göylərə ol əmanət kim, Allah-təala həzrətinindir, dağlar taqət gətirməyib qaldıra bildmədilər. Və ol əmanəti cənab-i Həqq həzrətləri həzrət Adəm – əlyehissəlamə verdi. Adəm – əleyyhissəlam Həqq əmrini qəbul edib qaldırdı».

5.24. YEDDİ SİFƏT

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Ol əmanət nə idi kim, yerlər və göylər təhəmmül edəməyib götürə bilmədilər və daha insan götürdü?».

Şeyx Səfiyəddin ayıtdı: «Ol əmanətlər bunlardır kim: əl, ayaq, göz, qulaq, dil, dodaq və nitq.

Bu yeddi qapı ixlas əslidir kim, yeddi sifətdir. Nə qədər sifətlər varsa, bu yeddi sifətdən hasil olur və bir daha şəhəvat-i nütfədir, derlər. Sufi gərəkdir bu yeddi qapuyu zəbt edib məhəllinə sərf eyləyə, cəhənnəmin qapısı onun üzərinə bağlı ola.

Və daha dərvişlik və sufilik oldur kim, nəfs-i əmmarəyi qətl edə, kəndisini ləvaməyə irgürə. Qövl-i təala: «Ən əl nəfs la marət ba ləssuh». Yə’ni bir kişi nəfsinə uyub əmmarə ilə amil olursa, ol kişi kəndisinə zülm etmiş olur. Süfi gərəkdir şəhvət əlindən biçarə və zəlil olmaya. Qadir olduğu qadar mən’ eyləyə, şəhvət atəşin söndürə.

Axmaqdır ol kişi kim, nəfsin diləyin verə və aqildir ol kişi kim, nəfsini qətl edə, kəndisini mülhəmə və mütmə’inə irgürə.

Bunlarınkı nə kim varsa, bu yeddi sifətdən qopar.

İndi bir talib ki, bu məzmumə sifətləri tərk edərsə, insan dərəcəsinə təriq bulur, nəfsi mütmə’inə ayaq basar, ol vaxt könlü və gözü açılar, eşq arı olar, ziyadə məhəbbət hasil olar, səfa-yi qəlb edər. Hansı talib ki, bu mərtəbəyə irsə, insan-i kamil olmuş olur».

5-25. YOL İÇİNDƏ

Şeyx Səfiyəddin ayıtdı: «Ya Şeyx! Talib yol içində necə gərəkdir? Buyur, eşidəlim və biləlim».

Şeyx Sədrəddin həzrətləri buyurdu kim: «Talib olan kişi dəvə və eşşək və xinzır gibi gərək olsun. Yə’ni bunun timsalı budur kim, dəvə yük götürücüdür və həm qatar içindədir, bir kimsə məharinə yapışsa, qalan dəvələr cümləsi onun ənsəsincə gedərlər. Sanma ki, müxalifət edərlər.

Pəs talib daha gərəkdir dəvə gibi qatar içində yük götürücü ola və rəhbər ilə müxalifət etməyə.

Mürşid su kimidir, su hər nəyə toxunsa, arıdar, pak edər. Mürşid daha talibin könlünü təmizlər. Mürşid-i kamil adəm-i cam-i cahannüma edər. «Cam-i cahannüm» nədir? Ayinə-yi Xudadır.

Və cəmiyyət olduğu yerdə hazır ola və bir məna-yi mə’rifət hasil edə.

Və xinzir daha doğrulduğu yerdən dönməz. Talib daha gərəkdir ki, doğrulduğu yerdən dönməyə. Siratül-müstəqimdə doğru yeriyə və doğru söyləyə, dost könlünü ağrıtmaya, könlü dərvişlikdə, dili mürüvvətdə ola, ta ki bu yolda məqsudunu bula.

Daha bir talib iki könlü bir edib ölürsə, münafiqdir».

5-26. ÖLÜMSÜZLÜK

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Mürüvvət nədir? Bəyan eylə, biləlim».

Şeyx Səfiyəddin həzrətləri ayıtdı: «Bir talib övliya kəlamın eşidə, həqq bilə, övliyanın mənaqibin dinləyə, hər nə deyərsə, ona görə əməl eyləyə və mirşüdin əmrini yerinə gətirə, ol talibə hərgiz ölüm yoxdur. Dünyadan axirətə iman ilə gedə, cümle-yi ənbiya və zümre-yi övliya ondan xoşnud ola, cənab-i Həqq həzrətləri ondan razı ola və cəmalını göstərə».

5-27. ÖVLİYADAN ÜZ DÖNDƏRMƏ

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Bir talib övliyadan üz döndərsə, halı necə olur?».

Şeyx Səfi həzrətləri buyurdu: «Bir talib övliyadan üz döndərsə, pir-dən dönmüş olur. Piri qəbul etməmiş, iblisi qəbul etmiş olur. Mün-kirdir, münafiqdir, üzü qaradır, dünyadan axirətə imansız gedər. Bir talib bir talibə nəfəs versə, bir gün və’də ilə üç gün olsa, varmasa yed-di gün olsa, varmasa, ya on iki gün olsa varmasa, ol talib nəfəsə can bul-dur-ma-sa, ol nəfsdən ötrü taliblər onunla durub oturmasınlar. İqrarına can bul-dur-mayınca hər kim onunla durub otursa, övliya nəfəsinə iman gə-tir-mə-miş olur, üzü qara olur. İlla məgər kim ol talibin üzrü olmuş ola. Öy-lə olunca və’dəsinə xilaf etmiş olmaz. Gəlib mürüvvət dedikdə qə-bul edələr. Zira kim «Əl üzr əndə kəramül nas» məqbul deyib bu-yur-muş-lar gərək. Tərcüməsi: Ol talib bu taliblərdən üz döndərirsə, münafiqdir».

5-28. MÜNAFİQ KİMDİR?

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Münafiq kimlərdir? Bizə bəyan elə, biləlim».

Şeyx Səf-i əleyhirrəhmə buyurdu kim: «Bir kimsənə övliya kə-la-mın eşidib həqq bilməsə və ona görə əməl qılmasa, könlü saf olmasa, kin, kibr, həsəd, büğz, büxl, təmə, ərinə qeybət məsavi olsa, münafiqdir.

Və daha münafiq oldur kim, bir kişinin üzünə bir dürlü və ardına bir dürlü söyləyə.
Və daha münafiq oldur kim, övliyaya dil ilə iqrar verib iman gətirə. Amma könüldə təhqiq e’tiqad edib edib inanmaya. Qövl-təala «Ən əl münafiqun hum əl kafirun». Münafiq kafirdən əşəddir. Onunçun kim zahir(də) kafir kəlme-yi şəhadət gətirməklə müsəlman olur. Amma münafiq iki üzlü, iki dilli, iki könüllü olur. Onlardan qaçmaq gərəkdir. Zira onlar övliya düşmanlarıdırlar, onların məkanı duzəxdir».

5-29. SEVGİ NİŞANI

Şeyx Sədrəddin ayıtdı: «Övliyaya, behəqq necə məhəbbət etmək gərəkdir?».

Şeyx Səfiyəddin həzrətləri buyurur: «Haçan bir talib «övliyayı sevərəm» desə, taliblər ondan nişan istəyərlər. Zira kim, də’vayə mə’na, aşiqə nişan gərəkdir. Ol talib iqrarın arı olub qıldığı də’vanın mə’nasın verirsə və nişanın göstərirsə, xoş qəbul edələr. Əgər də’vasında açiz olub nişan gətirməzsə, onu tərd edələr. Qırx gün içlərinə qoymayalar. Əgər qoyarlarsa, kəndiləri də murdar olurlar, övliya düşmanı olub axirətə imansız gedərlər.

Şe’r: – min Şeyx Səfi – əleyhirrəhmə:
Eşq yolunda odur pəhləvan,
Göstərə mə’şuq yolunda nişan,
Sevərəm deməklə asandır bürhan!»

5-30. TALİBİN NİŞANI

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx-i kamil! Ol talibin nişanı nədir, biləlim».

Şeyx Səfi həzrətləri buyurdu kim: «Ol talibin nişanı övliya ətəgin tutmaq, iqrar verib can və könüldən inanmaq və iman gətirməkdir. Yə’ni hər fe’linə və hər halına «bəli» deyib inanmaqdır. «Mənaqib-i şərif» dinləyib övliya nəfəsin eşidib, mə’nasını anlayıb, ona görə əməl etməkdir. Cümlə varlığın ərənlər yoluna sərf edib, xərc etməkdir».

5-31. YETMİŞ İKİ MƏQAM

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Təriqət içində talibin qaç məqamı vardır? Buyurun, anlıyalım», - dedi.

Şeyx Səfi həzrətləri buyurdu kim: «Övliya-yi giram və məşayix-i üzam olan kimsələrin təriqət və həqiqətdə yetmiş iki məqamı vardır. Ol yetmiş məqam dörd qapı içində övliyanındır və iki məqam talibindir. Haçan bir talib o iki məqamı yerinə gətirsə, övliya ilə ol yetmiş məqamı yerinə gətirmiş olar».

5-32. VƏFA VƏ TƏSDİQİ-QƏLB

Şeyx Sədrəddin ayıtdı: «Ol məqamlar nə məqamlardır ki, övliya ilə o yetmiş məqam müqabiləsində olar?»

Şeyx Səfiyəddin həzrətləri ayıtdı: «Ol iki məqamın əvvəl məqamı övliyaya vəfa eyləməkdir. Çünki iqrar verdi, gəldi «bəli» dedi, təriqətdə ol «yol oğlu» oldu. Gərəkdir kim, ol iqrar üzərinə əhdini bəkləməkdir. Qövl-i təala: «Bima əhədü əleyhə fəsvətiyə əcra əzəmiya». Cənab-i həqq həzrətləri buyurur: «Bir kişi mənim yoluma bel bağlayıb əhdinə vəfa eyləsə, mən ona neçə dürlü ehsanlar eylərəm, şöylə kim hər biri əcr-i ə’zim».
Və daha ikinci məqam təsdiq-i qəlbdir. «Və yəqulun məni həza əl vəd in kuntum sadiqin». Yə’ni Tanrı buyurur kim: «Ya qulum! Sən eylədigin əhdin və’dinə vəfa (et), necə kim ələst dəmində «bəli» demişdin, qövlündə dürüst ol və sadiq ol. Yə’ni ayna gibi ol».
Pəs hansı talibdə təsaddüq-i qəlb olsa, təhqiq bilmiş olasınız ki, ol talib övliya dostudur.
İndi bir kimsənə can və könüldən və dərun-i dildən övliyayi sevsə, vəfat etməli olsa, Əzrail canına və Şeytan imanına qəsd eyləsə, ol vaxt övliya ol talibin imanını şeytan şərrindən saxlayıb əmin eyləyə. Qövl-i təala: «İla ən övliya illah la xövf əleyhim və ləhum yəxzinun».

Təhqiq: Bir talib mürşid ətəkin tutub övliya təriqinə salik olsa, onun üzərinə heç qorxu yoxdur, mə’lul və məhzun olmasın. Haman sidq ilə bel bağlasın, getdigi yerdə rəhbərin izin izləsin, hər işdə pirin rizasın gözləsin».

5-33. ŞAH XƏTAYİ’NİN BU MƏQAMDA /ŞEYX SƏFİ’NİN SÖZLƏRİNƏ AİD/ ŞE’Rİ

Gəl bir pirə xidmət elə, əmək zaye’ olmaz ola,
Mürşid ətəgin möhkəm tut, kimsə əldən almaz ola.
Bir işi bitirmək gərək, əsgigin yetirmək gərək,
Yar ilə oturmaq gərək, heç kimsənə gülməz ola.
Bir soyu soylamaq gərək, bir acı toylamaq gərək,
Bir dilün söyləmək gərək, firiştələr bilməz ola.
Çapıq bəhri olmaq gərək, ümmanlara dolmaq gərək,
Bir cəvahir bulmaq gərək, heç sərraflar bulmaz ola.
Gerçək aşiq olmaq gərək, mə’şuqəsin bulmaq gərək,
Ölməzdən ər olmaq gərək, varıb onda ölməz ola.
Quş diliylə uçmaq gərək, bu mə’nayı seçmək gərək,
Bir qədəhdən içmək gərək, içənlər ayılmaz ola.
Bir bağcaya girmək gərək, xub təfərrüc qılmaq gərək,
Bir gülü qoxlamaq gərək, hərgiz o gül solmaz ola.
Gəl, Xətayi, sən keç otur, də’vayi mə’naya yetir,
Söhbətin bir ərə götür, cana-başa qalmaz ola.

5-34. TALİBİN MÜSİBƏTİ

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Talibin müsibəti nədir, münafiqin müsibəti nədir? Lütf edib buyurun, eşidəlim və biləlim».

Şeyx Səfi həzrətləri ayıtdı: «Talibin müsibəti övliyadan cüda olmaqdır və münafiqin /müsibəti/ cəhənnəmlik olmaqdır».

Və daha /buyurdu:/ Talibin üç müsibəti vardır:

Birincisi budur ki, yalan söyləyə, qəsdən, ədəb bəkləməyə.
İkinci müsibəti oldur ki, qeybət və məsavi eyləyə.
Üçüncü müsibəti oldur ki, övliyanın mehr və məhəbbətin könüldən çıxara.

Hər hankı talib bu üç dürlü işi eyləyə, dərgaha qəbul olmaz, dünadan axirətə imansız gedər və həm qiyamət günündə əzab-i cəhənnəmə layiq olar və bütün həyatında nə qədər savab işlərsə, bil-külliyə «Həbaən mənsur» ("səpələnmiş torpaq" – red.) olur.

Bundan sonra yenə Şeyx Sədrəddin sual etdi: «Ya Şeyx! Xəlqə məbbət həqqində buyurun».

Şeyx Səfiyəddin ayıtdı: «Xəlq övliyanın quzusudur. Hər kim övliyanın quzusuna girsə, ol kişi övliyanın bəndələrindən olur. Və daha talib övliyanın quzusuna qədəm basa, yetmiş min cahandan qurtular və həm ona üla-yi zat hasil olar. Gözü və könlü bəşarət ilə dolar, murad və məqsuduna vasil olar. Və hər kim övliya yolunda baş və candan keçərsə, təhqiq, şəhid olar».

Və daha /buyurdu/: «Gerçək Talib-i həqq oldur kim, əvamdan kəsilə və xəlqdən üzlət eyləyə. Övliya kürəsinə girə, dünayanın olduğca cəmi’ qorxularından əmin ola. Ol talib mö’milərdən olur və ona ölüm yoxdur. Həman ancaq «Dünyadan axirətə nəql edər, bir evdən bir evə köçər» gibidir. Qiyamət günündə hesabsız olaraq övliya məqamında olar. Cənnət-i ə’lada Həqqin cəmalını və nurunu müşahidə qılar. Ol nur ilə müğtənəm olar. «Əl mö’minun la yəmətun bəl yəntəqlunə min dərül-fəna əla darul-bəqa» mənzilinə irişərlər».
Və daha buyurur: «Könül üç vəch üzərinədir. İkisi xəlqin, birisi talibindir. Ona heyran deyirlər. Daim məhbubunu tamaşa edər, eşqindən heyran olar. Hər harada kim baxarsa, ona görünər və məhbubun cəmalını seyran edər. Bilmiş olasan kim, bu vəhc üzərə kişi əgər dünyada və əgər axirətdə övliya məqamındadır».

5-35. ÜÇLƏR, YEDDİLƏR VƏ QIRXLAR MƏQAMI

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Bir talib övliya sülukun bilməsə, məqamı olurmu, yoxsa olmazmı?»

Şeyx Səfiyəddin həzrətləri ayıtdı: «Talibin üçü bir yerdə olsa, cənnət-i övliyadır, üçlər məqamıdır.

Ol üçün biri qütbdür övliya mərtəbəsində. Ol ikisi imamın mərtəbəsində olurlar. Biri qütbün sağ yanında və bir sol yanındadır.

Əgər kim, talibin yeddisi bir yerdə olsa, sidq-i övliyadır, yeddilər məqamıdır. Ol vaxt yeddinin biri övliya mərtəbəsindədir.

Və əgər talibin qırxı bir yerdə olsalar, təriq-i məşayixdir, qırxlar məqamıdır. Və yenə ol vaxt ülayı-zat hasil olur. Talibin könül ayinəsi silinir, pak olur, şöylə bilgil kim».

5-36. ŞAH XƏTAYİ’NİN TƏFSİRİ

Mürtəza Əliyi candan sevərsən,
Qəflətdən gözünü gəl aç, oyan, dur.
Müsahibsizlər ilə durub oturma,
Bir içim su içərsən gəl ziyandır.
Rəhbəri o gündə gerçək bir olmuş,
Varlığından su meydada soyulmuş,
Gizli gəncə orda ustad saylımış,
O nədir həqq bilir, şaha əyandır.
Getdigi yolun ədəbin taxıdan,
Varlığın aldırır tikib toxudan,
Həm bir cəm’ içrə təbərra oxudan,
Əli sirrin am-i nasə deyəndir.
Can gözü bağlıdır, həqqi görənməz,
Ustadın yoluna doğru varanmaz,
Cəm’iyyətdə sualını verənməz,
Dörd qapı bu qədər halı bəyandır.

Şah Xətayi aydır: yer-göy yaradan,
Mən ağdan oxuram, biləm qaradan,
Deyin çıxsın halı bilməz aradan,
Mö’min müslim al rənglərə boyandı.

5-37. RƏHMANİ SUFİLƏR

Şeyx Səfiyəddin həzrətləri cəm’iyyət həqqində buyurur kim: «Bir talib həlqədə oturmuş olsa, nəzəri dışarıda olsa, yəziddir. Bu təriq içində olan kişiyə lazımdır ki, əhl-i riza ola. Əgər böylə olmaz isə, təriqətdən durdur».

HEKAYƏT

Günlərdə bir gün Şeyx Səfiyəddin həzrətləri gedirmiş kəndi talibləri adın sorub bir bağçaya seyran edirmiş. Şeyx həzrətləri /gördü/ bir ağacda üç alma durur. Bə’d dolanıb yenə ol ağac dibinə gəldi, baxdı gördü ol almanın biri yoxdur. Xəbər sorub, bağvandan ayıtdı: «Bu ağacda üç danə alma var idi. Hala birisi yoxdur, necə oldu? – dedi.
Bağvan ayıtdı:- «Şahım, kəndi düşdü».
Şeyx ayıtdı: -«Hanı, necə oldu?»
Bağvan ayıtdı:- «Bir sufi istədi, verdim».
Şeyx ayıtdı: -«İstədimi aldımı? Yoxsa istəmədimi, sən verdin?»
Bağvan ayıtdı:- «İstəmədi, mən verdim».
Şeyx ayıtdı:- «Bahasın verdimi aldı, yoxsa vermədimi aldı?»
Bağvan ayıtdı:- «Şahım! İstəmədən bahasın verdi».
Şeyx ayıtdı:- «İstədinmi aldın bahasın, yoxsa istəmədinmi verdi?»
Bağvan ayıtdı:- «İstəmədən verdi».
Şeyx Səfiyəddin həzərtləri Cənab-i Həqq həzrətlərinə çox şükürlər edib ayıtdı: «Əlhəmdülillah, Əliyyən Vəliyullah! Süfilərim rəhmani imişlər, şeytani degillərmiş, - deyib, şükür və səna edib, dua etdilər».

5-38. ŞAH XƏTAYİ’NİN TƏFSİRİ

Söylərəm, ey padşahlar padşahı, çox şükür,
Bəndənin ümmidi sənsən, həm pənahı, çox şükür,
Əfv edərsən sirləri, sirrimizə agahsan,
Çox şükür dərgahına, ya Rəbb, İlahi çox şükür.
Sən yaratdın yeri göyü, bizimçün tutdu qərar,
Dönsə də çərxü fələk leylü nəhar, dönməz qərar,
Pəs bizimçündür dünyavü və üqba hər nə var,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.
Bizim üçün xəlq eylədin abü atəş, xakü bad,
Cismimizə can da verdin, bizə Adəm qoydun ad,
Yaradılmış səndən oldu cümlə məqsudü murad,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.
Görməgə göz verdin, eşitməgə sən verdin qulaq,
Tutmağa əl verdinü yügürməgə verdin ayaq,
Hər nə yerə əzm edərsən yenə az, yaxın, iraq,
Çox şükür dərgahına, ya Rəbb,İlahi, çox şükür.
Səng-i pulad arasından həm verirsən od bizə,
Ət ilə qan arasından verirsən süd bizə,
Çox kərəmlər göstərirsən, ey Kərim, məqsud bizə,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.
Lütfü ehsanü kərəm səndən gəlir, bizdən xəta,
Ol qənimət qismətini kəsmədin öndən sona,
Bu Xətayi xəstə cün qapında durmuş bir gəda,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.

«ƏL-BUYURUQ» RİSALƏSİNDƏ ÇƏTİN ANLAŞILAN SÖZLƏRİN LÜĞƏTİ

Əsədullah ül-qalib – Həzrət Əli’nin adlarından biri: Allahın çox qüvvətli şiri
Ayıtdı – söylədi, dedi
Qürb-i həqq – haqqa yaxınlıq
Müvasilət – bir-birinə yetişmə, qovuşma
Qaç – neçə
Nəsnə – bir şey, nəsə, nə isə
Süluk – rəftar, hərəkət tərzi; təsəvvüfə mənsub olmaq, riyaziyətlə məşğul olmaq
Vəslət – birləşmə, vüsala çatma
Ümmət-i xass – seçilmiş, bəyənilmiş ümmət
Lölö – inci, durr
Mühibb – sevən, məhəbbət bəsləyən; dost
Təriq – yol
Mucib – səbəb, bais; lüzum, zərurət
Kəndisinə – özünə
Pənd – nəsihət
Ləfzi – göhərbar – fəsahətli, qiymətli sölər
Andan – ondan
İrişdi – çatdı, yetişdi
İrşad – doğru yol göstərmə, düzgün yola çəkmə
Mənaqib – tərifə layiq sifətlər
Filhal – indi, hazırda; bu saat
Təzərrö – itaətkarlıq, yalvarmaq
Təsərrüf – yiyələnmə, zəbt etmə; israf etmə
Məğbun – aldanmış
Mərdud – rədd olunmuş, qovulmuş; səfil
Məğfur – bağışlanmış; günahları əfv edilmiş
Məzhər – bir şeyin zahir olduğu yer; təzahür
İradət – istək, arzu, dilək; əzm, ixtiyar
Qillü ğəş – hoqqabazlıq, riyakarlıq
Lövh ül-məfhuz – Allahın bütün göstərişləri yazılan kitab
Lövh ül-insan – insanın yazdığı kitab; insanın qəlbi
İxtilat – yaxın əlaqə, görüş; ünsiyyət; söhbət
Münkir – inkar edən, danan; inanmayan, inamsız
Münafiq – ikiüzlü, riyakar, ikitirəlik salan
Sərkeş – itaətsiz, inadkar
Xud – özü
Əleyhillə’nə – lə’nət olmuş
Mətrud – uzaqlaşdırılmış, rədd edilmiş, qovulmuş
Bisəbr – səbrsiz, təmkinsiz
Təharət – təmizlik, paklıq
Abdəst – dəstəmaz
Çahərdəh mə’sum – on dörd pak məxluq /Məhəmməd /s/, Əli /s/, Fatimə /s/ və onların on bir övladı, imamlar/
Şəfi – şəfaət verən, günahları bağışlayan; hamilik edən
Məşayix – şeyxlər, alimlər
İsti’anət – yardım, kömək istəmə
Təbərra – uzaqlaşma, çəkilmə, uzaq durma
Təvəlla – dostluğu qazanmaq üçün təşəbbüs
Baqi – daimi, əbədi
Mücahidə – çalışma, səy etmə; cihad edən, din yolunda vuruşan
Mücəlla – cilalandırılmış, parlaq
Mürəbbi – tərbiyə edən, müəllim
Didar – görüş, göz
Cüda – uzaq; ayrı
Qövl – söz, danışıq, və’d
Təqva – paklıq, möminlik
Tövhid – Allahın birliyinə inam
Cəla – ayrı düşmə, ayrılma; cilalama, parıldatma
Kəsrət – çoxluq, bolluq, artıqlıq
Vəhdət – birlik
Müamilə – rəftar, hərəkət
Təqsim – bölmə, hissəyə ayırma
Taət – itaət. boyun əymə
Əleyhirrəhmə – Allah rəhmət eləmiş, rəhmət olmuş
Bargah – saray
Cəm’ – toplama; cütləşmə
Xinzir – donuz; xain, qəddar
Təhəmmül – qatlaşma, səbr etmə, dözüm
İxlas – sədaqət, ürəyi təmizlik, səmimiyyət
Nütfə – maya, toxum
Məhəll – yer, məkan, məqam
Məzmumə – məzəmmət edilmiş, bəyənilmiş; əlavə edilmiş, artırılmış
Məhar – yüyən, cilov, noxta
Siratül-müstəqim – cəhənnəm üzərində qurulmuş qıl körpü; doğru yol
Büğz – ədavət, kin, nifrət
Büxl – paxıllıq; xəsislik, simiclik
Təmə’ – tamah, acgözlük
Əşədd – daha şiddətli
Duzəx – cəhənnəm
Də’va – tələb, iddia; dava
Mə’na – səbəb, mövzu, məsələ
Tərd – qovma, uzaqlaşdırma
Təsdiq – sadiqlik, düzlük
Ələst – qiyamət
Təfərrüc - qəm-qüssəni dağıtmaq
Əvam – avam; camaat
Rəhmani – rəhmli, Allahı tanıyan
Üqba – axirət, o biri dünya
Səng-i pulad – polad daş


YOL ƏHLİNƏ QİLAVUZ


Bu əsərin də tərib edəni mə’lum deyildir. Əsər «Əl-Buyuruq» risa-ləsi kimi Sultan Şeyx Səfiyəddin Ərdəbilli’nin dilindən yazılmışdır. Çox gü-man ki, «Yol əhlinə qılavuz» risaləsini Şeyx Səfi özü yazmışdır. Əsəri yuxarıda vəsf etdiyimiz «Əl-Buyuruq» kitabının zəmiməsindən aldıq.

6-1. XƏLİFƏNİN TƏ’RİFİ

Pəs indi yol əhlinin halı budur kim, bildisin və eşitdisin, bir kişi bu təriq içində olmasa, yol əhli demək olmaz.

Şöylə mə’lum ola, dinlə: /Təriqət/ qapısı oldu güşad kim, muradı olan irsin murada.
Əgər bü sözdən ibrət aldınsa, tamam oldu nəsihət burada.

Bundan sonra xəlifənin şərtini və xasiyyətini və mə’nasını bildirir. Şeyx Səfiyəddin həzrətlərinin buyuruğudur:

«İndi mə’lum olsun kim, bu cahanda əvvəl xəlifə Adəm Səfiullah əleyhissəlamdır. Onun haqqındə cənab-i Həqq həzrətləri buyurmuşdur kim: «Və iz qalə Rəbbikə lil-məla’-ikəti ca’-ilun fil-ərzi xəlifətun».

Cənab-i Həqq həzrətləri məlaikələrə bildirdi kim, Adəm Səfiullah yer üzünün xəlifəsidir. Böylə olunca, əvvəl xəlifə Adəmdir. İkinci xəlifə Xatəmdir. Daha Adəmdən Xatəmə gəlinməyə qədər yeddi min il keçdi. Yüz igirmi dörd min peyqəmbərlər və üç yüz on üç mürsəllər gəldilər, aralarından bir neçəsi xəlifəlik etdilər. Ol cümlədən: Davud Xəlifətullah, Süleyman Nəbiullah, Xızr, Yusif və həm İskəndər-i Zülqərneyn kimi kimsələr xəlifəlik edib, Məğribdən Məşriqə dünyaya gəldilər və həm getdilər, ta kim, Axirəzzaman peyqəmbər Xatəm ül-ənbiya Məhəmməd əl-Mustafa – səlləlahu və alihi və səlləmi – dünyaya gəldi. Həpsini müsəxxər eylədi. Cənab-i həqq həzrətləri ona «Həbibim və Rəsulum» dedi. İgirmi üç il aləmi din-i İslamə də’vət eylədi. Otuz üç səhabə cəm eylədi. Aqibət olduğu dünyadan getdi, həzrət-i Həqqə vasil oldu. Onun yerinə kim qaimməqam olsa, xəlifədir».

6-2. BEŞ HƏRF

Rəsulun qaimməqamı və həm vəsisi həzrət Əli ibn Əbu Talibdir. Və on bir övladı /həm/cinin xəlifədir. Onların nəsli daha xəlifədirlər. Hər kimi nəsb edib yerlərinə göndərsələr, ol daha xəlifədir.

Və ismi – «xəlifə» beş hərfdir: X / /, L / /, İ / /, F / /, H / /. Bu beş hərf «Al-i əba» dan ibarətdir. Yə’ni «dəst-i vilayət, sər-i saqi-yi kövsərdir». Bir mə’na daha, xəlifə oğula deyilir. Xəlifə salehdən ibarətdir. Öylə olsa, «X» xəlifədir, yə’ni oğuldur, «L» lütf və kərəmdir, «İ» yer kimi sakti olmağa işarədir. «F» Farid ul-bal olmaqdır. «H» ism-i hudur, gülbang-i övliyadır, xəlifələrə məxsusdur. «Allah» ismi beş hərfdir, «Məhəmməd» ismi beş hərfdir, «Xəlifə» ismi daha beş hərfdir.

6-3. YEDDİ ÜZ

Talib mə’nayı iyicə fəhm eyləyə. «Xəlifə» demədin yeddi üzü vardır. Və hər bir üzün bir təvəccöhü vardır və on iki şərt vardır. Və hər şərtin bir xasiyyəti vardır. Xəlifə məqamında olan kişi gərəkdir ki, bu şərtləri və on iki xasiyyəti bilə. Ol zaman ona «xəlifə» demək layiq olar. Əgər bu yeddi üzü və on iki xasiyyəti bilməsə, ona «xəlifə» demək böhtandır. Və bir kimsə kənduya böhtan eyləsə, əqlin kəmalı nöqsan ola. Və ol yeddi üz bunlardır: vəhdət, xidmət, iradət, imamət, səlamət, məlamət, dövlət. Hər kim bunları yerinə gətirsə, cümləsin tamam yerinə gətirmiş olar.

6-4. YEDDİ ÜZÜN ŞƏRHİ

Bunların təvəccöhü isə, pəs indi /belədir/:

1. «Vəhdət» oldur kim, ikilikdən keçib birliyə irişə. Onun əsəri vahidindir.

2. «Xidmət» oldur kim, yol əhli olan qardaşların cümləsinə bir gözlə baxmaqdır. Yə’ni böyük və kiçigi bir bilməkdir. Həpsinə birdən xidmət eyləməkdir. Onun əsəri təkəbbürlügü tərk edib, könüldə təvazö’ və miskinət olmaqdır.

3. «İradət» oldur kim, bu yola sidq ilə gəlib, mürşid-i kamilə iradət gətirməkdir. Onun əsəri eşqdir. Mə’şuqə cəmalın müşahidə qılmaqdır.

4. «İmamət» oldur kim, imamlar yoluna, din eşqinə düşə. Onun əsəri oldur kim, qeyr ilə həmdəm olmamaqdır.

5. «Səlamət» oldur kim, kəndi imanın və dinin səlamət tutmaqdır. Onun əsəri xaslardan qeyri ilə söhbət etməməkdir.

6. «Məlamət» oldur kim, rüsva-yi aləm olub, ar və namusu tərk etməkdir. Yə’ni xərabat güşəsində xərab olmaqdır. Onun əsəri məhəbbət məclisində elm tə’lim etməkdir. Yə’ni göylərdən xəbər verməkdir.

7. «Dövlət» oldur kim, tərk-i tə’əllüqat edib cümlə varlığın yoxluğa satmaqdır. Nə qədər kim var isə, din qardaşları ilə yeyib-içib, xoş görməkdir. Onun əsəri dəm-i didar görməkdir və onlardan murad almaqdır və dostun cəmalı müşahidəsinə irməkdir. Və murad istəyənlərə murad verməkdir.

6-5. XƏTAYİ’NİN ŞE’Rİ

Nəfəsi əhl-i dilin gövhər-i kandır bilənə,
Nitqimiz qüdrət-i həqq, ruhü rəvandır bilənə.
Mə’rifət kövhərinin kanına mə’dən ola gör,
İştə bu elm-ü hünər gənc-i nihandır bilənə.
Qövlü yalançı müsahibləri at, gəl çək əlin,
Həmdəm olmaq dev ilə küll-i ziyandır bilənə.
İstədi, buldu Xızır ab-i həyat çeşməsini,
Ey kim ol mə’şuqənin yurdu amandır bilənə.
Şərbət-i həqdən içən eşq əri, azadə olar,
Şöylə sərməst olanın küfrü imandır bilənə.
Ey Xətayi! Həqqi sən tanqı, özündən fariq ol,
Daha söz söyləməgil, söz də həmandır bilənə.

6-6. ON İKİ ŞƏRT

Şeyx Səfiyəddin həzrətləri buyurdu: «Cün bu yeddi üz tamam oldu, on iki şərt bəyan və əyan edəlim: səxavət, səadət, qeyrət, ibrət, hörmət, söhbət, mürüvvət, şəfqət, iqrar, isar, təvəlla, təbərra.

İndi «səxavət» oldur kim, yeyəsən, yedirəsən, adını sahib-i comərd dedirəsən. Amma ariflər bunda bir mə’na buyurmuşlar: «Yeyən baazardır, yeməyib yedirən biazardır», - demişlər.
Bunun əsəri yeyib-yedirmək, həqq üçün olma /qdır/, kimsəyə minnət etməyəsən.

«Səadət» oldur kim, qadir olduğun qədər əldən gələni mən’ etməyəsən. Onun əsəri murad yaxşı olmaqdır, könül evin yapıb mə’mur qılmaqdır.

«Qeyrət» oldur kim, din uğrunda çalışasan, nəfs ilə ruzü şəb cihad edəsən. Onun əsəri cəhd edib İblisin üzərinə qalib olmaqdır. Əldən gəldikcə məğlub olmamaqdır.

«İbrət», can gözü açıq ola, hər nəyə baxarsa, ondan ibrət ala. Həqqin hikmətin müşahidə qıla. Onun əsəri «məqam-i müntəhayə» qədəm basmaqdır.

«Hörmət», kəndi əli altında olan kimsələrə riayət etməkdir. Və dadlı /söz/ söyləməkdir. Onun əsəri mehr və məhəbbətdir.

«Söhbət» oldur kim, məclislərdə danışarkən, düşünərək danışmaq. Onun əsəri mə’rifətdir.

«Mürüvvət» oldur kim, düşmanı qəhr etməyə qadir ola. Ona mürüvvət göstərib əvf eyləyə. Onun əsəri müdara qılmaqdır.

«Şəfqət» oldur kim, zəif və miskinləri görəndə, rəhm edib əsirgəyə, təriqət əhli qardaşlarının hər bir hacətin /yerinə/ yetirə. Onun əsəri möhtaclıqdan xilas olmaqdır.

«İqrar» oldur kim və’dəyə xilaf etməmək, və’dəsi yetdikdə yerinə gətirməkdir. Onun əsəri dostlar yolunda can verib, təriqət içində xak olmaqdır.

«İsar» oldur kim, hər nə var isə, dost yoluna saçıb, kəndi öz canını ərənlər yoluna fəda edib baş ilə candan keçməkdir. Onun əsəri sahib-i əsrar olmaqdır.

«Təvəlla» oldur kim, əhl-i beyt-i Rəsula məhəbbət edib, al və övladına can /və/ könüldən və dərun-i dildən on iki imama tabe olmaqdır. Onun əsəri tərk-i dünyadır.

«Təbərra» oldur kim, Məhəmməd və Əli həzrətləri düşmanlarına nifrət edib qaçmaqdır, əhl-i beytə ədu olan məl’unlara lə’nət qılmaqdır. Onun əsəri Məhəmməd və Əlidən qeyriyə könül verməyib murad almaqdır.

Pəs indi xəlifənin şərt və xasiyyətləri budur kim, zikr olundu.

6-7. BU MƏQAMDA ŞAH XƏTAYİ’NİN ŞE’Rİ

Naci derlər bir güruha uğradım,
Hamı bir-birinin almış əlini.
Hamınıza harda dedim, söylədim,
Məkan tutmuş həqiqətin elini.
Güllərin lə’lü gövhərdən tökmüşlər,
Dost bağçasına məhəbbət əkmişlər,
…………………………………..
Öyrənmişlər o bağvanın dilini.
Südü qüdrət göllərindən alınmış,
Damazlığı o qırxlardan çalınmış,
Orucu tutulmuş, fərzi qılınmış,
Ol həqqə çevrilməmişdi dalını.
Əgər arif isən sözümü eşit,
Gerçək aşiq isən hərfini gözət,
Qəsavəti, kibri, kinəni tərk et,
Məhəbbət seliylə doldur gölünü.
Eşqin şərbətindən içdim, xak oldum,
Qüdrət dəryasına girdim, pak oldum,
Həqqə ulaşdım, həqqi gördüm, həqq oldum,
Onunçün iradə etdim yolumu.
Eşqin şərbətindən içən aqildir,
Qırxlar nişanın göstərən saildir,
Şah Xətayi xidmətinə qaildir,
Mövlam əsirgəsin mö’mün qulunu.

6-8. MÜRƏBBİLİK ŞƏRTLƏRİ

Bundan sonra mürəbbi şərtlərin və nişanların bəyan edər. Bir kimsənə mürəbbilik edib talib gətirməli olsa, gərəkdir kim, həlqe-yi söhbətdə hazır olan həqq əhli qardaşlar ona nəzər edib görələr zahir və batin ol kimsənələrdə mürəbbilik nişanı varmıdır, yoxsa degildir?

Pəs indi bir kimsənə mürəbbi olmayıb talib gətirə mürəbbilik eyləsə, təriqət içində ərkan degildir. Zira bir kişi yol bulmayınca, qilavuz olmanın nə mə’nası var? Həman bihudə əmək çəkər. Əgər ol kişi mürəbbilik etmək murad dilərsə, gərəkdir kim, üç şərti, dörd nişanı ola.

Ol sərnişanlar hər kimdə bulunmasza, layiq-i şah və məqbul-i dərgah degildir.

Ol nişanlar bir kimdə bulunarsa, mürəbbilik etməyə layiq olur. Şöylə mə’lum ola.

1. Əvvəl şərt: İndi mürəbbiliyin əvvəl şərti budur kim, mürəbbi köprü kimi ola. Zira daha ol köprünün yanında qorxuluq gibidir, ol talibi köprüdən düşməyə qoymaz.

2. İkinci şərt: İkinci şərt oldur kim, kişi qəlbi vase’ ola. Heç darılmaya, qağıyıb kimsəyə kişi surət göstərməyə, gülər üzlü, şirin sözlü, nəfsi həlim və qəlbi səlim ola
.
3. Üçüncü şərt: Üçüncü şərt oldur kim, mürəbbi olan kişi heç bir nəsnədən ikrah etməyə, kəm nəzər ilə baxmaya, kimsənin xatir /və/ könlün yıxmaya. Cümlə yaradılmış məxluqata bir göz ilə baxa, qadir olduğu qədər hər kişinin könlünə görə.

6-9. MÜRƏBBİLİK NİŞANLARI

1. Birinci nişan: /Birinci nişan/ oldur kim, bu aləmdə hər nə ki varsa, bula, kəndündə hər nə ki, müşkül var, həqq qatında hasil ola.

2. İkinci nişan: Və daha mürəbbiliyin ikinci nişanı oldur kim, zəbanı arı ola, kimsəyə azarlıq yetirməyə, kimsə ondan rəncidə olmaya və kəndisindən xilaf söz gəlməyə

3. Üçüncü nişan: Mürəbbiliyin üçüncü nişanı oldur kim, səttar ola, kimsənin eyibinə baxmaya. Göz ilə gördügün ətək ilə örtə və kimsənin eyibini üzünə urmaya.

4. Dördüncü nişan: Və daha mürəbbiliyin dördüncü nişanı oldur kim, mürəbbi olan kimsə gərəkdir dünyaya meyl-i məhəbbət etməyə, həqq yoluna varını sərf edə, baş və candan keçmiş ola, fəna şərbətini içmiş ola.

6-10. ŞEYX SƏFİ HƏZRƏTLƏRİN BUYURDUĞU

Şu nişanlar kim, dedim, hər kimdə bulunursa, əhl-i haldır. Mürəbbilik qapısını bu yeddi dürlü /şərtlər və/ nişanları daşıyan kişilərdən hər kim təriqə görə hərəkət edərsə və bu təriqət üzrə irərsə, mürəbbilik onun həqqidir.

Daha bir qardaş kim, dərgaha gəlmiş olmaya, xəlifə oğlu olmaya və sikkəxanadan gəlmiş olmaya, talib toplayıb mürəbbilik edəcək olursa, üzü qara olar. Və həm də ərkan degildir, yol qardaşlarımıza şöylə mə’lum.

6-11 ŞAH XƏTAYİ’NİN BU MƏQAMDA ŞE’Rİ

Əli İsmayılam gəldim,
seyran eylədim,
Zülfüqar durmaz qınında,
gündə yüz min qan eylədim,

Görürəm divan düzəni,
qıraram yoldan azanı,
Yeni başdan bu düzəni
bir qədim ərkan eylədim,

Minərəm Düldülü, atı,
kimsə bilməz bu sifatı,
Vilayəti, kəraməti
təriqətdə kan eylədim.

Şah-i adiləm burada,
yoxdur sanı qapımızda,
Səfillərin hamısını
canıma canan eylədim.

«YOL ƏHLİNƏ QİLAVUZ» («YOL, YAXUD TƏRİQƏT ƏHLİNƏ RƏHBƏR, BƏLƏDÇİ») risaləsinə şərhlər və çətin anlaşılan sözlərin lüğəti

1. «Və iz qalə Rəbbikə lil-məla-ikəti inni ca’-ilun fil-ərzi xəl-i fə-tun». «Qur’anın «Bəqərə» sürəsinin 39-cü ayəsindən. Tərcüməsi: Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə /canişin/ yaradacağam», - dedikdə….

2. Adəm – dünyada ilk yaradılmış insan və ilk peyqəmbər, bəşəriyyətin atası.

3. Xatəm – peyqəmbərlərin sonuncusu, möhürü, Həzrət Məhəmmədə /s/ verilən adlardan biri.

4. Davud – Qur’anda adı bir neçə dəfə çəkilən peyqəmbərlərdən biri. Süleyman peyqəmbərin atası. Miladdan 1071-il əvvəl Beyt ül-ləhmdə anadan olmuş, Allah-təala tərəfindən ona beş bölüm və 130 hissədən ibarət olan «Zəbur» göndərilmişdir. «Zəbur»u gözəl və məlahətli səslə oxuyar, heyvanlar və quşlar da heyran qalıb onu dinləyərlərmiş. Onun mö’cüzələrindən biri bu imiş ki, dəmir əlində mum kimi yumuşalarmış və o, dəmir məftildən paltar toxuyarmış. Gündə bir zireh toxuyub satar və bununla da dolanarmış. Peyqəmbər olmaqla yanaşı, həm də hökmdar olmuşdur.

5. Süleyman – Qur’anda adı çəkilən peyqəmbərlərdən biri, Davud pey-ğəmbərin oğlu. Qədim yəhudilərin peyqəmbəri sayılan Süleyman peyqəmbər eyni zamanda yəhudilərin hökmdarı da olmuş, heyvanların, quşların, balıqların dilini bildiyi üçün, rəvayətə görə, onlara da hök-mranlıq etmişdir. Rəvayətə görə, külək Süleyman peyqəmbərin ixtiyarında olduğundan, səyahət edərkən taxtını və ordusunu yelə bağlayıb gedərmiş. Onun sehrli üzüyü /möhürü/ varmış ki, o, bu üzüyünün vasitəsilə bütün aləmə hökm edərmiş. Səba şəhərində hökmdarlıq edən Bilqeyisin aşiqi imiş və sonralar onunla evlənmişdir. Qur’anda onun adı 17 dəfə çəkilir.

6. Xızr – Qur’anın 18-ci surəsində /Əl-Kəhf surəsi/ adı bir neçə dəfə çəkilən peyqəmbər. Həzrət Musa peyqəmbər ondan elm öyrənmişdir. /Ətraflı bax: Qur’an, «Əl-Kəhf» surəsi, 60-82-ci ayələr/.

7. Yusif – Quranda adı çəkilən peyqəmbərlərdən biri. Quranın 12-ci, 111 ayədən ibarət olan «Yusif» sürəsi bütünlükdə Yusif, atası Yə’qub, Yusifin qardaşları və onun başına gələnlər barədədir. /Ətraflı bax: Qur’an, «Yusif» surəsi/. Şərq ədəbiyyatında Yusif gözəllik rəmzi kimi işlənir və onun taleyi, xüsusilə qardaşlarının onu quyuya atması və Züleyxa ilə bağlı macərası haqqında çoxlu əsərlər yazılmışdır.

8. İskəndər Zülqərneyn – b.e.ə. 356-323-cü illərdə yaşamış Make-do-niya hökmdarı, dünyanın ən görkəmli sərkərdə və padşahlarından biri. Qur’anın «Əl-Kəhf» surəsinin 83-98-ci ayələrində onun haqqında danışılır /Ətraflı bax: Qu’ran, «Əl-Kəhf» surəsi, 83-98-ci ayələr/.

9. Məhəmməd əl-Mustafa – sonuncu peyqəmbər, müqəddəs İslam dinin yaradıcısı. Atasının adı Abdullah, anasının adı Aminə xatundur. Həzrət Məhəmməd /s/ 569-cü il rəbiülləvəl ayının 17-də Məkkə şəhərində anadan olmuş, 632-ci ildə, səfər ayının 28-də, 63 yaşında Mədinə şəhərində dünyasını dəyişmişdir.

10. Əli ibn Əbu Talib – Həzrət Məhəmmədin əmisi oğlu və kürəkən-i həzrət Fatimənin əri. Həzrət Əli /ə/ həm ata, həm ana tərəfdən Haşimidir. Atasının adı Əbu Talib, anasının adı Fatimə olan Əli 599-cü il rəcəb ayının 13-də Məkkədə, Kə’bənin divarları arasında anadan olmuşdur. Əli «Raşidi xəlifələrin» dördüncüsü və axırıncısıdır. Müqəddəs on iki imamın birincisi olan Əli üçüncü xəlifə Osman ibn Əffanın ölümündən sonra hakimiyyətə gəlmiş və 4 il 9 ay xəlifəlik etmişdir. 663-cü il ramazan ayının 17-də Kufə məscidində sübh namazı qılarkən səcdədə Əbdürrəhman Mülcəm oğlu tərəfindən zəhərli qılıncla yaralanmış və həmin ayın 21-də bu yaradan vəfat emişdir.

11. On bir övlad – həzrət Əlidən sonrakı on bir imam /İmam Həsən /625-670/, İmam Hüseyn /626-680/, İmam Zeynəlabidin /659-714/, İmam Məhəmməd Baqir /677-733/, İmam Cəfər-i Sadiq /702-766/, İmam Muse-yi Kazım /745-800/, İmam Rza /770-819/, İmam Mə-həmməd Təqi /811-835/, İmam Əliyənnəqi /829-868/, İmam Həsən Əskəri /845-874/, İmam Qaim-i əleyhissəlam /869-/ nəzərdə tutulur.

12. Al-i Əba – Məhəmməd peyqəmbər, həzrət Əli, Fatimə, İmam Həsən və İmam Hüseyn.

LÜĞƏT

Qilavuz – yol göstərən, mürşid; rəhbər, bələdçi
Zəmimə – əlavə olunmuş, artırılmış, üstünə qoyulmuş hissə
Təriq – yol, məslək
İrsin – çatsın, yetişsin
Mürsəl – Allah tərəfindən göndərilmiş, yollanmış
Həpsini – hamısını
Müsəxxər – alınmış, zəbt olunmuş
Həbibim və rəsulum – dostum və elçim
Səhabə – tərəfdar, dost, yoldaş
Vasil – qovuşan, çatan
Qaimməqam – yerinə keçən, yerini tutan, canişin
Vəsi – vəsiyyətini yerinə yetirən, canişin, yardımçı
Nəsb – bir vəzifəyə qoyma, tə’yin etmə
Saleh – səlahiyyəti olan, dinin əmrlərinə uyğun hərəkət edən
Fariğül-bal – asudə, sakit ürək
Gülbang – nəğmə, cəhcəh; fəryad, haray
İyicə – yaxşıca
Təvəccöh – bir şeyə tərəf dönmə, hüsn-rəğbət, diqqət
Kənduya – özünə
Təvazö – özünü sadə tutma, sadəlik
İradət – istək, arzu, əzm, ixtiyar
İsar – bəxşiş, bağışlama; fədakarlıq
Təvəlla – dostluğu qazanmaq üçün edilən təşəbbüs
Təbərra – uzaqlaşma, çəkilmə, uzaq durma
Mə’mur – abad
Ruzü şəb – gündüz və gecə
Məqam-i müntəha – axır, son məqam
Riayət – gözləmə, qayda-qanuna əməl etmə; sayma, sayğı
Mürüvvət – mərdlik, insana yaraşan sifət, mərhəmət
Qəhr etməyə – tabe etməyə
Mən’ – qadağan etmə, qabağını saxlama
Müdara – dözmək
Hacət – ehtiyac, lazım olan şey
Sahib-i əsrar – sirr sahibi
Ədu – düşmən
Vase’ – geniş, enli
Zəban – dil
Səttar – örtən, gizləyən
Sikkəxana – burada övliya və mürşidlərin olduqları yer
Miskinət – miskinlik, yazıqlıq; bacarıqsızlıq, acizlik
Tə’əllüqat – bağlılıq, əlaqələr
Fariq – asudə, azad


«MÜZZƏKKİ ÜN-NÜFÜS» RİSALƏSİ
(«QƏLBLƏRİ PAKLAŞDIRAN» RİSALƏ)


7-1. «MÜZƏKKİ ÜN-NÜFUS» RİSALƏSİ HAQQINDA

Bu əsərin tədvin edilməsi Əşrəfoğlu Abdullah Rumiyə mənsubdur. O, 870 (1465/66) – ci ildə vəfat etmişdir. Nəşr etdiyimiz mətn Konya kitabxanasında saxlanılan 5452 saylı əlyazmanın Fahir İz tərəfindən nəşr edilən bölümündən alınmışdır.

Bu əsər də başqa əsərlər kimi «Qara Məcmuə»lərə daxil etmə üçün yazılmışdır.
Əsərə «Təriqət Fərmanı» adı da verilir. Əsər taliblər və müridlər üçün Şeyx Səfiyəddin Ərdəbilli’nin dilindən yazılmışdır.

Əsərin bir yerində Şeyx Səfi’nin Mövləvi Ruminin məsnəvəsinə yazdığı şərhdən söz gedir və həmin kitabdan bir hissə nəql olunur. Şeyx Səfi’nin Türkcə yazdığı «Şərhül – Məsnəvi» kitabı hələ tapılmamışdır, burada zikr olunan hissə, bu baxımdan əhəmiyyət daşıyır.

Bir başqa yerdə «Təhqiq-i Şeyx Səfi» ünvanlı bir hissə gəlir. Bu hissə də zahirən bə’zi qaynaqlarda adı çəkilən Şeyx Səfi’nin «Təhqiqat» kitabından alınmışdır.

«Qara Məcmuə»lərdə «Təhqiq» bölümləri yenə də vardır və bu məsələnin daha dərindən incələnməsinə ehtiyac duyulur.

Risalə belə başlayır «Ey əziz! Bu təriqət fərmanı Şeyx Səfi həz-rətləri – qüddəsə sirrəhu əzizin sözləridir. Bu təriqət-i ərus «Müzəkkiun-nufus» adlanır və onu oxu, bilgil Şeyx həzrətləri nə buyurmuşdur».

7-2. DÜNYA MƏHƏBBƏTİ

Ey əziz! Bu dünyaya hər kim könül verib cəm’ etməyə məşğul ol-dusa, axır peşiman olub peşimanlıq daşı ilə başını anca döydü. Və lakin sonrağı peşimanlıq fayda verməz. Bu gün bunda fürsət əldə var ikən, cəhd elə bu murdarı ayırtlaşı gör. Könlünü bundan götürü gör. Və ol dünya cəm’ edənləri və dünya yoluna ömür çürüdənləri gözətmə. Sən onları gözət kim, sonları nəyə vardı? Ol ər gibi yığdığları mal necə tarü mar olur! Dağılıb varislər üləşib kəndi varıb əzabın, hesabın çəkər.

Ey əziz! Şol sultanları gözət kim, dünyaya gəldilər və lakin heç e’tibar gözü ilə baxmadılar. Və ya dünyanın ardına düşüb cəm’ etməyə məşğul olmadılar. Axirət əməllərinə məşğul oldular. Çün gördülər bu dünya bir yol uğrağı imiş. «Axirət yolunun üzərində buna aldanmaq, könül verib məşğul olmaq nəyə gərəkdir», - dedilər. Yol yırağında öldülər, qafilədən ayrılmadılar.

7-3. DÜNYAYA BAĞLANMA

Bir gün yenə Rəsul həzrət-i səlləlahu əleyh və səlləm – Əbu Hüreyrəyə rəziyallahu ənhu-aydır kim: «Sənə dünyanın misalını göstərim», - deyir.

Əlindən yapışdı Əbu Hüreyrənin. İlətdi bir dərya kimi yerə. Ol dərya məzbələ idi. Ayıtdı: «Ya Əbu Hüreyrə! Bax, bu dərya!».

Əbu Hüreyrə baxdı, gördü kim, quru adam başları və sükükləri və əski buzlar və heyvan çifələri və sükükləri dökülmüş yatır biqiyas.

Şol aydır: «Ya Əbu Hüreyrə! İşbu başları kim, görürsən, bu başların kimi igid, kimi qoca, kimi övrət, kimi oğlan, kimi qul, kimi xəlayiq, kimi sultan, kimi vəzirdir. Kimi yoxsul, kimi baydır. Bunlar dəxi bizciləyin adam idi. Bunların daha hirssləri var idi. Uzaq-uzaq sunular sunurlardı Bunlar daha çərb yeyib nəfis donlar geyirlərdi. Atlar minib yorurlardı. Şimdi gör kim, quru süküklər olmuşlar, yatırlar. Ətləri, dəriləri çürümüş, topraq olmuş, nazik cərb yeyən ağızları çənələrindən ayrılmış, yatır.

Və bunların içində kişilər vardır kim, halal-haram deməyib düşürüb yığardı. Və qalın döşəklərdə yatırlardı. Və saraylarda otururlar, deyu. Şimdi gör kim, bu məzbələdə cifə olub necə yatırlardı. Necə topraq olub yatırlar. Gələn-keçən basar bunları. Və kimi bunlardan yanrınır, amma uslular bunlardan ibrət alır və bu yatan əskiləri kim görürsən, yellər dağıdıb savurur. Bunlardan kimi sufi və kimi kimxa və kimi bezdir. Bunlar bu yatanların donları idi. Bunları geyib bunlar sallanır və fəxrlənirlərdi. Şimdi gör çürümüş, yellər savurur.

Bu yatan davar ölülərin kim görürsən, bə’zi at, bə’zi qatır və bə’zi dəvə və bə’zi himardır. Bunların binətləri idi. Bunlar bunlara binib dilədikləri yerlərə varırlar, gəlirlərdi. Şimdi gör dökülüb necə yatırlar.

Uş dünyanın misalı kim görürsüz, budur. Aqibət dünyanın işi bu olusardır. Ya Əbu Hüreyrə! Sən daha, mən daha ibrət alalım. Axirət işimizin halı /nın/ şöylə olacağını anlayalım. Şol bizim əlimizdə, qoynumuzda, evimizdə olanlar həp bizim degildir. Bizdən öndən daha hər birinin usu vardı. Bizdən sonra daha usu vardır. Gəlisərdir. Sən onu sanırsan kim, ol sənindir.

Ya Əbu Hüreyrə! Var, indi ölməzdən ön, bu dünyadan könlünü götür. Dünya səni tərk etmədən, sən dünyanı tərk eyləyi gör. Əlində malın fəqirlərə ver gör. Yoxsa ötə, sən daha şöylə olursan», - dedi.

Bu dünyaya aldanma! Bunun rahətinə məğrur olma! Bu dünya kimə güldü, aqibət ol ağlamadı? Bu dünyada kim rahət oldu, aqibət ol möhnətə sataşmadı? Hər qancaru baxarsan, bu dünya bir qəm və qüssə görünürdü.

7-4. FƏQR DÜNYASI

Bu fəqirlik dedikləri əgər sual olunarsa, bir gizli sultanlıqdır. Kimsə bilməz bunun ləzzətini. Yenə də füqəra bilir. Və bu fəqirlər uçmaqda daha sultan olsalar gərəkdir.
Rəsul həzrətləri /səlləlahu əleyh və səlləm/ aydır: «Me’rac gecəsi mənə cənnəti ərz etdilər, əksər xəlqini füqəra gördüm».

Deyir: «Cəhənnəmi ərz etdilər, əksər xəlqi xatunlar ilə qənilər gördüm».

Deyir: «Bu fəqirlərə sultanlar demək mə’na/sı/ budur kim, bunlar şeytan qulu olmaqdan qurtulmuşlar. Və bu qənilər şeytan qulu olubdurlar. Şeytan bunları dünyanın ol yeddi dürlü bəndinə bağlamışdır, qul etmişdir. Necə kim, Həqq-i təala-cəllə və ali - ol yeddi duzağı bəyan edər…

Pəs bu bəndlər ilə şeytan bunları əvvəldən tutdu. Könüllərini bu dünyanın bu mətalarına mütəəlliq edib möhkəm bağladı. İraq, bunların bu duzağdan qurtulması asan degildir. Məgər ki, inayət-i Həqq yetişə. Əbu-bəkrə irişdiyi gibi, daha qalan əzizlərə irişdiyi gibi kim, cəmi’ dün-ya-larını Həqq yoluna derdilər. Daha kəndiləri bir loğma, bir xirqə ix-t-i yar etdilər, ibadət /və/ taət yolun tutdular, rəhmətullah-i əleyh oldular.

Və bu baylıq azmağa səbəbdir, dünyadan imansız getməyə. Görməzsən kim, heç bir fəqir tanrılıq də’vası etmiş yoxdur. Qanda bir bədbəxt varsa, həp qina ucundan təkəbbürlük edib aləmdə mənlikə yürüdü. Nə dənli tanrılıq də’vası etmiş bədbəxt varsa, həp qina ucundan təkəbbür /lük/ etdilər.

Və daha bu fəqirlik əgər yaramazsa, ya xorluq etmişsə, Seyyid-i kainat Məhəmmədi – Mustafa – səlləllahu əleyh və səlləmi Həqq-i təala fəqir eyləməzdi. Baylıq iyiymişsə kafirlərə yiyəcək, ətmək verməzdi. Pəs bundan əqlin var isə anla kim, fəqirlik ulu səadət imiş. Mə-həmmədi – Mustafa sifəti imiş.

Pəs onun üçün Tanrı dostları cəmi’ mallarını füqəraya ulaşdırdılar, fəqirlik ixtiyar etdilər. Onun üçün kim, bu fəqirlik ənbiyalara sifətdir. Və həm həqiqəti, yarın qiyamət günündə bu fəqir qullarını qığırıb üzr etsə gərəkdir. Xatirciklərini təsəlli etsə gərəkdir.

Ayıta gərək: «Ey mənim fəqir qullarım! Dünayda sizə dünya vermədigim, sizi fəqir etdigim sevmədigimdən degildir. Bilin, sevdigimdən idi kim, şol çox sevdigim Məhəmmədin /s/ sifətilə sizi sifətləndirdim», - deyir.

Və Həqq-i təala o fəqir qullarına ayıdsardır kim: «Ey mənim qullarım! Dünyada mən sizə çox dünya versəm, sizi daha qəni eyləsəm, bunun sizə hesabı qatı olsa gərəkdir. «Bu qiyamət gününün hesabını görməsinlər», - dedim. Görün axı şu qənilərə nə qatı hesab olunur. Daha qəni olsanız, sizə daha şöylə qatı hesab edilərdi. Gəlin indi, ey fəqirlərim! Əgər sizi dünyada fəqir eylədimsə, bu gün qən-i qəni eyləyim. Həp əksləri yetirəyim. İşdə sizə uçmaq, hangısında gərəksə, sakinlənin!», - deyə. «Ey biçarə! Kəndini dünyaya əsir etmiş məğbun, şu mərtəbə nəyə dəgməz! Bir kişinin min il ömrü olsa, min ilin daha aclıqla, susuzluqla, yalınçıqlıqla keçirsə, şu təsəlliyə hənuz azdır!» Bu mərtəbələri bildikləri üçün sultanlıq və padşahlığı tərk etdilər, fəqirlik ixtiyar etdilər.

HEKAYƏT

Şeyx Mənsur Əmmar deylər, bir şeyx, əziz kişi vardı, rəhmətullahi – əleyh. Bir gün Bəsrə şəhərinə gedirdi. Yol sultanın qapısı önünə uğradı. Gördü kim, bu böyük qapının önündə neçə itlər /və/ qullar tutmuş dururlar. Bu qapıdan içəriyə Şeyx nəzər etdi. Gördü kim, bu qapıdan içəri bir meydan, ol meydanda bir altun çadır qurulmuş və bu çadırın içində bir altun təxt. Bu altın təxtin üstündə bir sultan oturubdur. Dürlü-dürlü mürəssə donlar geymiş və çevrə yanına neçə bəglər oturmuşlar. Və neçə bəglər daha ayaq inan dururlar, şürb edirlər.

Şeyx Mənsür Əmmar dərhal içəri yürüdü. Vardı ol təxtin yanında əsasına dayandı, durdu. Bir azdan tamaşa eylədi. Şeyxin nuru bunların üzərinə qələbə eylədi. Söhbətlərini sutadı. Bunlar daha bu feyzdən usanı verdilər.

Padşah aydır: «Söhbəti dağıdın».
Bu bəglər həp dağıldılar, getdilər, sultan yalqız qaldı.

Sultan içəri çağırdı: «Hey Nəşvanə», - deyir. Bir azdan bir xatun içə-ridən çıxa gəldi. Başında altun tac, əgnində altun hərir geyir. Sağınca, solunca, ardınca, önüncə kəndi misli cariyələr.

Çün bu sultan bu xatunu gördü, tez təxtdən endi, bu xatuna hamı qarşı vardı. Əlinə yapışdı, təxtə çıxardı. Cariyələr səf bağladılar. Qarşı durdular. Şeyx baxdı bunları gördü. Kəndi /kəndinə/ aydır: «Hey, şimdi nəsihətin vaxtıdır».

Əsasını təxtin təqtasına çaxadı və bir kərrət çığırdı:
- Hey qafillər! Bu dünyanın yalançı bəgligciginə və yalançı xatunluğuna aldanmış, məğrur olmuş, bəqayi fənayə dədişmiş və baqi padşahı unutmuş biçarələr, - dedi.

Baxdılar gördülər bir pir əsayə dayanmış durur.

Sultan aydır:
- Nə qocasan? Nərədən girdin? Şu dışarıda qapıçılar səni görmədilərmi?

Şeyx aydır:
- Mən qapıçı, bacaçı bilməzəm. Nərəyə xatirim dilərsə, girərəm. Mən bir təbib kişiyəm. Günah xəstələrini timar edici və mö’minləri gü-nah rəncindən qurtarıcıyam. Bu dünyanın yalançı zövqcığazına nə yoluq aldanmışsız və bu rəiyyət bəgligciginə və xatuncığına nə yoluq məğrur olmuşsuz! Ertə bu bəgligi sizdən alırlar və sizi mülk-i qədimi qatina aldırvılar. Və bu əlvanlıqdan sizə us olmaz. Saraylarınız issiz qalır və bu qələbələriniz həp dağılır. Ölüm gələr, həp bunları tarmar edər. Necə kim sizdən öndənləri ölüm gəldi, tarmar eylədi. Şimdi on-la-rın birinin əsəri, tozu bəlirməz. Və bu izz /və/ naz ilə bəslədiginiz nazik tənlərinizə ilanlar, çayanlar üşər. Və sükükləriniz yer altında çürüyüb topraq oluyardır. Ol cəhənnəmin dürlü-dürlü əzabları sizə gəlir irişsər. Siz fəryad-zari edib çağırasız, illa dərman bulmayasız. Şimdi fürsət əldə ikən bu fani bəgligi və fani xatunluğu əbədi bəgligə dəgişirün, - dedi.

Sultan şeyxin sözlərini dinlədi. Bir kərə ah eylədi. Gətirdi kəndini təxtdən yerə urdu. Əql başından getdi. Bir zaman yetdi, bir zamandan kəndi duru gəldi. Ayıtdı şeyxə:
- Necə edəlim sultanım! Yolu yanılmışız!, - deyir.

Şeyx aydır:
- Gəlin hələ bir şimdi tövbə edin. Bu şimdi ikən etdiginiz işlərizə peşiman olun! Ol günahlarınız getsin, - deyir.

Gəldilər. Ər daha, övrəti daha şeyxin əlin tutub tövbə etdilər. Şeyx daha «Sizi Allaha ismarladım», - dedi. Şu ayəti oxudu. Ayət kim: «Fə Allahu xeyrul hafizən və hüvə ərhəmərrahimin» (Tərcüməsi: «Allah ən yaxşı hifz edəndir və o, mərhəmətlilərin ən mərhəmətlisidir».«Yusif» surəsi, 64-cü ayə).

Çıxdı, yürüyürdü.

Nəşvanə xatun sultana aydır:
- Necə edəlim, yolu yanlmışız?

Sultan xatuna aydır:
- Səbr et, xatun, kim yol göründü, axşam olsun, - deyir.

Çün axşam oldu. Sultan duru gəldi. Əvvəl mürəssə donları çıxardı, vardı bir əski keçə buldu, köklüksüz. Şöylə gövdəsi üzərinə bu keçəyi bərkitdi, qaftan kimi eylədi. Gəldi Nəşvanə xatuna aydır:
- Ya Nəşvanə xatun! Sən daha mənimlə gedərmisən?

Xatun aydır:
- Ya, daha nə işim vardır bu fani yurdu bəkləyəsi? Sənin mövlan isə, mənim daha mövlamdır.

Duru gəldi. Nəşvanə xatun daha ol hərir libasları soyundu, tökdü. Ol daha ancılayın bir əski yabana buraxılmış keçə buldu. Ol nazik tənin üzərinə bərkitdi.

İkisi daha böylə saraydan çıxdılar, yürü yürüdülər. Bu xəzinələrdən və bu ne’mətlərdən və bu saraydan kəndilərinə bir öyün ətmək almadılar vəb ir içim su daha almadılar. Çıxdılar, yürüdülər.

Sabah bu sarayın xəlqi duru gəldilər. Gördülər kim, nə sultan var və nə xatunu var. Hər yeri gördülər, bulmadılar. Şəhərə qülqülə düşdü. Həp ulu-kiçik cəm oldular. Fəryad, dadlar eylədilər. Yaslar elədilər. Heç kimsə bilmədi kim, bunlar nə oldular. Axır ayıtdılar kim:

- Məgər bu sarayda bir canavar dururdu, bunları yedi çıplaq döşəkdə yatırkən, - dedilər.
Bəli, gerçək uduldular bunlar eşq nəhənginə. Pəs vardılar bunlar Beytullahda mücavir oldular. Riyazətə, ibadətə məşğul oldular. Bunların yerinə gəldi bir kişi daha sultan oldu. Ol xəzinələr, dolu mallar və yüklər və cariyələr və qullar və itlər, cəmi nə ki varsa, ol sultan olan kişi həp aldı. Amma bu saraya gəlib həp sakinləmədi. «Bunda adam udar canavar var», - deyə iraq kimsə daha gəlib sakinləmədi. Şöylə məzbələ oldu bu saray qaldı.
Ey əziz! Kişi dünyanı tərk edəcək, şöylə tərk /edər/ və eşq gəlincək kişi /yi/ xərab edər və kişi Allaha dönəcək, şöylə dönər.

Ey əziz! Bir kişiyə inayət-i ilahi yetişcək, şöylə olur. Cahan gözünə zərrəcə görükməz.
Çün bunların halları buraya yetişdi, bunca ildən sonra Şeyx yenə Məkkəyə gedər oldu. Yolu yenə Bəsrə şəhərinə uğradı. Şəhərdə bir arada dərvişlərə qonuldu. Dərvişlərə aydır:

- Şurda mən bir iş başardım gibi idi. Bir kişiyə nəsihət etdim, tövbə verdim idi. Görəyim mənim nəsihətim əsər eylədimi? Və könülləri üzünü iki cahanın dövlətindən çevirdim idi. Görəyim onun üzərinə durdularmı? - dedi.

Getdi o sarayın önünə gəldi kim, bunlara nəsihət ayıtdı idi. Gördü kim, ol saray xərab olmuş, itlər yatağı olmuş.

/Ey/ əziz! Bu eşq həm aşiqin məkanın xərab edər, həm surətin xərab edər.

Bir az vaxt bu sarayın önündə durdu. Bir kişi gəldi. Şeyx o kişiyə sorar, aydır:
- Şurda əvvəl bir saray var gibi idi və bir padşah bu sarayda oturardı, - deyir. Şimdi bu saray xərab olmuş olamı? - deyir.

Ol kişi aydır:
- Bəli, öndən bu saray şunun gibi saray idi kim, heç bir padşahın bunun gibi sarayı yox idi. Bunda bir padşah var idi kim, onun zamanında onun gibi padşah daha yox idi. İlla kim bu sarayda bir canavar var idi. Onu daha, övrətin daha yedi, getdi. Ol qorxudan bu sarayda iraq kimsə gəlib sakinlənmədi, - dedi.

Şeyx Mənsur Əmmar – rəhmatullah-i əleyh bildi kim, başardığı iş təhqiq oldu. Bəqayət fərəh olub: «Əlhəmdülillah kim, bizim daha sözümüz əsər eyləmiş ola. Şeytan və nəfs və dünya əlindən bir daha bir kimsə qurtarmış olavuz», - dedi.

Qalxdı bu şəhərdən getdi. Zaman ilə Məkkə şəhərinə vardı. Məkkəni təvaf edərkən Şeyx gördü kim, bir igid bənizi sararmış, saçı-saqqalı qarışmış, təni qayət incəlmiş, arıq olmuş, gözləri çuxura düşmüş, bir dəgənəkcik əlinə almış, Kə’bənin divarına yapışmış, Kə’bəni təvaf edər yap-yap, arxasına bir keçə parası geymiş, bitlərin biri girər, biri çıxar. Bağrını bitlər dəlik-dəlik eyləmiş.

Çünki baxdı, Şeyxi gördü. Gəldi Şeyxin ayağına düşdü. Ağladı, aydır:
- Əlhəmdülillah kim, arzum Şeyxin mübarək camalını görmək idi, gördüm, - deyir.

Şeyx aydır:
- Sən kimsən? - deyir.

İgid aydır:
- Mən ol Bəsrə şəhərinin sultanıyam kim, sənin İsa nəfəsin mə-nim -könlümü diriltdi, - deyir.

Şeyx aydır könlündə: «Hanı bunun ol sultanlığı, ululuğu, nəfis yeyib, nəfis yedikləri?
Şimdi bir əski keçə içində bağrını bitlər dəlik-dəlik eyləmiş. Eşq bunu nərəyə buraxmış? - dedi, daha ağladı, dedi.

Aydır:
- Ya igid! Hanı sənin xatunun Nəşvanə? - deyir.

Ol igid aydır:

- Onun halı qayət zəif olmuşdur. Bir yerdə düşmüşdür, yatır. Məkkəni təvaf eyləməyə gəlməz. Amma arzu edər kim, sultanımın mübarək üzünü görə. Daha ölürsə, ondan /sonra/ ölə, - deyir.
Şeyx aydır:

- Yeri, varalım, onu daha görəlim, - deyir.

Vardılar, gördülər. Kəndi /sin/ dən getmiş yatır. Ol igid iləri vardı.

Aydır:
- Ya Nəşvanə! Ac gözünü, ol bizim şeyximiz, sultanımız gəldi, - deyir.

Nəşvanə xatun gözün açdı, şeyxi gördü, duru gəldi. Şeyxin ayağına düşdü. Şeyx gördü kim, Nəşvanə xatun nə bənzər ol igidə. Əski keçə bu daha geymiş. Bitlərin bunun keçəsinə daha mini girir, mini çıxır.

Şeyxin ayağında yatırkən Nəşvanə xatun bir kərrət hıçqırdı, can verdi. Bunu gördu ol igid, daha şeyxin ayağına düşdü, ol daha can verdi.

Şeyx bunları gördü, ayıtdı kim:

- Zehi aşiq-i sadiqlər kim can verməyincə durmadılar, - dedi.

Gör indi gerçək tövbə etmək necə olur. Həm yoldaşların tərk etdilər və həm donların dəgişdirdilər və həm yeməklərin.

Çün Şeyx bunların halını gördü, şeyx daha ağladı. Şol qədər ağladı kim, bixud oldu. Kəndudən getdi.

Bir azdan kənduyə gəldi, bazara vardı, kəfən aldı. Gətirdi kim, bunların qeydin götürüb həqqinə qoya. Gördü kim, yuyunmuş, kəfənlənmiş, ikisi daha bir-birinin yanında yatırlar. Şeyx təəccübə vardı. Şeyxin sərinə bir nida yetişdi kim:

- Ya Şeyx! Sən bunların namazın qıl, daha bunları bizə ismarla, çün bizim üçün can tərk etdilrsə, biz daha bunlara didarımızı qanbaha verdik və bunlar bizim üçün bu fani dünyanın fani bəgligçigin tərk etdilərsə, fani saraylarını qavdılarsa, biz daha səkkiz uçmağımızı onlara mülk eylədik, - dedilər.

Şeyx bunların namazını dərvişlər ilə qıldılar, daha bunları dəfn eylədilər, Allaha ismarladılar.

7-5. QƏNAƏT VƏ TƏVƏKKÜL

.. Ola kim, «mən dünyayı sevməzəm» deyirsən. İndi, ey biçarə! Ya nə üçün qeyri nəsnəyə talib olmazsan? Və ya qeyri nəsnənin tələbində olmazsan? Və gecə-gündüz onun əndişəsində olmazsan?

Pəs mə’lumdur kim, sevərsən. Ya sevliməyən istənilirmi? Saxlanılırmı? Ya kasalara qoyulurmu? Möhürlənirmi? Fəqir gəlib Allah üçün istəyəcək, «nəsnəm yoxdur!»- deyilirmi? Yalan söylənilirmi?

Tut ki, sən burada sevməzsən deyəsən, höccət gətirəsən. Həqq xud qullarının könlünə nəzər eylər, surətinə, höccətinə nəzər etməz. Necə kim buyurar: «İnəllahu ləyunziru ilə surətikum və la ilə əmalikum bəl yunzirunə fi qulubikum və niyyətikum» /Tərcüməsi: Həqiqətən Allah-təala sizin üzünüzə baxmaz, nə də sizin əməllərinizə baxmaz, əksinə, sizin qəlb və niyyətlərinizə baxar./

Amma bizim məqsudimiz höccət degil, bəlkə aşiqlərə bir nəsihət edib hal nitəligin bildirməkdir.

Pəs sən daha bu nəsihətləri və bu ayətləri eşidib, inanıb, Allahdan qor-xub və Rəsulundan utanıb insaf edərsən, Allaha dönərsən, uzun ağ olar.

Aydırsan kim: «Mənə dünya gərəkdir, dost var, düşmən var, gələcəgi gedəcəgi var. Oğul-qız var, övrət var. Və bunların hər birinin bir dürlü məqsudları var. Ruziləri vardır, yerinə gətirmək gərəkdir. Mən əlimdə dünyacıgım tərk edib, fəqir olub möhtac olumazın. Bu günü xoş keçirəyim. Ertə necə olursa, ola» deyirsən. Yeri var, sənə dünya qutlu olsun. Başdan-ayağa mübarək olsun! Onun ləzzətləri sənə dadlı olsun! Və lakin bezə səndən Allah-təala, qaça səndən cəmi peyqəmbərlər, qava səni dünlü övliyalar, duta səni zəbanilər!

Görəsən qatı əzab, çəkəsən bəla və zəhmətlər, görəsən cəfa və möhnətlər. Və bu murdar dünyayı daha burada qoyasan, gedəsən. Əcəb! Orada varacaq nə edəsən? Şol dünyada diləmədigin kişilər gələ, ol qəhr ilə qazandığın dünyanı oluşələr, yeyələr, yedirələr, dökələr, sən qara gün dar yerdə yatıb, hesabın verəsən, əzabın görəsən».

Və illa aydırsan kim: «Mənə dünya gərəkməz, mən dünyadan b-i za-ram, Allaha təvəkkül edirəm, Allahın və’dəsinə inanıram, əlimdə /ki/ var/ın/ cəm’ini füqəraya Allah yolunda verirəm. Əlimdə fürsət var ikən yarağım görürəm», - deyirsən, Allah sənin yardımçın və Rəsul sənin şəfaətçin və məşayixlər sənin mürşidin və mö’minlər sənin duaçın və səkkiz uçmaq sənə ərz oluna. Hansından dilərsən, sakinlənəsən.

İndi, ey əziz qardaş! Çünki bildin bu nəfs-i əmmarə yeddi başlı bir əjdəha imiş. Və bu əjdəhanın qayət böyük bir başı kim qalan başları ona tabedir, dünya sevmək imiş. Və ol böyük başı kəsilcək, qalan başları daha ona tabedir, həp qurar gedər imiş.
Və iki cahanın şərri daha dünya sevməkdən imiş. Və ol nəfs-i əmmarənin böyük başın kəsmək dünyadan yigrənmək imiş.

Və iki cahanın səadəti daha dünyadan yigrənməkdə imiş. Və bu dünyanı tərk edib dünyadan yigrənmək, daha şol yuxarı dedigim gibi, ölümün etməgi ilə olurmuş.
Pəs bunları bildikdən sonra bunu bilgil kim, dünya sevməkligin səbəbi nədir? Onu daha sənə deyə verəyim. Və dünya sevməgin səbəbinə səbəb nədir? Bunu daha deyəyim, eşit!
Və bu kitabda müşkil qalmasın. Zira bu kitab asan Türk dilincə, Şeyx Səfi həzrətləri dilincə onun üçün söyləndi kim, mübtədiyə yol asan ola, dedim bir qaç yerdə.
Pəs bu dünya sevməklik səbəbin deyəyim və ayətlə, hədislə isbat edəyim. Və məşayix-i kibar və əshab-i Rəsul sözlərini daha dəlil gətirəyim. Hətta sən daha inanasan. Könlün əmin ola. Əmələ məşğul olasan. Bilgil indi, ey əziz qardaş və din yolunda müvafiq yoldaş! Bu dünyayı sevməyin səbəbi ölümün unutmaqdır. Və ölümün unutmağın səbəbi uzaq əndişələr etməkdir. Yə’ni uzaq sunular sunmaqdır.

Bir kişi şunu şöylə edəyim və bunu böylə edəyim deyib yirsə, ölümün unudur. Ölümün unutmaq dünyayı sevdirər. Nəfsi – əmmarə bir sunular sunucu, bir uzaq əndişələr edici kimsədir. Bir sunular kim, yüz ildə hasil olmaz. Ertəyə çıxacağın bilməz. Bağlar, bağçalar ediniz, duvarlar, arzular, yerlər, sular ediniz. Və oğullar və qızlar urar.

Pəs buna dünya gərək. Və dünyanın xud dərdinə düşüb sevdasında olmayınca hasil olmaz.
İndi şunu təhqiq şöylə bilgil kim, bu Adəm oğlanlarını aldayıb məğrur edib uzaq əndişələr etdirən üç nəsnədir: biri ümniyədir, biri dünyadır, biri daha şeytandır.

Pəs bu üç nəsnə ediginə adamı aldayın üç ayət dəlildir:

Şeytan əleyhül-lə’nət aydır kim:

- İşlə, nə dilərsən? Allah kərimdir, əzab eyləməz, üqubət et-mək-də iyiməz, - deyir.
Və lakin aqil olan kişilər şeytanın bu iğvasına aldanmaz. Həqq-i təalanın daim bu sözünü qulağından gedərməz. Buyurdu: «İnnə şeytanə ləkum ədüvvün fə əttəxizuhu ədüvvən». /Tərcüməsi: Şeytan sizin düşməninizdir, siz də onu düşmən bilin». «Fatir» sürəsi, 6-ci ayə).

Və bir ayətdə daha buyurur kim: «İnnəhu ləkum ədüvvün mübin» /Tərcüməsi: «Həqiqətən, o (şeytan) sizin açıq-aşkar düşməninizdir». «Bəqərə» surəsi, 168-ci ayə).

Çünki bildin şeytan düşmandır, qədimi ata-dədə düşmanıdır. Hərgiz xeyir sunmaz. Ondan xeyir uman daha xeyrə uğramaz. Eşitmədinmi Adəm atamız – əleyhissəlamə və Həvvaya nə eylədi? Və zürriyyətinə daha edir? Neçələri dünyadan imansız gedirtdi. İman hörmətini kibr oduna yandırdı. Uzaq sunular ilə ölümdən qafil eylədi. Axır ölüm gəldi, qafil bulundular. Qəflət ilə imanını şeytana aldırdılar, imansız, üzü qara Həqq həzrətinə vardılar.

7-6. ÜZLƏTİN FAYDALARI

Bilgil indi, ey əziz qardaş! Kişi bu xəlqdən üzlət edib kəsliməyincə dilini, dinini, qarnını, gözünü və bu yeddi ə’zasını saxlayamaz. Zira bu cəmi ə’zaları şərrə ilətməgə səbəb bu xəlqdir. Haçan bir kişi bü xəlqə qarışsa, əlbəttə, bu xəlqə uymaq lazım gələr. Əgər uymayıb müxalif edərsən, sənə düşman olurlar. Sənə rahət göstərməzlər. Səni incidərlər. Elə olsa, bunlardan üzlət gərəkdir.

Və həm neçə dürlü afətlər bu xəlqə qarışmaqdan gələr. Bə’zi ariflər demişlərdir kim, bu xəlqə müsahib olmaq, haman od ilə müsahib olmaq gibidir. Pəs bu oddan kişi mənfəətlənmək gərəkdir. Amma ki, həzər etmək gərəkdir kim, bu od kənduyi yandırmaya.
Qardaş! Qeybət ixtilatdır, riya ixtilatdır. Yə’ni xəlqə qarışmaqdır. Yalançılıq ixtilatdır. Təkəbbür, həsəd, nifaq ixtilatdır. Daha nə dənli yaramaz fe’l var isə həp ixtilatdadır.
Pəs üzlət salamatlıqdır. Kişi xəlvətdə otursa, neçə mövla ilə müamiləyə yol bulmaz. Xüsusən kim, bu şimdiki zamanda, bu şimdiki zamanın qövmündən üzlət etmək, əlbəttə, gərəkdir.

Şol hədis ilə kim, Rəsul həzrətləri – əleyhissəllam buyurmuşdur: «Axır bir zaman gələ kim, zəif üzrə ola İslam, iman. Vaizlər çox ola, dünya üçün və’z edələr, bulduqların söyliyələr, Tanrıya və Rəsuluna böhtan edələr. Yə’ni Tanrıya və Rəsuluna böhtan edib, isnad edib sözlər söyləyələr. Ol zamanın alimləri az ola ol zalimləri dəf’ etməyə. Kəndi/ləri/ minbərə çıxıb əklərikləri üçün onlar daha dinməyələr. Dilənçuları çox ola, vericiləri az ola. Elə olsa, ol zaman kim irişsə, zinhar, onlara qarışmanız, onlardan üzlət ediniz».

Ey əziz! Təhqiq şunu biliriz kim, ol bizim seyyidimiz və peyqəmbərimiz, axir zaman peyqəmbəri Məhəmməd-i Mustafa kim, məhbub-i həzrətdir və şəfi’yi – ümmətdir, bizə atamızdan və anamızdan şəfqətlidir. Elə olucaq bizə gəli gəlsin, yenə bizdən ol yey bilər. Çün ol bizə buyurdu, biz daha onun sözünə uymaq gərək. Xəlqdən kəsilmək gərəkdir.
Döndülər, Rəsul həzrətlərinə sordular, ayıtdılar kim:

- Ol nə vaxt olur, ya Rəsulallah?

Ol sultanül – ənbiya aydır:

- Ol vaxt olur kim, elmə yiltinalar nəfs həvası üçün, yə’ni dünya ululuğu üçün, izzət üçün və mənsəb üçün, ya qazı olub qəzaya uğramağ üçün və yaxud müdərris olub tənə’üm etmək üçün, sədrə keçmək üçün.

Və daha oxuyalar elmi, nəfslərinə ilətələr. Elmi Allah qapısına varmağa səbəb etməyələr. Bəlkə dünya bəgləri qapısına varmağa səbəb edələr. Ol zamanın bəgləri daha əhl-i elmi xor görələr. Ol zamanın alimlərinin qayət dini vardır. Dinlərini dünyaya satalar, füqərayə şəfqətləri olmaya. Məscidlər yolu və məscidlər xəlvət ola. Və meyxanələr yolu və meyxanələr qələbə ola, - deyə buyurdu.

Rəsul /əleyhissəlam/ ol pər üsul /?/, pəs ol zamanın qövmünü bəyan eylədi. Və bu şimdiki zaman haman ol zamandır. Və qövmü daha ol qövmdür. Biz gözümüz ilə görə dururuz kim, bu qövmün gündən-günə şərləri arta durur və xeyirləri əksili durur.

Çün hal böylədir, sən onlara nə üçün qarışasan və yolundan şaşasan? Varasan, oda düşəsən?

Eşitdin ola kim, məşayixdən neçələri ittifaq etdilər, bu xəlq arasından çıxdılar, vardılar kimi dağlar başındakı mağaralarda oturdular, ibadətə, taətə məşğul oldular. Kəndulər/inə/ mürid /və/ mühibb olanlara daha vəsiyyət eylədilər kim, xəlqdən qaçalar, şol arslandan qaçarım gibi.

Və ol məşayixlərdən birisi Süleyman Daranidir ki, rəhəmtullah-əleyh müridlərinə vəsiyyət edib ayıtdı kim:

- Qaçın xəlqdən, daha şol arslandan qaçar gibi.

Yə’ni necə kim, arslandan qaçırsız, xəlqdən daha qaçın.

Daha ayıtdı kim:

- Qarışın bu xəlqə bir qaç yerdə: bir cümə namazında, namaz qılınca. Və bir /də/ bayram namazında, namaz qılınca. Ancaq şu qaç yerdən qeyri vaxtda bu xəlqin arasına girməgə dəstur yoxdur. Taliblərə cəmi məşayixlərin ittifaqı bunun üzərinədir. Əgər qarışırsa, həqdən məhrum qalır, mərayi olur. Mərayi xud müşrikdir. Zira Rəsul həzrəti – əleyhissəlam elə buyurdur: «Pəs elə olsa, xəlqdən qaçmaq gərək».

Şeyx Süfyan Sövri rəhmətullah-i əleyh /aydır/:

- Vallah, şimdiki zamanda üzlət etmək halaldır. Bu xəlqə qa-rış-maq haramdır. Zira bu şimdiki qövm zəlaləti artırdılar. İçlərində haram nəsnə şol bir halal kimi iste’mal olur oldur.

İmam /Məhəmməd/ Qəzzali aydır-rəziyallahu ənhu.

- Bu şimdiki zamanda üzlət etmək fərzdir, - deyir. Və «Ə’tə-z-i lu-kum və ma tabudun» ayətini höccət gətirdi. /Tərcüməsi: «Mən sizdən və sitayiş etdiklərinizdən uzaqlaşıram». «Məryəm» surəsi, 48-ci ayə).

İmam bu sözü deyəli beş yüz ildən ziyadədir. Bu, şimdiki bizim zamanımızda xud daha fərzdir.

Bilgil indi, ey qardaş! Bu xəlqdən sənə heç bir fayda yoxdur. Bu xəlqə qarışcaq müxalifəti ortadan götürmək gərəksən, bunların xud işləri, qövlləri, fe’lləri görünür durur. Əgər bunlara müvafiqət edərsən, Allaha asi olarsan və Rəsuluna uymamış olarsan, əgər müxalifət edərsən, sənə nüktə edərlər. Və səni incidərlərdi. Sənin ol dənli ka-ma-lın yoxdur kim, bunların zəhmətinə təhəmmül edə biləsən. Azmayasan, yoxsa bu gen dünyayı sənə dar edərlər, səfan gedərərlər. Köklü, köksüz kənduləri /ni/ sənə düşmən edərlər.
Sən daha nagah səbr edəməyib bu xəlqə nəfsin üçün qağıyasan, bəd dua edəsən. Sənə rizq verən və səni yoxdan var edən Sultanın qapısına varasan. Hər qapılardan avara olasan və bu xəlqdən kəsiləsən. İxlas ilə Onun qapısını ixtiyar edəsən. Madam ki, Onun qapısında mücavir olasan, hər günlərin bayram və hər gecələrin qədr ola, iki cahanda səlamət olasan.

7-7. ŞEYX İLƏ MÜRİD

Bilgil indi, məşayixin ədəblərindən birisi daha budur kim, şeyx ilə mürid bir süfrəyə sunmaya və bir xalıcaya oturmaya və şeyxin oturduğu yerə daha oturmaya və şeyx ilə bir bardaqdan su içməyə və şeyxi dünyadan nəql edərsə və ya boşarsa, övrətini almaya kim, adab-i təriqətdə yoxdur.

Şeyxin kisvətini, yə’ni xirqəsini dəstursuz geyməyə və şeyxi ziyarət etmək istəyəcək, yə’ni şeyxin əlin-ayağın öpmək istəyəcək abdəstsiz etməyə kim, bir qaç nəsnəyə abdəstsiz yapışmaq biədəblikdir.

Bir müshəfə və bir peyqəmbərə və qəbirlərinə daha ziyarət etmək haman kəndiləri həyatında ziyarət etmək gibidir. Və bir daha Kə’bəyə və bir daha övliyalara abdəstsiz varıb yapışmaq ədəb degildir.

Və bu övliyaların könlü daha Kə’bədir və zahir Kə’bəyə «Kə’be-yi Xəlili» derlər və bu könül Kə’bəsinə «Kə’be-yi Cəlili» derlər. Və ol za-hir Kə’bə /ni/ daş ilə, topraq ilə Xəlil peyqəmbər yapdı – əleyhis-sə-lam. Və bu könül Kə’bəsi ki, övliyanın könlüdür, onu Cəlil-i cəbbar yapdı.

Və ol zahir Kə’bə /ni/ ziyarət edənin təni oddan qurtular və bu batin Kə’bə /ni/ ziyarət edənin həm təni və canı oddan qurtular.

Və vüsal-i dust daha könül Kə’bəsindədir. Necə kim, Mövlana Cəladəddin həzrəti buyurmuşdur:

Ey qövme be Həcc rəfte, kocayid, kocayid?
Mə’şuq həmin cast, biyayid, biyayid!

Tərcüməsi: Ey Həccə gedən tayfa, hardasınız, hardasınız?
Məşuq buradadır, gəlin, gəlin!

Və Şeyx Səfi/əddin Ərdəbili/ - qəddəsallah sirrəhu bu beytin mə’nasında buyurur kim: «Beytullah ikidir. Yə’ni Kə’bə ikidir yer üzündə. Biri beytullahdır kim, xəlayiq onu kəndilər/inə/ fərz olduğca təvaf edərlər və biri daha könül Kə’bəsidir kim, beytdə keçən xitab əvvəlki Kə’bənin taliblərinədir.Yə’ni dəmin olur kim, əkərci əda-yi rükn-i İslam ol zahir Kə’bə ilə hasil olur, amma mə’rifətullah könül Kə’bəsində hasil olur».

Pəs şöylə olur bu beytin mə’nası kim: «Ey mə’rifət tələb edənlər və Həqq istəyənlər! Könül Kə’bəsinə gəlin və onu Kə’bədə tələb edin. Və həqq tələb edənlər etmək qət-i məsafəti surət ilə olmaz ki: «Və izə səələkə ibədi fə ənni garibun və nahnu əqrabu ileyhi min həblil vurid»

(Tərcüməsi: «Bəndələrim məni səndən soruşduqda /de ki/ Mən onlara yaxınam… Biz ona boynunun damarından da yaxınıq» («Bəqərə» surəsi, 186-ci ayə və «Qaf» surəsi, 16-ci ayə).

Pəs Şeyx /Səfiyəddin Ərdəbili/ buyurdu ki: «Mərd ərənlər oturarkən Həqq tələbin səfərin edərlər, bularlar. Və namərdlər Həqq tələb edib yazılarda sərgərdan gəzərlər, bulmazlar. Çünki Həqq-i təala qula quldan yaxındır. Yazılarda sərgəştə kəzməklə vüsal hasil olmaz. Pəs sənin hicabın örtən haman sənsən. Kənd /i/ hicabını ortadan götür, daha vüsal ələ gətir».
Pəs övliyayi – Allahı abdəstsiz ziyarət etmək biədəblikdir. Pəs bu sözlərdən murad qülub-i övliyadır ki, ol qəlb-i həqiqidir.

Və haçan şeyx ilə yerimək, yola getmək vaqe olsa, şeyxin yanınca getmək ədəb degildir. Şeyxin ardınca yab-yab getmək yaxşıdır. Əgər şeyx aydırsa kim: «Gəl önümcə yeri!», - yerimək gərəkdir. Onda hikmət vardır, onu əhlinə derlər.

Və bir ədəbi daha müridliyin budur ki, şeyxə qayət hörmət edə və şeyxə hörmət etdigi gibi oğluna, qızına, quluna, xəlayiqinə, hətta atına, quşuna, cəmi heyvancıqlarına belə hörmət edə kim, hörmətsizlik daha ədəbsizlikdir, məhrumluğa səbəbdir. Zira Həqq-i təala əzəmət ilə bu salehlərə hörmət edər, onlara hörmət etdikdən onların heyvancıqlarına daha belə hörmət edər. Görməzmisən Əshab-i kəhfin itini və Saleh peyqəmbərin dəvəsini və İbrahim peyqəmbərin boz ağısını və İsmayıl peyqəmbərini qoçunu və Musa peyqəmbərin sağırını və Yunus pey-ğəmbərin balığını və Üzeyrin eşşəgini və Süleymanın qarıncıasını və Bilqeyisin hüdhüdünü və Məhəmməd-i Mustafanın – salavatullahu və səlləm – dəvəsini?
«Məqatil» rəvayətində böylədir. Bu heyvancıqlar salehlərə xidmət edib belə yoldaşlıq etdikləri üçün Həqq-i təala bunları cənnətə qoyar və bunlara hörmət-izzət edib və qalan heyvanlar içindən bunları üründülər, hörmətini bilməyəsən və onların təvabeinə izzət etməyəsən. Ələlxüsus müridlik də’vasıni daha edəsən!

Ey biar adəmi! Heç qeyrətin yoxdu ki, it cənnətə girə, salehlərə xidmət edib və salehləri sevdigi üçün, sən cəhənnəmə girəsən salehləri sevməyib və salehlərə e’tiqadın-hörmətin olmadığı üçün?

Amma sənin süləhayi sevmədiginə bir səbəb vardır. Səbəb oldur kim, nəfsi – əmmarə kafirsifətdir, süləhayi sevməz. Pəs sən daha nəf-s-i əmmarəyə tabe olub durursan nə salehlərə xidmət eylədin və nə kö-nül-lərinə girdin kim, bunların dərunlarından sənin daha könlünə bir yumşaqlıq hasil olaydı.

Pəs gerçək müridlər şeyxdən nəsib və himmət istəyə, doğru taliblər gərəkdir kim, şeyxə və şeyxin cəmaətinə və xidmətkarlarına və heyvancıqlarına məhəbbət edib hörmət eyləyə. Ta kim ol daha hörmət və himmət bula.

Amma adab-i təriqət budur kim, mürid şeyxdən hörmət ummaya və «şeyx müridə hörmət etmək» yoxdur. Vəqtha bir kərrət xatircığın tə-səlli edib riayət edərsə, dürüstdür. Və mürid olub, talib olub məşayix eşigində olan kişilər şeyx yeməgindən artıq yemək ədəb degildir. Ba-zara varmaq hacət olmadan və bazar yeməgin yemək və dükan yeməgin və ölü üçün pişən yeməgi yemək və vəqf ətməgin yemək və əvanlar ətməgin yemək, müridə cəmi’ bunları yemək qayət ədə-b-siz-likdir və könlü daha qarardar.

Mürid/in/ bunun gibi loğmaları yeməgi kənd-i kəndinə təqsirlik edib hörmətini kəndinin əli ilə oda vurmaq gibidir. Və mürid olan kişi /dən/ ədəbsizlik etmək olmaz. Pəs ədəb budur kim, hərgah kim bir iş işlər, şeyx məşvərətilə işləyə. Və hər nə kim edər, şeyxinə danışmayınca, iş-ləməyə.

Ya səfərə getməli olsa və ya nəsnə satmalı və ya nəsnə almalı olsa və ya oğul everməli olsa, və ya qız çıxarmalı olsa, şeyxinə danışmaq gərəkdir. Danışmadan mürid başlı-başına bir iş işləmək kütsaxlıq, ədəbsizlikdir. Və işi rast daha gəlməz və həm təriqətə müxalifdir.
Necə kim əshab Rəsul zamanında – səlləllahu əleyh və səlləm – hər işlərini Rəsul həzrətinə danışmayınca işləməzlərdi. Hətta: «Bu gecə evə varalımmı?», - derlərdi və «Xatunlarımıza yaxın olalımmı?», - der-lərdi.

Pəs təriqətdə mürid hər işi şeyxə danışmaq gərək və şeyxin sözünü tutmaq gərək. Və mürid bir işində mütəhəyyir olsa, varıb şeyxinə «Şu/nu/ mən necə edəyim? Şu işimdə aciz qaldım», - demək gərəkdir. Şeyx necə məsləhət görərsə, necə buyurarsa, elə etmək gərəkdir. Və əgər danışmazsa, qatı yaramazlıq edər.

HEKAYƏT

Şeyx Zunnun Misrinin – rəhmətullahi əleyhi – bir müridi işində aciz qaldı və mütəhəyyir oldu. Fəqirlik qələbə etdi, necə edəsini bilmədi. Oğlancıqları daha var idi. Gəldi şeyxə aydır:

- Sultanım! Şu/nu/ mən necə edəyim? Halım nə olasardır? Cəmaətim aclıqdan büküldülər və yalıncıqlıqdan xeyli zəhmət çəkirlər. İşim-gücüm keçməz, mənə nə buyurursunuz? - dedi.

Şeyx ona qağıyaraq aydır:

- Var ox-yay al, bir dərbəndə otur, həramilik eylə! - der.

Dərhal dərviş duru gəldi, evinə gəldi. Evində bulduğu əskicələrdən satdı, bir qaç axca eylədi, vardı oxa-yaya verdi.

Vardı bir dərbəndə oturdu, yola baxır kim, hal nə ola. Nagah bir bölük həramilər çıxa gəldilər, onu bu arada gördülər, ayıtdılar:
- Nə kişisən?

Dərviş aydır:
- Həramiyəm, uş yol urət kim mənə bir adam əlimə girə, soyam.

Pəs dərvişlikdə yalan söyləmək yoxdur, rast söylədi. Bu həramilərin ululuarı aydır:
- Uş. Biz daha bir neçə həramiləriz. Bir bölük bazərganlar gəlir, cüstələdik.

Uş gəldilər, dərbəndə girdilər.

- Bir tərəfə sən daha dur, nə dənli hünərin varsa işlə, həm bizə olsun, həm sənə olsun, - dedilər.

Onu daha bir tərəfə qavdılar. Bir azdan bir bölük bazərganlar gəldilər. Bu həramilər daha bunları gördülər. Dörd yandan səyirtdilər, ox urdular, cənk etdilər, bazərganları tutdular, əllərini bağladılar, həp qumaşlarını aldılar, bir araya cəm eylədilər.

Hər birisini bu bazərganların bu həramilər aldılar, bir bucağa öldürməgə getdilər. Bu həramilərin uluları qumaş qatında bu dərviş ilə qaldı.

Bu hərami bu dərvişə aydır:

- Dərviş! Sən daha /dur/ma! Bunların birini öldür mənim qa-tım-da, mən dəxi görəyim sənin hünərini, - dedi.

Əlini bağladı, dərvişin önünə çəkirdi bu bazərganların birisini. Və bir qılınc əlinə verdi. «Çal başını tez!», - dedi. Kəndi bir heybə əlinə aldı, baş aşağı dəprətməgə məşğul oldu.
Bu dərviş bu bazərganə baxdı, döndü bu həramilərbaşına baxdı. Gördü kim, həramibaşı kəndi kəndinə heybə dəprədir. Tez tövbə etdi şeyxdən yana. Şeyxin sirrindən istimdad etdi. Dərhal dərvişə bir avaz yetişdi kim: «Nə durursan, ol məzlumu qav, bu zalimin boynunu çal əlindəki qılınc ilə, dəplə bu məl’unu”», - deyə.

Çün dərviş bu avazı eşitdi, Həqqə dərunundan niyaz eylədi. Bu məzlumu qavdı, ol zalımı çaldı ənsəsindən, başı üzüldü, yuvalandı. Şunda getdi tez ol kişinin əlin çizdi. İkisi bəla əvn eylədilər, çağırışdılar. Bu həramilər əlli əlindəkiləri buraxdılar, qavdılar, qumaşlara səyirtdilər. Gəldilər gördülər kim, ol uluları dəplənmiş yatır. İki kişi əllərində yalın qılınc, elə sandılar kim, üstlərinə mübaliğə adam yetişdi. Başların qurtarmaq ardınca oldular. Hər biri bir dərəyə uçdular, qaçdılar, dağıldılar, getdilər.

Bunlar səyirtdilər, vardılar ol bazarganları buldular, əllərin çizdilər, salı verdilər. Həp bazarganlar bir araya dəplədilər, dərvişə ayıtdılar:

- Dərviş! Sən Xızırmısan? Nə hallı kişisən kim, bu həramilərdən b-i zi qurtardın, - dedilər.
Ol dərviş aydır:

- Nə Xızır və nə İlyasam, bir fəqir miskin dərvişəm. Oğlancıqlarım vardır, şeyxim vardır. Çün bu fəqirlikdən halım mükəddər oldu, vardım şeyximə danışdım. «Mənim oğlancıqlarım bunaldılar, mən necə edəyim?», - dedim. Şeyx daha mənə qağıyaraq: «Var həramilərə qoşul!», - dedi. Mən daha gəldim, uş bu həramilərə irişdim. Qəziyyə nə oldusa, deyu verdi. «Mən daha Allaha sığındım, şeyxə təvəccöh etdim, dərhal şeyxin sirrindən bir nida eşitdim ki: «Qav ol məzlumu, çal ol məl’unu», - deyildi. Oldu ki, çaldım ol mə’lunun başını, önünə düşdü. Bu kişinin daha əlini çizdim, bu daha əlinə qılınc aldı, çağırdıq. Sizi Allah qurtardı», - dedi.

Vardılar bu bazərganlar axçadan, füloridən, qumaşdan buldular, bu dərvişə verdilər. Hər biri hal və halınca dərvişi qəni eylədilər. Yenə evinə göndərdilər və kənduləri daha dərvişə və şeyxinə dua edə-edə yolların getdilər.

İndi qardaş! Mürid şöylə, şeyx daha şöylə olur, müridini şöylə gözədər. Gör ol sadiq mürid şeyxin sözünü sıdımı? «Bu sənin dediklərin şər’ə müxalifdir, məni öldürərlər, oğlancıqlarım ənsəsiz qalar», - dedimi? Dərhal şeyxin nəfəsin yerinə gətirmək ardınca oldu. Həqq-i təala daha onun muradını hasil edirdi. Halaldan neçə mal verdi.

Şeyx olan kimsələrin önlərində əzəl-əbəd dairəsi bir el iyəsi gibidir. Pəs gözədərlər müridlərini. Çünki kəndiləri /nin/ dəsturu ilə işlədirlər bir işi. Ona şər’ə müxalif iş etdirməzlər. Zira bu şeyxlər mədədlərini, əllərini müridlərinin başından götrüməzlər ta əbədə dəgin. Bəlkə müridlər şeyxlərə ismarlanmışdır əzəldə. Bunlar daha əzəldən əbədə müridlərini gözədərlər.

Pəs mürid oldur kim, hər cünbişi şeyx dəsturu ilə edə. Şeyx dəsturunsuz bir addım atmaya və bir içim su udmaya və günəşdən qalxıb kölgəliyə varmaya, ta ki şeyxlər ona mürid-i sadiq deyələr.

HEKAYƏT

Bir gün Sultan Şeyx Əbdülqadir Gilaninin müridi – sadiqlərindən birisi şeyxə aydır:
- Ya Şeyx! Mürid ilə, mühibb ilə şeyx arasında həqq-i hüquq nədir? Murid necə olur və şeyx necə olur? Bizə lütf edib bəyan edin! - der.

Sultan Şeyx Əbdülqadir Gilani daha – qəddəsallah sirrəhu – aydır:

- Dərviş! Var indi məndən padşaha salam ilət, ayıt kim: «Şeyx siz-lərə salam və dua etdi», - de, daha iraq bundan ziyadə kələci söyləmə. Şeyxi daha, müridi daha, mühibbi daha biləsən», - dedi.

Dərvişi padşaha göndərdi. Dərviş daha bir neçə rüzgar səfər etdi. Vardı ol məmləkətin padşahına yetişdi. Padşahla buluşdu, ayıtdı:

- Padşahım! Şeyx həzrətləri sizlərə salam-dua etdilər, - dedi.

Padşah daha tez təxtindən endi, iki əlin köksündə qoydu, iki büküldü, qapu qaldı, şeyxin salamını aldı. Bu dərvişə salam gətirdigi şükranəsi beş yüz fülori verdi və şeyxə min fülori hədiyyə bu dərvişlə göndərdi.

Dərviş daha min fülori şeyxin və beş yüz fülori kəndinin, götürdü yola girdi.
Məgər dərvişin yolu üzərində bir şəhərdə məşhurə xatun var idi. Çəngi idi. Adı «Dilaram-i çəngi» derlər idi. Bəqayət cəmilə xatun idi. Qırx cariyəsi var idi. Bir-i birindən cəmilələr idi. Xub avaz ilə çənglərin uydurub avazlarına urulduqları vaxtdan Zöhrəyi mat edərlər idi. Hər kim bunların avazın eşitsə, üzlərin görsə, dərhal bunların duzağına tutulub əqli bihuş olub kəndindən gedərdi. Hər nəyi kim varsa, bunların yolunda fəda edərdi.

Şeyxin və kəndinin fülorisini alıb şeyxə gəlirkən yol gəldi nagah bunların evləri önünə uğradı. Dilaram daha qırx çəngi cariyələr ilə oturub söhbət edirlərdi. Dərvişin qulağına bunların ünü toxundu. Dərviş bir ləhzə dinlədi bunların çənglərini və avazlarını, dərhal aşiq oldu. Dilədi kim, Dilaram ilə bir gecə söhbət eyləyə. İləri vardı, onların xadimlərindən birisini buldu, ayıtdı:

- Dilərəm kim, bu gecə sizinlə söhbət eləyim, Dilaramı bu gecə təfərrüc eyləyim.

Ayıtdılar:
- Onun bir gecə söhbəti beş yüz füloriyadır.

Dərviş ayıtdı:
- Xoş ola, uşdə mənim beş yüz fülorim vardır.

- Gətir, - dedilər.

Dərhal dərviş beş yüz füloricığını saydı, verdi. Aldılar. Ona: «Gecə gələrsən», - dedilər.
Məgər kim Dilaramın adəti bu idi kim, bir gecə söhbət üçün beş yüz fülori alırdı. Amma iki yüzünü yenə ol gecə xərc edərdi. Əvvəli bir söhbət adı verərdi. O gecə söhbətin görən beş yüz fülori varsa, daha verərdi, «Bir daha söhbət edəyim», - deyə.

Çün dərvişin beş yüz füloriyasını aldılar, iki yüz fülori dərhal xərc etdilər, dərviş üçün söhbət yarağın gördülər. Dərvişə: «Gecə gələrsən», - dedilər.

Çün gecə oldu, xoş yeməklər, ne’mətlər hazır oldu. Dilaram daha kəndüzünü dürlü-dürlü bəzəklər ilə bəzəmiş çıxa gəldi. Sanasan kim bir bədr ay bulud içindən çıxa. Dərvişin dizin basa oturdu. Dərviş dilədi kim, Dilaramın boynuna qolunu sala. Çün dərviş Dilarama qolun uzatdı, divar yarıldı, bir əl çıxdı, dərvişə bir şillə vurdu. Dərviş təpəsi üzərinə yıxıldı. Dərvişin ağzını köpük bağladı. Bir az tələbidi, yatdı, kəndindən getdi. Bir azdan dərviş yenə kəndinə gəldi. Dilaram qayət qorxuya düşdü, aydır:
- Dərviş, nə oldun?

Dərviş aydır:
- Sənə əlim sındığım saət divar yarıldı, şeyximin əli zahir oldu, mənə bir şillə vurdu. Bir az daha olsa, canım verərdim, - dedi. Ol füloricigim sənə halal olsun, mənə yol verim gedim, - dedi. Duru gəldi.

Yol göstərdilər, beş yüz fülorisini yenə əlinə verdilər. Ol xatun daha qayət qorxdu. «Bu cəmi cariyələrim həp azad olsun», - dedi. «Cəmi malım həp şeyxin olsun», - dedi. «Tövbə olsun bir daha bunun gibi şər’ə müxalif iş etməm», - dedi.

Dərviş getdi. Ol xatun daha nəyə malik idisə, həp satdı. Füloriya verdi, aldı şeyxə gətirdi. Şeyxin əlin tutdu, tövbə eylədi.

Dərviş daha ol padşah verdigi beş yüz fülori və şeyxə verilən min füloriyanı gətirdi şeyxin hüzurunda qoydu.

Şeyx ayıtdı:
- Dərviş, gördünmü mühibb necədir və necə olurmuş? Salamın almağa beş yüz fülori şükrana verdi və şeyxə daha salam göndərdigi üçün min fülori göndərdi. Və şeyx daha necə olurmuş, gördünmü? Müridinə şər’ə müxalif iş işlətmədi. Bir aylıq yoldan şilləsin irişdirdi. Mürid daha sənsən kim, şeyxin şilləsin yedin. Ol yaramaz işdən qorxdun, şənk gibi cəmilə xatundan keçdin. Və sənin qorxun və şeyxin gerçəkligi və mühibb padşahın sidqi yetişdi şənk gibi müfsid xatunu tövbəyə gətirdi, fisqindən usandırdı. İndi sən daha gerçək müridsən. Zinhar hər işini şeyxə danış və şeyx nə buyursa, elə et. Gör kim dünya, axirət səadəti sənə necə qarşı gəlir.

TƏHQİQİ – ŞEYX SƏFİ HƏZRƏTLƏRİ

Şöylə bilgil kim, bu şeyxlər hər iş kim işlərlər, həqq dəsturunsuz işləməzlər.
Ey əziz! Neçə nəsnələr vardır kim, talib onu xeyir sanır, amma şərdir. Və necə nəsnələr vardır kim, talib onu şər sanır, amma xeyirdir.

Pəs kişi hər işini bir işarət əhlinə məşvərət etmək xeyirlidir.

Bunu bildikdən sonra bunu daha bilgil kim, müridligin bir ədəbi daha şeyx sevdigini sevib və şeyx sevəmdigini sevməməkdir. Əgər ol şeyx diləmədigi kişi müridin atası, anası, oğlu, qızı daha olarsa. Çün şeyx rədd etdi, mürid daha rədd etmək gərəkdir.

Pəs şeyxin qəbulu muridin qəbulu gərək. Və şeyxin rəddi müridin daha rəddi gərəkdir.

İndi ey əziz! Bunca ayat və əxbar və dəlayil birlə təriq-i təriqət bildinsə, yə’ni iradət-i kamili bildinsə, yə’ni muridligin şərtlərini, ədəblərini bildinsə, cəhd elə şeyx-i aləm xidmətinə, hörmət və tə’zim dilə, mülazim ol. Ol şeyxin könlünü ələ gətirmək ardınca ol. Hərgiz qil-ü qal eyləmə. Gərəkməz nəsnələri şeyxə sormağıl. Həzrət Musaya «Fəla təsəlni an şeyin» («Elə isə məndən heç bir şey haqqında soruşma», «Kəhf» surəsi, 70-ci ayə) dedigi ədəbi saxlağıl, ta ki ustadın və şeyxin xatiri sənə məlul olmaya. Nəsibsiz, məhrum, növmid qalmayasan.

Uşda müridligin qayət gərəklisi degildir. Haçan bu şərtlər ilə və bu ədəblər ilə bir şeyxə mürid olasan, kim ol şeyx daha gerçək şeyx olsa, şol yuxarı dedigim gibi, pəs onun gibi şeyx sənin həqqin zaye’ eyləməz, səni tərbiyət edər. Səndən nəsnə olmaz. Və əgər bu ədəblərdən və bu şərtlərdən fariq olub mücərrəd bir şeyxdən tövbə edib daha qolayına üz vursan, vəqtha yer-göy durduqca şeyxin söhbətinə gəlib, yenə varıb kəndi işində – gücündə olub ölürsən, mürid-i kazibsən, kəndi muradına mürid olub yerirsən. Şeytan gibi əgər yer ilə göy arası dopdolu mürşid-i kamil olursa, səni bir adam yer /inə/ almayalar.

Pəs iradəti – kamil gərək, ta ki şeyxdən fayda tuta biləsən.

LÜĞƏT

Cəm’ – yığmaq, toplamaq; var-dövlət
Anca – o qədər
Sonrağı – sonrakı
Ayırtlaş – ayırlmış, ayrı
Gözətmək – fikir vermək
Üləşmək – bölmək, bölüşdürmək
Uğrağ – səyahət, gəzinti yeri
İlətdi – gətirdi, yaxınlaşdırdı
Məzbələ – zibillik, zibilxana
Sükük – sümük
Biqiyas – ölçüsüz, çox, həddindən artıq
Xəlayiq – xalq, camaat
Bizciləyin – bizim kimi, bizə bənzər
Hirs – tamah, acgözlük
Sunular – hədiyyələr
Çərb – buğda çörəyi
Yarınır – yolunu azır
Uslular – ağıllılar
Sufi – ipək və yundan düzəldilmiş parça
Kimxa – boz, dəyərsiz parça
Himar – uzunqulaq, eşşək
Binət – minik
Uçmaq – ölmək, dünyadan keçmək
Duzəx – cəhənnəm
Mütəlliq – bağlı, asılı, aid
Qina – sərvət, var-dövlət; zənginlik
Xirqə – bez və ya qumaş parçadan hazırlanmış üst geyim
Taət – itaət, boyun əymə
Məğbun – aldanmış
Məiyyət – böyük bir şəxsi müşaiyət edən adamlar
Şürb – araq və çaxır içmək
Sutadı – kəsildi, sustaldı, süst oldu
Hərir – ipək parça
Bəqa – daimi, əbədi
Qancaru – tərəf, səmt
Ətmək – çörək, ərzaq
Qığırmaq – səsləmək, də’vət etmək
Qatı – çox, ağır
Yalınçıqlıq – paltarsızlıq, lütlük
Çaxamaq – vurmaq, çırpmaq
Kəndi duru gəldi – ayıldı, özünə gəldi
İssiz – sahibsiz, yiyəsiz
Aldayıb – aldadıb, azdırıb
Ümniyə – arzu, istək, dilək
İyiməz – fayda, xeyir görməz
Yıltınalar – yaxınlaşar
Arta durur – artur, çoxalır
Yazı – çöl, düz, səhra
Əvan – pis adamlar
Everməli – evləndirməli
Cüstələmək – araşdırmaq, təhqiq etmək
Dəpləmək – hücum etmək
Yuvalanmaq – diyirlənmək, yuvarlanmaq
Salı vermək – boşlamaq, ötürmək
Sıdmaq – sındırmaq, qırmaq
İyə – sahib, yiyə
Ziyadə kələci cöyləmə – artıq söz demə, söyləmə
Tələbimək - çırpınmaq
Fəna – müvəqqəti
Timar – baxma; qulluq etmə, qayğısına qalma
Rənc – əzab, əziyyət
Us – ağıl
Mövla – sahib, yiyə, havadar
Ancılayan – onun kimi
Qülqülə – təşviş, narahatlıq; basabas, izdiham
Beytullah – Allahın evi
Riyazət – zahidlik, nəfsini öldürmək
İnayət – qayğı, kömək, hüsn-rəğbət
Təvaf – ziyarət vaxtı müqəddəs yerin ətrafına dolanmaq
Bir kərət – bir dəfə
Zəhi - çox, artıq; əhsən, afərin
Bixud – ixtiyarsız, özündə olmadan
Kəndi – özü
Təvəccöh – həsn-rəğbət, meyl; diqqət
Səkkiz uçmaq – cənnətin səkkiz bağı
Talib – tələb edən; təhsillə məşğul olan, tələbə
Höccət – dəlil, sübut
Qutlu – xoşbəxt
Məşayix-i kubra – böyük şeyxlər
Üqubət – cəza, əzab-əziyyət
Üzlət – güşənişinlik, təklik
İxtilat – yaxın əlaqə, qaynayıb-qarışma
İste’mal – işlətmə, istifadə
Rizq – azuqə, ruzi
Adab – qayda-qanun
Müshəf – Qur’an
Hicab – örtük, pərdə
Qülub-i övliya – övliyanın ürəyi, qəlbləri
Də’va – tələb, iddia
Məşrut – şərt edilmiş, şərtə görə tələb olunan
Gustax – arsız, sırtıq, utanmaz
Mütəhəyyir – heyrətə düşmüş, çaşmış
Dərbənd – dar keçid, boğaz; çığır, dağ yolu
Hərami – quldur
Dəprətmək – tərpətmək, yırğalamaq
İstimdad – imdad, yardım, kömək istəmək
Ənsə – baş
Cünbiş – hərəkət;zövq, əyləncə
Çəngi – oxuyan, oynayan, eyş-işrətlə məşğul olan
Təffərüc – qəm-qüssəni dağıtmaq; gəzinti,seyr
Şənk – gözəl, göyçək; oğru, quldur; mübaliğə etmək
Cəmilə – gözəl, yaraşıqlı
Müfsid – aravuran, fəsad törədən
Mülazim – lazımi, gərəkli; tərəfdar; bir şəxsi müşaiyət edən
Fariq – fərqləndirən, təvafüt qoyan, ayıran
Kəzzab – yalançı, yalan danışan


«KÖNÜL» RİSALƏSİ


«Qauğusuz» təxəllüsü ilə şiə Türklər arasında və qızılbaşlar, bəktaşilər və bu kimi təriqətlərə daxil çoxlu arif şairlər və mənqəbə toplayanlar olmuşdur. Təqdim etdiyimiz «Qayğusuzun könül risaləsi»ni bir «Qara Məcmuə» bölümü olaraq, mərhum Faxir İzin «Əski Türk ədəbiyyatında nəsr» əsərinin «Dini mətnlər» bölümündən aldıq. O mərhum bu əsəri Ankara ümumi kitabxanasının 169 saylı əlyazma Məcmuəsindən almışdır (səh. 10-127).

Bu əsərin əvvələrində risalənin adı «Qara Məcmuə» adlanır və gözəlcəsinə müraat-i nəzir sən’əti ilə əsərin adına işarə olunur. Buradan da sübut etmək olar ki, «Qara Məcmuə» müxtəlif müridlər tərəfindən yazılan «Ədəb-ərkan» kitablarına deyilirmiş və hamısı Şeyx Səfiyə mənsub və ya onun dilindən imişlər. Əslində də «Qara Məcmuə» Şeyx Səfiyəddin Ərdəbilli’nin öz tə’lifi olmalıdır, lakin onun əsas və əsil mətnini tapmaq hələlik mümkün olmamışdır.

«KÖNÜL» RİSALƏSİ
Şeyx Səfi/əddin Ərdəbili/ aydır: «Sözün əsli könüldür. Hər kim könül bəhrinə yol buldu, nə durr istərsə, dalıb çıxardı. Onlar kim surətə baxdı, qəflət ipin boynuna taxdı, taət xərmənin oda yaxdı, duxanı göylərə çıxdı. Zira könlü Həqq kəndi üçün yaratdı. «Hər kim məni istərsə, sınıq könüllər içrə bulsun», - dedi.

Hər kim könülə yol bulmadı və istədigi nəsnəni onda daha bulmadı, uçmağa daha girmədi, Padşah didarın daha görmədi.

Qafil olma! Könülə yol bulan kişiyə qul olan Məcnun degildir. Əgər ol səni qulluğa qəbul edərsə, zehi dövlət.

Pəs indi onun kim, könüldən xəbəri olmaya, qamışı şəkərdən ayırmış ola. Mən ona nə deyim? Ol nə anlaya? Zira öyüdü əhlinə demək gərəkdir. «Durru sədəfdə, nafəni ahuda görün», - demişlər.

Pəs indi nadana mə’rifəttulah demək şora toprağa toxum əkmək gibidir. Və mərkəb gərdanına cəvahir asmaq gibidir. Sağır önünə şəkər tökmək gibidir. Öyüd mö’minə dövlət, cahilə möhnət /dir/. Zira sirrullah Həqqin çərilərdir, bir könülə gircək, nə qədər nəsnə var isə, sorub çıxarar, möhnətləri əridər, ərləri şirmərd edər, şirmərdləri xürd edər, fərdləri əhl-i dərd edər, əhl-i dərdi şərbət edib safi edər.

Bu kəz «Və mən-dəxələhu kanə minən allah”» zümrəsinə daxil olub əmin olur. («Və ora daxil olan kəs əmin-amanlıqda olar», «Al-i İmran» surəsi, 97-ci ayə).

İndi sən daha könlünü əlinə al, elm-i rəbbani kitabından oxu, könül göyündə doğan dövlət ayını və səadət günəşini gör, ta gözündən qəflət hicabı gedib, Həqq kitabı rövşən ola. Qara tənindən ağ güllər açıla, vücudun qaranquluğundan aydınlıqlar saçıla.

«Qara Məcmuə»yi əlinə al, oxu, könlünün sarayı rövşən olub, oğrular ondan kəsilə, mələklər dola. Zira bu vücud bir dükandır, sənə kirayə verilmişdir, içində rəncbərlik edərsən. Bu dükanın küncündə gənc vardır. Dükan əlində ikən küncü qaz, gənci bul. Yoxsa və’də gəlicək səni dükandan çıxararlar və küncündə gənci bularlar. Ardınca baxa-baxa qalarsan.

Pəs indi vücudun mülkü ol zaman sənə müsəlləm olur kim, Süleyman gibi xatəmi nəfsin divi əlindən qurtarıb əmin olasan. Yoxsa xatəmi divin əlinə verdinsə, «xudapərəst» ikən «divpərəst» oldun.

MİSAL.

Məsələn, bir xatun bir kimsəyə nikahlı olsa, bir kimsə daha onu nikah edə bilməz. Yə’ni könül dünyaya tabe isə, onda Həqq təsərrüfü olmaz və əgər Həqqə tabesən, onda nəfs təsərrüfü olmaz.

Ərz bu kim, Talib-i həqq xudbinligi tərk etməyincə, xüdabin olmaz.

Sənə deyim, qardaş! Daha rövşəntər xəbər söylərəm. Bu kəz anlayasan, hərifimin, şərifimin könlünü mənə çevir. Könül gözü ilə bax və könül qulağı ilə dinlə və söyləyəni qav, söylədəni bax.

Əgər sənin gələ gözlündən sənə desəm halın pərişan olub, könlün haldan-hala dönər, məlul və məhzun olarsan. Və əgər deməsəm, neylim özündən xəbərin yox, nazənin ömri badə verdin, rüzgarın bu halla keçdi.

Sübh-i qiyamətdə səni kim uyxudan oya/dar/lar, bundakı canı bulamazsan, ol vəqt çün peşiman olursan, vücudun mülkü əlindən çıxar, fələkin çərxi, ol həsari yıxar, indi surət və mə’ni səndə ikən, nə üçün can mülkündən xəbər almıyasan?

«Məcməül-bəhreyn» özündə ikən və «Cam-i cəm» padşahı ikən, nə üçün dilənçi olursan, aləmin canı və məqsudu ikən nə üçün çakər-i tən olursan? Və əgər «səid» isən, sənə «fəna» donun çıxarıb «bəqa» kisvətin geydirərlər. Və əgər «şəqi» isən, «nur» donunu çıxarıb «nar» donunu geydirərlər. Dünyada ömrün nəyə sərf və karü kəsbin nəyə xərc eylədin? - deyərlər.

Cavab vermədinsə, gəl gör üqabı. Amma neylim halından xəbərin yox. Vücudun Sədd-i İskəndər olmuş, pənd və nəsihət kar eyləməz. Nə oldun sən daha hüşyar ol, mə’ada muqarin ol. Dərd hasil elə, dərmana irəsən. Ə’mayi – biar olma. Tapdığın tanrı degil, bütdür. Kə’bə arzusun qılarsan, amma könlün Lat və Mənat ilə dolmuşdur.
Zehi nadan! Kim Həqq istər və Ruhül-qüds tələb edər, Dəccal-i lə’indən ayrılmaz. Ol vaxt çox peşiman olur, amma fayda olmaya.

Pəs indi «Ruhül-qüds» mə’nasına irən nəhv və sərf lüğətini neylər? Çün külü odda buluna, bağı neylər? Əgər şəkər istər, misri neylər? Və əgər mişk-i xalis istər, Xəta və Xütəni neylər?

Anla kim «Ərəfə»yə girdilər, arif oldular. Onların gecəsi «qədr», gündüzü «eyd» olmuşdur. Onlara irən müqəllid ikən arif olur, arif ikən aşiq olur, aşiq ikən mə’şuq olur. Bundan iləri məqam olmaz. Buna «Məqam-i Mahmud» derlər ki, bunu ariflər bilər», - dedi.

Pəs indi bundan qərəz budur kim, haman Həqqi bunda ikən bul və həqiqət səndə ikən sən səni bil deməkdir. Zira hamı felin və hal və qalın məhşərdə əyan olacaqdır. Hər bir əməlin bunda qətrə ikən, onda dərya olacaqdır. Kiminə nurdan surət olar, kiminə nardan kisvət olar. Cümlə yaradılmış dilə gələr, söyləşərlər. Onları sən rövşən görərsən. Ol vaxt Həqq-i təalanı dolun ay gibi görərsən.

Onda kim Həqqin liqasın görərsən, mən nə deyim? Məstanəliklər qılarsan kim, dillər ilə vəsf olmaz. Anda tamaşa baqi, didar baqi, şərab və eyş baqi, rəbb saqi. «Səqahum rəbbuhum şərabən təhura». («Və Rəb-bləri onlara çox pak bir şərab içdirəcəkdir». «İnsan» surəsi, 21-ci ayə).

Ol şərabı Həqq öymüşdür, onu içən qəniy-yi mütləq olur. Daha nə cənnət üçün şad olar və nə cəhənnəm üçün xövf çəkər. Onda nə əql və nə idrak qalar. Məst, daha hur və qılman bu söhbətə sığmaz. Pəs indi sən ol daha badənuşun özünü gör, vüsali badəsindən nuş et, daha hər nə olursan qayırma. Yarın bir qıl sənə bir dağ gibi görünməyə.

Bu razı könlünün sandığında saxla, tul və diraz fikirləri qav. Məqam əhli və hal əhli ol, bu rəmzi anlaya/san/.

Həqdir ki, fürsətin əldə ikən qaya quşu gibi ömrünü lağlaq ilə keçirmə. Ə’ma gibi dəvə dəpməsini somun sunma.

Haman sən özün saldın, Həqq ilə oldun. Həqq daha özün sənə bildirir. Səni kənduyə məhbub edər, rəhmət suyuna bandırar. Bu kəz ol qul sevgili üzündən Həqqə naz edər, tifil gibi hər sözü Həqq qatında müqabil olar. Həqiqi qul ki derlər, ol kimsənə olur.

Pəs indi hər kəs yükündə nə olduğun bilər. Əgər müvəhhid isən, anladın, əmin oldun. Yox, mülhid isən, haman öz əlinlə özün toprağa göm. Zira müqəllidin havası səni gedərmişdir, daha müvəhhidlikdən xəbərin yoxdur. Hava və həvəs ilən orada ki, doldurmuşsan, boş dolumdan ağzına nə gələr, fır-fır sünlirsən. Çünki varlıq havası səni qablayıbdır. «Bilirəm!» - demə kim, Həqqin gümrahı olmıyasan. Zira müvəhhidlik qal ilə olmaz. Məcazi söz hal ilə olmaz və «bal» deməklə ağız bal olmaz. Dərvişlik şəmlə və şal ilə olmaz, əhl-i gülxən tac-i şahi uranmaz, hər ahunun göbəyində müşk olmaz, hər sədəfin arasında dürr olmaz. Hər qamışın içində şəkkər olmaz, hər qayanın suyu Zəmzəm olmaz.
Sən zahidlik edib quru yerə başın salıb dodağın dəbərdirsən, içərində və dışarıdakı riya əməlini xud Həqq bilər. Nə üçün mülhidligi müvəhhid surətində göstərirsən?
Bir neçə dərvişlər dedilər: «Midani, nəmidani?» Bilməziz, kim quş dilimi söylərsən? Türki söylə kim /eşidən/ anlasın».

Şeyx Səfi /əddin Ərdəbili/ həzrətləri ayıtdı: «Sənə bir rövşəntər xəbər söylərəm. Kəndü vəsf-i halımdır. Siz daha halınızı məndən qiyas eyləyin», - dedib ayıtdı: «Ey aqillər və ey kamillər! Və ey Həqqi kəndu vücudunda bilən əhl-i dillər! Murad nədir? Can və dildir. Anlayın və seyr edin və bu sözün həqiqətinə xub nəzər eyləyin kim, nə bəyan edər», - dedi.
Ol vaxt kim əncüm və əflak yox idi, ənasir-i təbayedən bir nəsnə vücuda gəlməmişdi. Biz daha Adəm kisvətin görməyib və geyməyib Sultan vücudunda bir can idik. Təqdir işin belə işlərdik. Ol qədim-i layəzal dilədi kim, gizli gəncin aşkar edə, kəndusunu tamaşa edə, təcəlla eylədi zatına, zatı bilinsin deyə.

Əsma /və/ sifatı kəndusi kəndusinə naz eylədi. «Kaf» və «nun»a urdu bir saz eylədi. Bu kəz «kaf» və «nun» arasında bu karxanəni bünyad eylədi. Cümlə yaradılmış əskiksiz yerl-i yerində qərar tutdu. Padişah-i aləm haman karxana içrə sirr oldu. Daha kimsənə nişan verə bilmədi. Bizə daha Adəm donun xəl’ət verdi. Canımıza əmr etdi ki, ədəmdən aləmə gəldik. Çün mənə daha növbət gəldi. Adəm donun geyib, bu mülkü seyranə gəldim. Bir nəsnədən xəbərim yox idi.

Çün çərisinə tuş oldum, ayıq ikən sərxoş oldum və xoşhal ikən kəm mə’aş oldum. Doğru ikən qəllaş oldum, nihan ikən aləmə faş oldum.

Əlqissə, Xaliqin əmri məni kuzəgər palçığı gibi dövranın çərxi üzərinə qoyub dolab gibi döndərdi. Gah məni kuzə düzdü, gah bozudu kasə düzdü. Gah saraylarda kərpic eylədi, gah ayaqlar altında hiç eylədi. Gah gül etdi başə çıxdım, gah kül etdi xakə düşdüm. Gah xəlq icrə əziz eylədi, gah insan, gah heyvan eylədi. Gah nəbat və gah mə’dən eylədi, gah şah və gah gəda eylədi, gah xiş və gah yad eylədi.

Gah gəzindim yatdım, gah xəzinəyə batdım. Gah qul olub satıldım, gah dəllal olub satdım. Gah oynayıb utdum, gah bilməyib utuzdum. Gah hakim eylədi, gah həkim eylədi, gah qəzzaz eylədi, gah bəzzaz eylədi. Gah əttar, gah həllac eylədi. Gah bir pər, gah zərgər eylədi.

Gah işçi, gah başçı eylədi, gah dəmirçi eylədi. Gah məni Şərqə ilətdi, gah Qərbə. Gah dəryada mahi eylədi, gah dağlarda ahu eylədi. Gah avçı etdi ov ovladım, gah məni av eyləyib avlatdı.

Gah oxudum alim oldum, gah ümmi eylədi nə oldum.

Əlqissə, dünyada bir surət qalmadı ki, etmədim. Gah şagird etdi öyrəndim, gah ustad etdi öyrətdim. Gah məni ana, ya ata eylədi, gah məni tifil edib onlara bəslətdi, gah onları tifil edib mənə bəslətdi.

Və əlhasil, başınızı ağrıdayım, neçə min kərə ata belindən ana rəhəminə, neçə min kərə ana rəhəmindən cəhanə gəldim. Neçə min kərə yağmur olub yerə yağdım. Neçə min kərə gah çərəndə, gah pərəndə oldum. Neçə min kərə küfr və imanə qarışdım. Neçə min kərə kah zülmata və gah aydınlığı düşdüm. Neçə min kərə dürlü cənazələrə qarışdım, neçə min kərə dürlü xəl’ətlər geyib, neçə min kərə dürlü yaxalardan baş göstərdim. Neçə min kərə ellər, aşinalar gözətdim. Neçə min isimlər və ləqəblərə urundum.

Əlhasil-i kəlam, bu nəfs əskəri məni köçdən-köçə və qabdan-qaba boşaltdı. Şəhərbəşəhər, qəryəbəqəryə, dərbədər gəzdirdi kim, dil ilə əyan və qələm ilə bəyan olmaz. «Şenidən key bovəd manənde didən» /Tərcuməsi: «Yüz eşitməkdən bir görmək yaxşıdır» (hərfən: Eşitmək görmək kimi ola bilərmi?!) – Fars atalar sözü! – red/.

Pəs indi eşidəni qav, görəndən xəbər al. Əlbəttə, bir gün sən də görərsən. Keçən halları ki, hey güləsən. Hələ söz çox. Bu nəfs əskərinə kim duş olurdum, nalan və giryan olub, hərgah təzərrö və zarlıq edirdim, bir kimsə mənə rəhm etməzdi. Neçə zamanlar keçərdi, dövranlar dönərdi. Neyləyib nə edəcəyimi bilməzdim. Heyran və sərgərdan qalmış idim.

Yenə bir gün atımı at eyləmiş idim, əgnimi don. Haman qulağıma bir səda gəldi ki:
- Yetər! Gəl, qon!

Sankim yox idim, var oldum.

Əlqissə, anadan doğub şirxar oldum, tifil oldum, baliğ oldum, igid oldum, pir olum. Nagah bir gün ruh aşinalarına duş oldum. Halımdan xəbər sordular. Dedilər:

- Dərviş, əgri otur, doğru söylə. Az söylə, öz söylə. Çox söz baş ağrıdar.

Mən ayıtdım:
- Namərddir ol kişi kim, bilmədigi sözü söyləyə. Mən alim degiləm elmim ola, vəli degiləm kəramətim ola.

Qarpız gibi yığın yumru sözün top düzüb ərənlər meydanına qavdım. Gördigim mənzillərdən nişan verdim. Arif bildi ki, nə dedim. Nadan özün xəyalda qavdı.
Anlayana bir kitab sözdür, anlamayana min söz daha desən, nə fayda. Söz çox, hər sözü söyləmək olmaz. Söz var xəlq içində, /söz var xülq içində/.

Pəs indi bu sözlərdən qərəz budur kim, sən daha könlünü cəm’ elə, əql-i mə’adə müqarin ol. Dünyaya ilişmə, sonun fikir elə.

Sultan Şeyx Səfi/əddin Ərdəbili/ - qəddəsə sirruhu – sözləri buyurdu. Buyuruq buyurdu, intəha bulmadı.

LÜĞƏT

Bəhr – dərya, dəniz
Taət – itaət, boyun əymə
Duxan – tüstü
Uçmaq – dünyadan köçmək; cənnət
Zehi – artıq, çox; afərin, əhsən
Nafə – göbək
Mərkəb – minik heyvanı
Çəri – əskər
Xürd – kiçik, balaca
Safi – qəlbi təmiz, düz
Qaranqu – qaranlıq
Rəncbər – zəhmətkeş, əkinçi
Gənc – xəzinə
Müslim – itaət edən, müsəlman
Xatəm – üzük
Təsərrüf – yiyələnmə, zəbt etmə; qənaətlə işlətmə
Xudbin – burada Allaha inanmayan mə’nasında; özündən razı
Xudabin – Allahı tanıyan, Allaha inanan
Rövşəntər – daha ışıqlı, daha aydın
Bir kəz – bir dəfə
Çakərtən – nökər kimi, nökər bədənli
Kisvət – paltar, qiyafə; zahiri görkəm
Nar – od, atəş
Nur – ışıq
Üqab – qartal, qaraquş
Üqba – axirət, o dünya
Pənd – nəsihət
Mə’ad – qayıtma, qayıdış yeri; axirət
Müqərrər – iqrar olunmuş; söylənilmiş, qərarlaşdırılmış
Ə’ma – kor
Dəccal – şeytan
Müqəllid – təqlid edən, oxşadan; saxtakar
Raz – sirr
Tul – qaranlıq; uzun
Diraz – uzun
Mülhid – Allaha inanmayan, dinsiz
Gümrah – yol azmış, doğru yoldan çıxmış
Müvəhhid – Allaha inanan, dindar
Əncam – son, nəhayət, aqibət
Əflak – fələklər, köy cismləri
Layəzal – həmişəlik, əbədi
Təcəlla – əyan olma, təzahür etmə, zahir olma
Ədəm – yoxluq, heçlik
Məaş – yaşayış, dolanacaq; yaşayış vasitəsi
Qəllaş – ədəbsiz, hiyləgər; dərbədər
Qəzzaz – ipək parça toxuyan, ipəkçi
Bəzzaz – arşın malı satan təcir
Əttar – ətir satan
Ümmi – savadsız, oxumamış
Əlqissə – qısası, xülasə
Ana rəhəmi – ana bətni
Təzərrö – itaətkarlıq, boyun əymə; yalvarma, yalvarıb – yaxarma
Vəli – hami, himayəçi; qəyyum
İntəha – son, nəhayət
Dəpmə – təpik
Somun – tam, bütün
Sunma – zənn etmə


SƏFVƏT ÜS – SƏFA

İbn Bəzzaz Ərdəbili ləqəbi ilə tanınan Ərdəbilli Bəzzaz İsmayıl oğlu Təvəkkül Sultan Şeyx Səfi Ərdəbilli’nin oğlu Şeyx Sədrəddin Ərdəbilli’nin əmri ilə «Qara Məcmuə» kitabından istifadə edərək Fars dilində «Səfvət üs-səfa» adlı əsər yazır. O, bu əsərin tə’lifində «Qara Məcmuə»dən əlavə, Şeyx Sədrəddin və başqa ariflərin dilindən nəql olan hekayələri gətirir. Həm də özünün cavanlığında Şeyx Səfini görmüş olduğu üçün, çalışır ki, aldığı şifahi qeydləri və Türkçə rəvayətləri və habelə yazılı Türkçə mətnləri diqqətlə Fars dilinə çevirsin. O, kitabını hicri 760-ci ildə (miladı 1359) qurtarmışdır və tezliklə Farsça oxuyanların istifadəsi üçün bir çox nüsxələr yazılmışdır.

İbn Bəzzaz Ərdəbilli’nin «Səfvət üs-səfa» əsəri Farsça yazılan «Təzkirət ül–övliya», «Əsrar üt-tövhid» və «Mənaqib ül–arifin» kimi əsərlərə bənzəmir. «Səfvət üs-səfa»nın quruluşu, bablara bölünməsi və nəsr şivəsi tamamilə bunlardan fərqlidir. Onun da səbəbi aydındır: İbn Bəzzaz Türkçə yazılan «Qara məcmüə»ni və şifahi rəvayət olunan Türkçə xatirələri tərcümə edir. Əsəri tam Türkçə «Fütüvvətnamə»lər və «Mənqəbə»lər əsasında qurmuşdur.

Dediyimiz kimi, İbn Bəzzaz Şeyx haqqındakı rəvayətləri və mənqəbələri bir çox yerdə Şeyx Sədrəddin’in dilindən nəql edir. Şeyx Sədrəddin Musa Şeyx Səfi’nin böyük oğlu və onun məsnəd canişini idi. O, 704 hicri (miladi 1304) ilində dünyaya gəlmiş və 794-də (miladi 1392) vəfat etmişdir. Ərdəbildə yerləşən «Şeyx Səfi büq’əsi»nin əsas binasını o tikdirmişdir, özü də atasının məzarı yanında dəfn edilmişdir.

Şeyx Sədrəddin alim, müfəssir və şair idi. Onun da Şah İsmayıl Xətayi kimi Türkçə divanı vardır. Qızılbaşların ilk quruluşu da ona mənsubdur.

İbn Bəzzazın rəvayətinə görə, o, Əmir Teymur ilə görüşmüş və ondan çox hörmət görmüşdür və ona yardım etmə üçün bütün mürid-lərinə əmr etmişdir.

Əmir Teymur Şeyx Sədrəddin’in oğlu Xacə Əli Siyahpuş’un hörmətini də saxlayırdı və Ərdəbil şəhərinə girəndə onun ziyarətinə getmiş və Qızılbaşlardan himayət görmüşdür (Bu mövzudakı sənədləri Ağa-yi Baba Səfəri kitabının 73-cü səhifəsində zikr edir. Oraya baxın – H.D./.

Ədəbi qaynaqlarda Xacə Əli Siyahpuş’un da Türkçə divanından ad aparılır. Əmir Teymur’un oğlu Mirzə Şahrux da öz atası kimi ona hörmət edirmiş. Tarixi qaynaqlarda onun 823-ci ildə (miladi tarixi ilə 1420-ci il) Ərdəbil şəhərinə gəlməsindən belə yad edilir: «Be ziyarət-e Şeyx ül – məşayix Səfiyəddin – qüddəsə sirruhu rəft və be bərəkət-e söhbət-e Şeyx Əlaəddin Xace Əli – səlləməhullah este’ad yaft və…». / Tərcüməsi: «Şeyxlər Şeyxi Səfiyəddini – qəbri nurla dolsun! – ziyarət etməyə getdi və Şeyx Əlaəddin Xacə Əli’nin – ona Allahın salamı olsun! – söhbətinin bərəkətindən doymaq bilmədi və …»/.

Xülasə, İbn Bəzzaz yazdığı «Səfvət üs-səfa» əsərinin rəvayətlərini Şeyx Sədrəddin dilindən nəql edir. Biz həmin əsərin bir Türkçə çevirisindən «Qara Məcmuə» kitabımızda nümunələr nəql edirik.

İbn Bəzzazın kitabının əhəmiyyəti oradan mə’lum olur ki, Səfəviyyə haqqında tarix yazanların hamısı öz mə’lumatlarını, Şeyx Səfi və Səfəviyyənin mənşə və başlanğıcı məsələsində bu əsərdən alıb toplamışlar.

Həmin kitabda Ərdəbil haqqında, bu şəhərin mədəniyyəti, dili, folkloru, alimləri, arifləri, əxilləri, pəhləvanları, xanəndələri, qəvvaları və adi kəsəbəsi mövzusunda çoxlu mə’lumat əldə edə bilirik. Misal üçün: Əxi Bala, Əxi Fərəc Zəncani, Əbdül Qəvval, Pəhləvan Hacı Xəlil və s.

Habelə Ərdəbil şəhərinin cəvahirsatanları, başmaqçıları, çörəkçiləri, aşçıları, dəmirçiləri, ipəkçiləri və başqa məişət işləri sahibləri və hətta şəhərin darvazaları haqqında bilgilər ala bilərik.

Nəşr etdiyimiz çeviri Tehranda, Məlik kitabxanasında saxlanılan 3608 saylı əlyazmadan alınmışdır.

«Səfvət üs-səfa»nın Farsça mətni bir dəfə Mirzə Əhməd Təbrizi xətti ilə 1303-cü ildə nəşr edilmişdir. Yaxın illərdə Tehranda qarmaqarışıq və təhqiq edilməmiş naqis bir nəşr də buraxıldı. Bizim təqdim etdiyimiz Türkçə mətnin yardımı ilə bu naqis Farsça nəşrin səhvlərini düzəltmək olar («Səfvət üs-səfa». Be təshih-e- Qulamrza Təbatəbai. Enteşarat-e zəryab, Tehran, 1375).

BİSMİLLAH İR–RƏHMAN İR–RƏHİM

MÜQƏDDİMƏ

Şükr və sipas-i bihədd şol padşahlar padşahına olsun ki, ənva-i kainatı xəlq etdi.

Və səna–yi biədd ol Ləmyəzələ olsun ki, əsnaf-i məxluqatı aləm-i ədəmdən aləm-i vücuda gətirdi.

Və dəxi çox-çox şükürlər ol padşaha olsun ki, sair-i məxluqat ortasından zat-i insanı təxsis etdi.

Və dəxi çox sələvat-i zakiyat ol Seyyid-i kainata və xulase-yi mövcudata olsun ki, Məhəmməd-i Mustafa-əleyhissalamdır, dəxi mə-b’us-dur şəraye-i əhkam-i İslamı bəyan etmək üçün və əhkamı möhkəm qılmaq üçün.

Dəxi anın əhl və övladına olsun ki, təyyiblər və tahirlərdirlər.

Qalə-n-nəbiyyu səlləllahu əleyhi və alih: «Əl-imanu yənfəridu səb’ unə babən ədnaha əmazəhul-əl-əza ən-i t-təriqi və ə’laha şəhadətun ən la ilahə illəlah» /Tərcüməsi: Peyğəbmbər-səlləllahu əleyh və səlləm – demişdir: «İman yetmiş baba (bölümə) ayrılır. Onların ən aşağısı yoldan əngəli yox etmək (götürmək), ən yuxarısı isə Allahdan başqa Tanrı yoxdur şəhadətini deməkdir».//

Yə’ni kəmtəri – iman dünyayı tərk eyləməkdir və ə’lası «La ilahə illəllah» deməkdir.

AMMA SONRA

Bu zəif-i nəhif-i fəqirdən bə’zi əshablar iltimas etdilər kim, sultan ül-övliya və bürhan ül-ətqiya Şeyx Səfiyəddin-qüddəsə sirrəhunun mənaqibini. Türkiyə /yazım/.., ta ki fadəsi amm ola.

Bu bənde-yi zəif dəxi anların hacətləri bitsin deyü, bu işə təvəccöh etdim ta kim, ol mənaqibi təshil edəm və bə”zi əbyat ki, anların ibarətlərini tövcih edəm və üləma-yi zahirin sözlərini münasibətlə nəql edəm, inşaallah-təala.

Amma ümidvaram ki, hər kim süləhadan və salikindən bu intihalı məcalis-i şəriflərində oxusalar, bu kəminə/ni/ dua-yi xeyrdən unutmayalar.

BAB – 1

SULTAN ŞEYX SƏFİƏDDİN- QƏDDƏSƏ SİRRUHUNUN KƏLAMATINDAN VƏ TƏHQİQLƏRİNDƏNDİR. ŞEYX SƏDRƏDDİN RƏVAYƏTİ İLƏ OLAN SUAL – CAVABLAR

–1–
Şeyx buyurmuşdur, Sultan Şeyx Sədrəddin rəvayətilə – qəddəsəllah sirruhumaül-əziz-sual etdilər işbu ayətdən ki: «Əla innə əvliya – əllah ila xəvfun ələyhim və la hum yəhzənun». /Tərcüməsi: Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. «Yunus» surəsi, 62-ci ayə/.

Və bu hədisdən ki, həzrət Rəsul-səlləlahu əleyhi və alihi və səlləm – buyurmuşdur: «Əl muxlisinə əla xətərin əzim». /Tərcüməsi: Sadiq bəndələr böyük xətər üzərindəndirər./
Yə’ni bu ikisinin ortasında müxalifət vardır, birində qorxu yox deməklə və birində qorxu var deməklə.

Şeyx-qəddəsəllah sirruhu-cavab buyurdu ki: «Əl muxlisinə əla xətərin əzim» şunlar həqqindədir ki, nəfsin əlayiqin kəsmiş olalar və andan xilas bulmuş olalar, leykən xətərdə olalar nəfsin məkrlərindən və hiylələrindən, qorxuda olalar şundan ki, ömür vəfa etməyə ta ki, əsl mətlubə yetişələr.

Məsələn, şol kimsə gibi ki, həccə qəsd eylədi. Əgər ol kimsəni əhl-i beyti və oğlanları mən’ etsələr, anların sözün eşitsə, ol kimsə məqsuduna irməz. Və əgər bu məvaneyə müqəyyəd olmasa, ol məqsuda yüz duta və Məkkə yoluna qədəm basa, bu əlayiqdən xilas bulur. Leykən yol kəsicilər və həramilərdən əmin olmaz və ya şundan ki, yolunda xəstə ola və ömür vəfa etməyə və ya şundan ki, zad-i rah ilə ta Məkkəyə varınca kifayət əmin olmaz xətərdədir, madam ki, yoldadır. Və çünki Kə’bəyə yetişdi, bu qorxular və xətələrdən əmin oldu, bu mübtədi halıdır.

Beyt:

Biyabani ke xunxar-o-xətərnak əst narəfte
Hərim-e Kə’be nadide, koca imən təvan budən?

Tərcüməsi:
Keçilməmiş qorxulu və təhlükəli /görünən/ biyabanda
Kə’bə evini görmədən necə rahat olmaq olar?!

Mə’nisi budur ki, yolda ki hərami ola, ol yolda bunca xövf və xətər var ola və ol mənzilə yetməyən kimsə bunca xövfdə olur.

Amma əhval-i batində çün sufi qeyd-i nəfsdən və anın əlayiqindən xilas buldu və əlayiq-i nəfsani və şeytaniyi qət’ etdi və qədəmini sirat-i müstəqim, yə’ni doğru yola qoydu və ayatə müvafiqət etdi ki: «Və innə haza siratən müstəqimən-fəttəb-i u’hu»dur. Və ol sufiyə sair yollarından ki şeytan yollarıdır: «Və la təttəbi’us-subulə fətəfərrəqə bikum ən-səbilihi», - buyurmuşdur xövf vardır. /Tərcüməsi: Bu, şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. «Əl-Ən’am» surəsi, 153-cü ayə./

Ən Əbdullah bin Məs’ud qalə: «Xətə ləna Rəsuləllah xətə qalə haza səbilullahi summə xəttə xütutən ən yəminihi və şimalihi və qalə haza səbuli əla kulli səbili minha şiytani yədu iləyhi və qərra və in haza siratun müstəqimə təttəbi’hu vəla təttəbiu’hu lissəbilu fətfəriqu bikum ən səbilihi».

Yə’ni bu hədisin mə’nisi budur ki, Abdullah bin Məs’ud aydır: «Bir gün həzrət Rəsul-səlləlahu əleyh və alihi və səlləm – yerdə bir doğru xətt çəkdi və ayıtdı: «Uşbu Allah yoludur». Və andan sonra ol xəttin iki yanında çox xətlər çəkdi və ayıtdı: «Uş bunlar dəxi yollardır və bu yolların hər birisində bir şeytan vardır ki, talibi ol yola qilavuzlar», - və oxudu: «İnnə haza siratən müstəqimən – fəttəbi – u’hu».

Yə’ni ol çəkdiyim doğru yoldur, ana mütabiət edin: «Və la təttəbi’ us-subulə fətəfərrəqə bikum ən-səbilihi». Yə’ni «Ol sonra çəkdiyim yollar şeytan yollarıdır, ana mütabi’ət etməyin».

Pəs Sultan Şeyx Səfi bu beyti buyurdu:
Əz rəhe dərzaveye La ta be dare molke şah,
Səd hezar-o həftsəd-o-həftad rah-o-rəhzən əst.

Tərcüməsi: «La darvazasından şahın mülkünün qapısına qədər,
Yüz min yeddi yüz yetmiş yol və yolkəsən vardır».

Bu beytin mə’nisini nəzər-i əql ilə təhqiq etmək mümkün degildir. Amma zahir mə’nisi bu ola ki: «Lanın dərvazəsindən ta şahın mülkü evinə dəgin yüz min, dəxi yeddi yüz yetmiş yol vardır və hər yolda bir hərami vardır».

Ol ki «La dərvazasından şahın mülki evinə dəgin»” dedigi şu ola ki, məsələn talib ki, kəlme-yi tövhidi deməgə başladı ki, mürəkkəbdir nəfy ilə isbatdan. «La dərvazası» dedigi nəf-yi masəvallah ola, «şah» dedigindən murad bar-i təala ola, «şahın darülmülk»/ü/ dedigi isbat ola.

Mahəsəl bu ola ki, «nəfy»dən isbatə varınca yüz min dəxi yeddi yüz yetmiş yoldur və yolkəsici. Və hər yolda bir hərami vardır. Və nə qədər ki, salik yoldadır, xövfdə və xətərdədir, ta məqsudi – vüsalə yetişincə.

Amma ki, salik qədəmi hərəm-i vüsaldə qoydu ki «Və ənnə ilə rəbbikəl müntəha» («Həqiqətən axır dönüm sənin Rəbbinədir» - «Nəcm» surəsi, 42-ci ayə) əmin oldu cəmi xövfdən və xətərdən. «Və mən dəxələ kanə aminən», yə’ni hər kimsə ki, daxil oldu, girdi, əmin oldu. («Al-i İmran» surəsinin 97-ci ayəsinə işarə olunur).

Və ol yollar ki, anda şeytan olurdu, ol yollardan xilas buldu və «Əla innə əvliya – ’əllahi la xəvfun’ ələyhim və la hum yəhzənun» / «Yunus» surəsi, 62-ci ayə. Tərcüməsi: Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər/ onlar həqqindədir.

Amma xöfv və xətər anların könlündən gedər, dünyanın və dünyada nə var isə anın və axirətin xövfü və xətəridir.

Amma Həqq-i təalanın xövf və xəşyəti anın könlündə dəxi ziyadə olur və nə qədər ki, talibə mə’rifətullah ziyadə olur, Həqq-i təaladan xövf və xəşyət dəxi ziyadə olur.
Şöylə Rəsul həzrəti buyurmuşdur: «İnni la əlləmuhum billah və əşədduhum ləhum xəşyətəhu» Yə’ni: bedürüsti və rasti, əlbəttə, danatərəm Allah-təala mə’rifətinə sizdən. Və dəxi bu mə’nidən müqərrərdir ki, hər kimdə ki, mə’rifəti – xuda artıqdır. Allah taəti daha artıqdır.

Və bu hədisi Həzrət-i risalətpənahi - səlləllahu əleyh və alihi və səlləm-kəndündən qorxusun ziyadə edükən bildirir.

Əgər Həqq-i təaladan xövfü olmasa, ol kimsə ziyankar olar.

Nəüzübillah «Fəla yə’mənu məkrəl-lahi illəl-qəvmul – xasirun». /Tərcüməsi: Allahın onları dolaşdırmayınca özlərinə zərər eylə-yən-lərdən başqa heç kəs arxayın ola bilməz. («Əl-Ə’raf» surəsi, 99-cü ayə).

Yəni Allahın məkrindən əmin olmaz illa, illa zəlalət əhli. Yə’ni həqq yolundan azmışlar.

-2-
Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «Fəmən kanə yərcu liqa – ’ə rəbbihi fəl-yə’-məl ’əmələn salihən». / Tərcüməsi: Kim ki Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün. «Əl-Kəhf» surəsi, 110-cü ayə./

Bu ayətin mə’nisi budur ki, hər kimsə ki Həqq-i təalanın didarın tələb edər, əməl-i saleh işləsin. Ol əməl-i saleh ki, bar-i təalanın didarın görməgə səbəbdir.

«Ol necə əməldir?», - dedilər.

Şeyx qəddəsə sirruhu cavab buyurdu ki: «Əməli – saleh iki növdür; birisi zahir-i suridir, birisi batin-i mə’nəvidir.

Əməl-i saleh-i zahiri oldur ki, fərzləri və sünnətləri və şəriətin ədəbini yerinə gətürə və Allahın qullarından kimsəni incitməyə və andan bir fe’l sadir olmaya ki, xəlayiqin nəfsinə və malına andan ziyan gələ və andan dininə ziyan edər fəsad gəlməyə.

Bu əməl-i salehdir zahir-i suri.

Amma səlahiyyət-i batin-i mə’nəvi oldur ki, qəlbin nəfsin fəsadından səlahə gətürə. Və şol hicab ki, saliki mətlubə vasil olmaqdan mən’ edər, ol nəfsdir. Çün salik hicabını ortadan götürə və könlü ayinəsin pak edə, lacərəm Həqq-i təalanın didarın müşahidə etməyə ümidvar ola.

Beyt:

Əgər əndər şəbestane vosalət can hecab ayəd,
Be canət kin hecabe can ze pişe xiş bərdarəm.

Tərcüməsi:
Əgər sənin vüsal gecəndə can hicaba (maneəyə) çevrilsə,
Canına and olsun ki, bu can hicabını qarşımdan götürərəm.

Bu beytin mə’nisi budur ki, «Əgər sənin vüsalın gecələrində can hicab olursa, sənin canın həqqi üçün ki, bu can hicabını ortadan götürrəm».

- 3 -
Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «Və in tubdu ma fi ənfusikum au tuxfihu yuhasibkum-bihillahu» /Tərcüməsi: Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. «Əl-Bəqərə» surəsi, 284-cü ayə./

Və şol hədisdən ki, «Səhih»/də/ rəvayət olunubdur həzrət Rəsuldan səlləlahu – əleyh və alihi və səlləm: «İnnəllahə təcavəzə ən ümməti ma vəsvəsət suduruha ma ləm təəlləm bihi au bitəkəlləm».

Yə’ni ayətin mə’nası budur ki, nəfsdə bir nəsnə elə ola gərəksə aşkara və gərəksə gizlü olsun, Həqq-i təala ani hesab edər.

Və hədisdən mə’lum olan oldur ki, nəfsdə ola daxili əmələ gətürməsə və yaxud dilinə gətürməsə, yə’ni ixfa etsə, izhar etməsə, Həqq-i təala andan keçər.

«Pəs iki nəsnənin ortasında müxalifət bulundu», - dedilər.

Şeyx həzrəti cavab buyurdu ki: «Xəlayiq iki növdür: biri əbrar və biri müqərrəblərdir. Əgər əbrar könüllərindən keçürsələr, amma qövlə və fe’lə gətürməsələr, zahir-i şər’i riayət etsələr, Həqq-i təala anı anlardan hesab etməyə».

Hədis anların həqqində ola ki: «İnnəllahə təcəvəzə ən umməti».

Amma müqərrəblər Həqq-i təalanın mə’rifətin hasil etmişlərdir, könüllərinə masəva gətürsələr, əzabi – bə’d ilə müəzzəb olurlar.Yə’ni Həqq-i təaladan iraq olmaq əzab ilə müəzzəb olurlar. «Yuhasibkum bihi illah» anların həqqindədir.

Beyt:

Gətürsə könlünə qeyri müqərrəb,
Əzabı bə’d ilə olur müəzzəb.

- 4 –
Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «Ya əyyətu-hənnəfsul-mutmə-’innən. İrci – ’illa rəbbiki raziyətən – mərziyyən. Fədxuli fi ibadi, vədxuli cənnəti». /Tərcüməsi: Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! /Əməlisaleh/ bəndələrimin zümrəsinə daxil ol! /Onlarla birlikdə/ Cənnətimə varid ol!» Əl-Fəcr surəsi, 27-30-cü ayələr./

«Şol cənnət ki Həqq-i təalaya müzaf olmuşdur, nə cənnətdir?», - dedilər.
Şeyx qüddəsə sirruhu cavab buyurdu ki: «Nəfs-i mütmə’inənin iki sifatı vardır, birisinə «sifət-i raziyə» deyirlər və birisinə «sifət-i mərziyə» deyirlər. Və cənnət dəxi iki növdür: xasdır və ammdır.

Cənnət-i amm oldur ki, anda yemək-içmək və şəhvət var ola. Ol amm qullar üçündür ki, ona müstəhəqq oldular.

Amma cənnət-i xas oldur ki, Həqq-i təalanın zatına mənsubdur və «Udxuli cənnəti» dedigi oldur. Ol xas qullar üçündür. Ol liqadır, vüsaldır, müşahidədir. Anda yemək-içmək olmaz.

Beyt:

Nihayətu amali liqaukə cənnətən,
Həniən liərbab ənnəimi nəimuha.

Tərcüməsi:
Mənim son amalım səninlə cənnətdə görüşməkdir,
Onun ne’məti ne’mət sahiblərinə nuş olsun.

- 5 –
Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «Əllahu yətəvəffə-lənfusə hinə mövtiha vəlləti ləm təmut fi mənamiha fəyumsikul-ləti qəza ’əleyhəl-məvta və yursilul – uxra ilə əcəlim musəmma». /Tər-cüməsi: Allah /əcəli çatan kimsələrin/ canlarını onlar öldüyü zaman, ölməyənlərin /hələ əcəli çatmayanların/ canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını /ruhlar aləmində/ saxlayar, digərlərini isə müəyyən bir vaxtadək /bədənlərinə/ göndərər». / «Əz-Zumər» surəsi, 42-ci ayə/.

Yə’ni ol nəfs ki, halət-i mövtdə olur, ol necə nəfsdir? Ol nəfs ki, halət-i mövtdə olmaz, ol necə nəfsdir? Və ol nəfs ki, haləti – mənamda olmaz, necə nəfsdir?», - derlər.

Şeyx – qüddəsə sirruhu-cavab buyurdu ki: «Ol ki halət-i mövtdə olur, ol cismdir və bədəndir. Və ol ki halət-i mövtdə olmaz, ol mütməinədir və ləvvamə’dir. Və sair xəlayiqin istilahınca, ruh olsaydı, səvab ilə ləzzət olmazdı.

Və ol ki, halət-i mənamda olmaz, ol dəxi həm cismdir ki, ol mənamda ruh-i heyvani bədəndən müfariqət edər, amma ruh–i insani müfariqət etməz bədəndən, həyatdadır, ölməz. Madam ki, anın mətlubi seyr-i sülük olur. Ol seyrdən anın həzzi vardır yeməkdən və içməkdən və şəhvətdən və mülahizələrdən və halət-i yəqzədə, yə’ni oyaqlıx halində gedir və gəlür bədənə girir.

Amma ruhi – insani haləti – mövtdən və bədəndən müfariqət edər, gedər, gəlməz, illa həşr vəqtində.

Beyt

Morğe canharast pərvazi be kuye şövqe u,
Leyk hər yek ra məqam-o-aşiyani digər əst.

Tərcüməsi:
Can quşlarının hamısı onun şövqünün küçəsinə uçar,
Lakin hərəsinin öz məqamı və öz yuvası vardır.

- 6 -
Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «Və qul rəbbi zidni ilmən». /Tərcüməsi: Pərvərdigara! Mənim elmimi artır! «Taha» surəsi, 114-cü ayə/.

Yə’ni Həqq-i təala kəlamında buyurur ki: «Və la rətbin və la yabisin illa f-i kitabin-mubin». /Tərcüməsi: Elə bir yaş və quru şey yoxdur ki, aydın Kitabda (Qur’anda) olmasın». «Əl-Ən’am» surəsi, 59-cü ayə/.

Çünki cəmi rətb və yabis ki, elmi Qur’an-i mübindədir, pəs ol elm ki, Həqq-i təalanın ziyada olmasın həzrət Rəsul-səlləllahu əleyh və səlləm – bildirmişdir, ol nə elmdir?», - dedilər.

Şeyx-qüddəsə sirruhu – cavab buyurdu ki: «Ol elm-i rətb və yabis ki Qur’andadır, ol elmi məknunatdır, yə’ni elm-i məxluqatdır, ya təfsil təriqilə və ya icmal təriqilə. Və hər nəsnə ki əzəldən ta əbədə dəgin vardır, budur ki, Qur’anda bəyan olmuşdur.

Amma ol elm ki «Rəbbi zidni ilmən»” də məzkurdur, ol elm-i üluhiyyətdir. Elm-i xaliqidir, yə’ni tanr-i təalanın zatına və sifatına elmdir ki, anın heç nəhayəti yoxdur. Və ol elm ki, elm-i məknunatdır, bu elmin qatında şol bir qətrə gibidir bəhr–i mühitə nisbət.

Beyt:

Zehi qəvvase dəryayi ke dər hər qətreyi əz vey,
Hezaran bəhre bipayan besane qətreyi qərq əst.

Tərcüməsi:
Əhsən o dəryanın üzgücüsünə ki, onun hər damlasında,
Minlərlə sonsuz dəniz bir qətrə kimi gizlənmişdir.

Mən’isi budur ki, zehi dənizin qəvvası ki hər qətrəsində min-min dənizlər qərq olur. Səyaqi – kəlamında /n/ mə’lumdur ki, ol nə dəniz /dir/. Burada ziyadə təfsilə hacət yoxdur.

- 7 -
Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «Liyağfirə ləkəllahu ma təğəddəmə min-zənbikə və ma təəxxərə.» /Tərcüməsi: Allah /bununla/ sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq. «Əl-Fəth» surəsi, 2-ci ayə/.

Çünki Həqq-i təala Rəsul həzrətinin keçmiş günahın və gələcək günahın əfv etdi, pəs hər gün yetmiş kərə istiğfar neçün edərdi? Şöylə ki «Səhih-i Buxari» də vardır: «Ən iləəzz əl-müzəni innə Rəsulləllahi qalə ləyuğanu əla qəlbi və inni lə əstəğfirullahə və ətəbu ileyhi əksərən mən səbəinə».

Hədisin mə’nası budur ki, Rəsul həzrəti buyurur ki: «Mənüm qəlbimə bir pərdə gəlür, mən Allah dərgahına istiğfar edərəm yetmiş kərə və yaxud dəxi ziyadə».

«Pəs o istiğfarına nə gərək idi?», - dedilər.

Şeyx – qüddəsə sirruhu cavab buyurdu ki: «Rəsul – səlləllahu əleyh və alihi və səlləm – istiğfarı günahdan ötrü etməzdi. Bəlkə anın qəlbinə bir varidatdan feyzi – ilahi yetişürdi. Bir vəch ilə ki, ol gün yetişən feyz sonrağı yetişənə hicab olurdu. Çün mübarək nəzər ilə nəzər edərdi, görərdi, istiğfar edərdi. Həzrət Rəsulun gün-gündən qürbi tərəqqidə idi və vüsalda.

Beyt:

Yucəddudli şövqən ileykə vuluhu
Bəvarriq min tilkən nəvahi uşəmihə.
Və yəzdadu qəlbi savtuhu və sabatuhu
İza həmət min tilkəd diyari nəsimihə.

Tərcüməsi: O mənim sənə ola şövqümün yanğısını təzələyir,
Onun qızartıları mənim duyduğum tərəflərdən gəlir.
Qəlbimin narahatlığı və təşvişi artar,
O diyardan onun nəsimi gələn vaxt.

Və niz həzrət buyurdu ki: Həzrət Rəsul – səlləllahu əleyh və alihi müşrikini – Məkkə yanında qamu kimsədən günahkartər idi. Anın üçün ki, müşrikin bəndəlik eyliyələrdi üç yüz altmış bütə Allahdan özgə və çün həzrət Rəsul-səlləllahu əleyh və alih-i peyqəmbər oldu və onları kəlme-yi tövhidə də’vət etdi, onlara çox bu iş müşkil və əzim gəlib dedilər: «Əcə ələl-alihətə ilahən vahidən. İnnə həza əşşəy – un ucab. Vəntələqəl mələ- u minhum ənimşu vəsbiru əla alihətikum. İnnə haza əşşəy-un yurad». /Tərcüməsi: Əcəba, o /Allahdan başqa heç bir tanrı yoxdur, deməklə / tanrıların hamısıni bir tanrımı edir? Bu doğrudan da, çox təəcübblü bir şeydir». Onların ə’yanları /toplandıqları məclisdən/ çıxıb gedərək /bir-birinə/ belə dedilər: «Gedin tanrılarınıza /ibadətdə/ möhkəm olun. Bu, /Məhəmmədin bizi də’vət etdiyi tövhid dini/, şübhəsiz ki, /bizə böyüklük etməsi məqsədi ilə onun özü tərəfindən/ istənilən bir şeydir. «Sad» surəsi, 5-6-cı ayələr/.

Pəs fəth-i Məkkədən sonra Allah-təala buyurdu ki: «Ya Mə-həm-məd! İnna fətəhna ləkə fəthən – mubina. Liyəğfirə ləkəllahu ma təğəddəmə min-zənbikə və ma tə – əxxərə və yutimmə ni mətəhu əleykə və yəhdiyəkə siratən-müstəqima». /Tərcüməsi: Ya Məhəmməd həqiqətən biz sənə açıq-aşkar bir zəfər bəxş etdik. Allah /bununla/ sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan ne’mətini tamamlayacaq və səni düz yola yönəldəcəkdir. «Əl-Fəth» surəsi, 1-2-ci ayələr./

Yə’ni günahdan ki, kafirlər yanındasan anın istədin bu cəhətdən ki, anların ilahəsin mübəddəl və münhəsir edərdin Allah-təalaya və bəs, yə’ni be məzhəb-i batil-i müşrikin.

– 8 –
Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «İnnəs-səlatə tənha ənil-fəhşa – i val-münkəri və l-i zikrullahi əkbəru». /Tərcüməsi: Hə-q-i qə-tən, namaz /insanı/ çirkin və bəyənilməyən əməllərdən çəkindirir. Allahı zikr etmək isə /ondan/ daha böyükdür. «Əl-Ənkəbut» surəsi, 45-ci ayə/.

Çünki namaz ə’zəm-i ərkan-i İslamdır, ittifaq ilə və zahir dəlillərin bə’zisinin sərihi ilə və ol cümlədən birisi oldur ki, çünki vəqt-i vəqfə dar oldu Ərəfatda, ol həccin fərz namazın qılmaq gərək. Əgər fərz-i namaza məşğul olursa, Ərəfədə vüquf fövt olur. Anın namazın təqdim etmək, gərək həcci təqdim etmək degil.

Pəs «Çün namaz ə’zəm-i ərkan-i İslamdır, zikrullah, yə’ni Allahı zikr necə əkbərdir?», - dedilər.

Şeyx - qüddəsə sirruhu – cavab buyurdu ki: «Allahı zikr etmək anın üçün əkbər olur ki, namazdan ki, namaz kişi/ni/ fəhşa-yi zahirdən və münkər-i zahirdən mən’ eylər, şol dəlil ilə ki, bir kimsə namaza məşğul olsa, ol kimsədən fəhşa və münkər-i zahiri gəlməz. Zahir nəzzarəgah-i xəlqdir.

Leykən namaz fəhşa və münkər-i batindən kişi/ni/ mən’ etməz, şundan ki, bir kimsə namazda ola, könlü fəhşa və münkər-i batinə məşğul ola və batin nəzərgahi – Həqdir.
Amma zikr etmək batini saf qılur, fəhşa və münkər-i batinindən və nəzərgah-i həqqi fəhşa-yi münkərlən pak eylər.

Pəs zikrullah namazdan anın üçün əkbər olub. «Və li zikrullahi əkbəru»

Beyt

Zəkərtukə la ənni sənikə ləmnhətən,
Bə əvhənu ma fil gəlbi zukrə lisəni.
Fəhimtu bila vəhyətin ileykə səbabətən,
Bə həmmun ileykəl-gəlbi ya buteyrani.

Tərcüməsi: Bir anda sənin ülvlüyünü xatırladım,
Qəlbdə ən asan olanı dilim zikr etdi.
Sənə ilhamsız bir məhəbbəti fəhm etdim,
Səni dəlicsinə sevən isə qəlbdir, ey mənim xudbinim.

-9-
Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «La tudrikuhul əbsaru». /Tərcüməsi: Gözlər onu dərk etməz. «Əl-Ən’am» surəsi, 103-cü ayə./

Və şol ayətdən ki: «Və ma qədərul-lahə həqqə qədirihi». /Tərcüməsi: Onlar Allahı layiqincə qiymətləndirmədilir. «Əl-Ən’am» surəsi, 91-ci ayə/.

Sual etdilər ki, bu saliklər ki, vüsuldan və röyətdən və mə’rifətdən dəm ururlar, bu ayətlərə müxalifdir anların ol də’visi, - dedilər.

Şeyx-qəddəsə sirruhu cavab buyurdu ki: «Bizim üçün bəsər vardır. Bəsər ilə Həqq-i təala /nı/ idrak etmək mümkün degildir. Dünyada ana e’tiqad etmək küfrdür. Amma bəsirət ilə idrak olunur. Ol Həqq-i təalanın məvahibindəndir ki, qula bağışlar. Dəlil hədis-i qüdsi ilə səhih rəvayətdə: «İnnəhu qalə Rəsulullahi səlləllahu əleyh və alihi və səlləm. İnnəllahə təala qalə mən adəileyhə və ləna əleyhi və ma yəzalu əbdi yətəqərzabu ileyə binnəvafili hətta ühubbəhu fə izə əcubduhu kuntu səminuhu əlləzi yəsməhu bihi və bəsəruhu əlləzi yəbsiru bihi və yəduhu əlləti yəbtişu biha və ricluhu əlləti təmşiu biha və lə’in saləni lə’əteytuhu və ləin istəazəni lə uəyyidənəhu». Tərcüməsi: Pəs həqq-i təala bəsirət gözünü bir kimsəyə versə, anınla görə bilür.

Beyt:

Əğulu qadd qarra talati veyna
Mufadzu yəstğfirnə cəhədərrikəb
Ləhunnə kuntu ənni bil əyən müğuba
Fəma əntə an eyni ba ğalbi bilgayb
İzə iştaqət əl’əyan minkə binazarihi
Təcəlləytə li fil-qalb min kulli hayıb

Tərcüməsi: Deyirəm, vay bizə, təlati artıq gəncləşdi,
Fikir budur ki, süvarinin cəhdi bağışlama diləməkdir.
Onlar üçün sən aydın görünərək məndən qeyb oldun,
Ancaq sən gözümdən və qəlbimdən uzaq deyilsən.
Əgər o səni gözü ilə görməyə darıxdırsa,
Mənimçün qəlbimdə bütün varlığınla təcəlla etdin.

«Və ma qədərul-lahə həqqə qədirihi» ayətində Şeyx qüddəsə sirruhu buyurdur ki: «Ma ərəfətullah həqqə mə’rifətuh» dur («Allahı layiqincə tanımadılar»). Murad, yə’ni Həqq-i təalayi mə’rifətlə kimsənə bilməz, bəlkə hər kimsənə kəndu miqdarında bir mə’rifət hasil eylər. «Sübhanəkə ma ərəfnakə həqqə mə’rifətikə» (Uçasan /ey Allah/, səni layiqincə tanıya bilmədik).

-10-
Sual etdilər Şeyx həzrətinə bu ayətdən ki: «… Fəs – əlu əhləz zikri inkuntum la tə–ləmun». /Tərcüməsi: ... Əgər bilmirziniszə zikr əhlindən soruşun! «Əl-Nəhl» surəsi, 43-cü ayə/.
Yə’ni: «Əhl-i zikr kimdir?», - dedilər.

Şeyx qüddəsə sirruhu buyurdu ki: «Əhl-i zikr əhli – «La ilahə illəlah»dır. Amma mücərrəd deməklə degildir. Bəlkə «La ilahə illəllah» bilmək gərək nə demək olur? Yə’ni bu sifətlə mövsufdur. Yə’ni mə’nasın bilir ol kimsələr Allah-təalanın əsrar xəzinəsinə əli yetmiş olur. Çünki onlar əhl oldular, anlardan sual edələr. Əgər bilməzlər isə, Həqq-i təaladan ögrənlər və bunlara cavab verələr.


Beyt:

Məxzəne gənce romuze qods çün dəst avərəd,
Tərcumane dəftəre əsrare hər mə’ni şəvəd.

Tərcüməsi:
Müqəddəslik (aləminin) sirlər xəzinəsini ələ keçirən zaman,
Hər bir mə’nanın sirlər dəftərinin tərcümanı olar.

-11-
Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «Yəvmə yəfirrul – mər – u’min əxih. Və ummihi və əbih. Və sahibətihi və bənih». /Tərcüməsi: O gün insan qacacaq öz qardaşından; Anasından, atasından; Zövcə-sindən və oğullarından! «Əbəsə» surəsi, 34-36-cı ayələr/.

Yə’ni: «Xəlayiq həşr günündə bir-birisindən qaçarlar. Nə üçün qaçarlar?», - dedilər.

Şeyx-qəddəsə sirruhu – cavab buyurdu ki: «İldəri ki ümmətdə yüzü ardına dönmək var idi, bir günah səbəbilə. Ümmət-i Məhəmməd – əleyhissalamdan Həqq-i təala anı götürdü. Amma məsx-i batini vardır ki, hər kimsə batinində yırtıcı canavar surətində müttəsif olsa, kibr və qəzəb kimi dəxi ol sifəti dünyada qət’ edüb gedərməsə, kəndündən qiyamət günündə və ərsəgahi – «Yəvmə tubləs – səra–ir”»də ol surətlə qopa. /Tərcüməsi: Bütün sirlərin aşkar olacağı gün. «Ət-Tariq» surəsi, 9-cü ayə/. Şöylə ki, kimsə incidən muzilər və zalimlər kəlb surətində qopalar və xəlayiqə məkr və hiylə edənlər, vəkilə riayət etməyənlər ayı və meymun surətində qopalar, mal cəm edənlər siçan surətində qopalar və anbardarlar qarınca surətində və mütəkəbbirlər uşacıq qarınca surətində qopalar və riya edən sufilər cütük surətində qopalar. «Əl-iyazu billahi min çəmin zəlikə» («Bütün bunlardan (qorunmaq üçün) Allaha pənah apar!»).

Və bunun üzərinə hər kimsə təbəqəyi – günahkarlardan ki, yırtıcı canəvərin xansilə müttəsif oldusa dünayada, hər biri dar-i axirətdə ol canəvər surətilə qopar.

Və bə’zi əhadis ki, mərviyyədir, bu sözə müvafiqdir. Şöylə ki, Şeyx Qəzzali «Ehyayi – ülum»da dedi ki, xəlayiq dünyada bir-birini adəm surətində görmüşlərdir, qiyamətdə canəvər surətində görücək, naçar qaçarlar.

-12-
Sual etdilər Şeyx həzrətinə uş bu ayətin mə’nasından ki: «İnəllah əş-təra minəl-mumininə ənfusahum və əmvələhum-b-i ənnə ləhumul – cənnətə». /Tərcuməsi: Həqiqətən, Allah mö’minlərdən canlarını və mallarını aldı ki, cənnət onlarınkı olsun. «Tövbə» surəsi, 111-ci ayə/.

Ayıtdılar: «Səbəb nədir kim, Həqq-i təala mö’minlərə cənnət verib dəxi malını və nəfslərini satın alıb könüllərin almadığına?» - dedilər.

Şeyx – qüddəsə sirruhu – cavab buyurdu ki: «Könül xud Həqq-i təalanın xassəsidir və qəbze-yi qudrətindədir. Leykən nəfsdə sərkeşlik və ənaniyyət var idi. Həqq-i təala dilədi ki, nəfsi dəxi müqəyyəd edə və kənduyə muti’ edə ta, ki ol nəfsin boynu qulluq ipi ilə bağlı ola.

Beyt:

Bər nasiyeyi ke dağ şahi benəhəd,
Əz rebqeye reqqe nəfs azad şəvəd.

Tərcuməsi: Bir alına şah damğa vurarsa,
O, nəfs kəndirinin halqasından azad olar.

-13-
Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «İnna ərəznəl – əmanətə ələs səmavati vəl-ərzi vəl-cibali fə-əbəynə ənyəhmilnəha və əşfəqnə minha və həmələhəl – insanu innəhu kanə zəlumən –cəhulən». (Tərcüməsi: Biz bu əmanəti göylərə, yerə və dağlara təklif etdik, onlar onu öhdələrinə almaqdan boyun qaçırdılar və ondan qorxdular. O əmanəti insan çiyninə aldı, gerçəkdən o zalım və cahil idi. «Əhzab» surəsi, 72-ci ayə/

Ayıtdılar ki: «İnsan zəif ikən ki, «.. Və xuliqəl-insanu zəif’ən» /Tərcüməsi: Çünki, insan zəif yaradılmışdır. «Nisa» surəsi, 28-ci ayə/ buyurdu Həqq-i təala, Qur’anda yerlər və göylər və dağlar/ın/ götürmədigi nəsnə /yi/ insan necə götürdü? Və çün götürdü, Həqq-i təala bunlara nə üçün «zəlumən-cəhulən» dedi?

Şeyx həzrəti cavab buyurdu ki: «Mövcudatın, yə’ni yaradılanın öründürülmüşü insandır. Və insanın öründürülmüşü könüldür. Və ol əmanət /ki/, Həqq-i təala anı yerlər və göylərə və dağlara ərz etdi, şərif nəsnədir. Pəs ol şərif nəsnəi götürməgə bir şərif nəsnə gərək. Ol könüldür. Və göylər və yerlər və dağlar ki, anı götürməkdən iba və işfaq etdilər, yə’ni xövf etdilər. Zira ki, insanda olan həqiqət onlarda yox idi və bilmədilər, lacərəm, əmanəti götürməgə qüdrəti yetmədi. Və çün insanda könül ki, məhzər-i Həqdir, anın taqəti oldu götürməgə, götürdü. Şöylə ki, hədis-i qüdsi ilə sabit olmuşdur: «Ma vəs’əni ərzi və la səmai və lakin vəs’əni qəlbul – mu’min» (Mən yerimə və göyümə sığmaram, lakin mö’minin qəlbinə sığaram).

Amma Həqq-i təala insanı «zəlumən-cəhulən» dedügi anın üçündür ki, ərvah-i bəşər ol aləmdə əmanətə alim və hazır idilər. Çün Həqq-i təala anı əcsamə mütəlliq qıldı, yə’ni əlayiq–I bədəniyyə ilə münəğğəs, yə’ni dərhəm qıldı və küdurati - təbiiyyə ilə mükəddər etdi, pəs anlara qəflət və nisyan tari oldu. Bir vəch ilə ki, əmanəti unutdular, lacərəm «cəhul» denildilər.

Əgər ol cəhul-i müstəmər olsalar, kənduləri də əmanətə mə’rifət hasil edib idrak etməsələr ol əmanəti, pəs nəfslərinə zülm etmiş olurlar, «zəlum» olurlar. Və Həqq-i təalaya cavab verməzlər və anın dərgahında rüsvay olurlar ol əmanəti riayət etməmək səbəbi ilə. Pəs çün mə’rifət hasil etmədi, həm cahil və həm zalim olur.

Beyt:

Dəz əzəl dər holqe del touqe əmanət bəsteim,
Ta əbəd bər gərdəne can bare eşqət mikəşim.
Xak-e ma ta çor’ei əz came eşqe dust yaft,
Ta be bəzme vəsl əz soudaye an mey sərxəşim.

Tərcüməsi:
Əzəl günündə ürəyin boğazına əmanət boyunbağını bağlamışıq,
Əbədiyyətə qədər canın çiynində eşqinin yükünü çəkəcəyik
Bizim torpağımız Yarın eşqinin camından bir qətrə daddığından
Vüsal məclisinə qədər o şərabın sevdası ilə sərxoşuq.

Şeyx həzrətinin – qəddəsə sirruhun bu məhəldə təhqiqi budur. Amma əhl-i zahir bu ayətdə bir neçə e’tiraz etdilər. Əvvəl bu ki: «İnna ərəznəl əmanətə ələs – səmavati vəl-ərzi» dedigində caiz olmaq Həqq-i təalanın təklifi malayotaq anlayır, yə’ni taqəti olmaya. Zira ərz-i əmanət səmavat və ərzə qeyr-i zəviülüquldan ikən, təklifi beqeyrülvüs’dür pəs təklifi beqədrülvüs’dür dedügi ayətə müxalif olur.

İkincisi budur ki: «.. Fə-əbəynə ənyəhmilnəha və əşfəqnə minha»nın mə’nası budur ki, göylər və yerlər və dağlar Tanr-i təalanın ərz etdigi əmanəti götürməkdən iba və işfaq etdilər. Çünki bu səmavat, ərz, cibal zəviülüquldan degildir, necə iba və işfaq etdilər ki, iba və işfaq xud mümkün degildir sadiq olmaq illa zəviülüquldan. Necə kim sahibi–Kəşşaf «Kəşşaf»da bu e’tirazı cavab ilə gətürmüşdür. Cavablarını bu məhəldə ziyadə təfsil edib deməgə ehtiyac yoxdur.

-14-
Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «Summə ənşə – nahu xəlqən axərə». /Tərcüməsi: Daha sonra onu başqa bir məxluq olaraq yaratdıq. «Mö’minun» surəsi, 14-cü ayə/.

«Xəlq-i axər» dən murad nə nəsnədir? Əgər cism isə, pəs ətvari – xəlq-i insanı etdigindən bu əvvəl gərək idi. Yə’ni Həqq-i təala bu ayətdən dedügində ki: «Və ləqəd xələqnəl-insanə min-sulalətin min tin. Summə cə’ əlnahu nutfətən – fi qərarin – məkin. Summə xələqnən-nutfətə ələqətənfə-xələqnəl – ələqətə müzgətən-fə-xələqnəl-müzğətə izamən-fə-kəsəvnəl izamə ləhmən. Summə ənşə’ nahu xəlqən axərə». /Tərcuməsi: Biz həqiqətən, insanı tərtəmiz palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə /ana bətnində/ yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu başqa bir məxluq olaraq yaratdıq. «Mö’minun» surəsi, 12-14-cü ayələr/.
Pəs ətvar-i xilqət tamam olduqundan sonra buyurdu ki: «.. Summə ənşə – nahu xəlqən axərə».

Pəs mə’lum oldu ki, «xəlq-i axərdən» murad cism degilmiş və ruh xud degil. Zira ki, hədis ilə sabitdir ki, Allah-təala ərvahı əcsaddan dörd min il öndən yaratdı. Və hədis budur ki: «İnnəllah xələq-allahül-ərvahə qəbləl-əcsadi b-i ərbə’əti alafi sənətin» (Tərcüməsi: «Həqiqətən Allah ruhları bədənlərdən dörd min il əvvəl yaratdı»).

Bu hədisdən mə’lum olur ki, «xəlq-i axər» dən murad ruh degilmiş.

Pəs «xəlqi – axər» nədir? - dedilər.

Şeyx qüddəsə sirruhu cavab buyurdu ki: «Xəlq-i axər»dən murad məşayix istilahınca sifətdir. Sair xəlayiqin istilahınca «ruh-i heyvani» dir ki, ruh ilə cismin izdivacından mütəvəllid olmuşdur. Nə məhzən ləh-mdir və nə məhzən üstüxandır. Ruh ilə bədənin ortasında mütə-vəssitdir və tərcumandır, şundan ötrü ki, ruh aləmindən cahildir. Zira ki, ikisi bir-birinin cinsindən degildir.

Pəs ikisinin ortasında labüd oldu bir vasitədən ki, bunların cinsindən ola. Dəxi bunların elmin bilə. Ol vasitə bu arada ruh-i heyvanidir ki, həm bədən elmindən, yə’ni bədən halına vaqifdir və həm ruh halına. Və bunların elminin kəsrəti vasitəsilə qəsəm olur ki: «Və la uqsimu bin-nəfsil-ləvvaməti». /Tərcüməsi: And içirəm /günah etdiyi üçün, yaxud yaxşı əməlim azdır deyə/ özünü qınayan nəfsə! «Qiyamət» surəsi, 2-ci ayə/.

Beyt:

Pərtove hosne to dər ayine çun peyda şod,
Əkse ayine həme cane cahanara şod.

Tərcüməsi: Sənin hüsnünün işığı güzgüyə düşən kimi,
Güzgüdəki əks bütün dünyanı bəzəyən can oldu.

Mə’nası budur ki, sənin hüsnün pərtovi çünki ayinədə zahir oldu, ol ayinənin əksi cəmi əravaha cahanara oldu. Yə’ni cahan bəzəyici oldu. Çünki könüldə məhbubun surətinin pərtovi zahir ola, anın əksindən əhvali – müğəyyəbat-i mələkut hasil olur ki, «cahanara» dedügi oldur.

Və genə bu məhəldə Şeyx həzrətlərinə sual etdilər ki: «Nəfs üçdür: birisi qayət ülvidədir və birisi qayət dənaətdədir və birisi bu ikisinin ortasında tərcuman və mütəvəssitdir.
Səbəb nədir ol nəfs ki, qayət ülvidə idi və ol nəfs ki, qayət süflidə idi müqsəm-bih olan anlar olmadılar və mütəvəssit olan nəfs oldu müqsəm-bih», - dedilər.

Şeyx-qəddəsə sirruhu cavab buyurdu ki: «Nəfs-i mütəvəssit müqsəm-bih oldu ki, elmin şərəfi vardır, zira ki, ol iki nəfsin elminə, bu alimdir. Amma ol ikidən hər birisi ancaq kəndü elmin bilürlər idi. Qeyrisinin bilməz idi. Ol cəhətdən müqsəm-bih olan mütəvəssit oldu, nəfsi – ali və nəfsi – dani olmadı».

Və bu məhəldə Şeyx qüddəsə sirruhu bir məsəl buyurdu, İskəndər-i Zülqərneyn hekayəsin misal gətürüb iştihar etdi. Buyurdu ki: «İsgəndər səyahət edirkən bir gün Məşriq tərəfindən bir dəniz kənarına gəldi və İskəndərlə mübaliğə ləşkər var idi. Dörd yüz həkim belə yanında idi. Dəblədi ki, dənizin ol tərəfindən xəbər bilə.

Bir gəmi rast tədbir və tərtib etdilər və ol gəminin içinə adam qoydular və dəniz yüzünə göndərdilər, ta ol tərəfdən xəbər bilələr və ol dənizin miqdarın bilələr.

Bir neçə müddət keçəndən sonra gördülər gəlir. Bunlar dəxi ol gəminin yanına vardılar və xəbər sordular və bir-birinin dillərini anlamadılar və ol gəmini alıb İskəndər qatına götürdülər.

İskəndər çün ol qövmü gördü, xəbər sordu. Hec vəchlə nə anlar bunların və nə bunlar anların dillərini anladılar. Və ol dörd yüz həkim ki, İskəndərlə müsahiblər idilər, cəmi ləfzi və lüğəti bilürlər idi. Amma anların lüğətin fəhəm edəmədilər. Axır ittifaq şöylə etdilər ki, anların birisinə bir övrət verələr. Bunlardan ta ki ol övrətdən oğlan doğa, dəxi atasının və anasının dillərin ögrənə və bunlara ol gəmi xəlqinin əhval/ını/ deyə. Yə’ni bunlar və onlar ortasında mütəvəssit və tərcuman ola.

Pəs onların birisinə bir övrət verdilər və andan bir oğlan doğdu. Ol oğlan atasının və anasının dillərini ögrəndi və bunların xəbərin verdi. Anların əhvalın deməkdə mütəvəssit olub təqrir etdi ki, ol dəniz tərəfində bir məmləkət var imiş qayət böyük və geniş.
Və anın bir padşahı var imiş, cəmi dünyada nə qədər məmləkət var isə zəbt etmək istəmiş və bu gəmini göndərmiş ki: «Varın ol dəniz tərəfində görün nə aləm vardır? Dəxi iqlim varmıdır dünyada ki, mən anı dəxi dutmamışam? Və əgər dəxi məmləkət var isə, gəlin mənə xəbər verin, ta ki varıb anı dəxi zəbt edim».

Və bu vəch ilə təqrir etdi və bunlar dəxi keyfiyyəti bildilər ki, nə imiş və hal budur ki, İskəndərin anda varduğundan qərəz bu idi ki, cəmi afaqı xud dutum. Bu dəniz tərəfində dəxi məmləkət var isə dutaram deyü varmışdı.

Çün İskəndər bu xəbəri eşitdi, inan-i əzimət geri çəkdi və ləşkərinə buyurdu, ol yerdən müraciət etdi, yə’ni gerü döndü.

İskəndər insafa gəldi, qəsd etdi ki, kəndü əlindəki məmləkət ilə qənaət edə».
Şeyx Səfi qüddəsə sirruhunun bu hekayəti gətürdüginə murad bu idi ki, çünki ruh aləm-i ülvidən idi ki, surət səbəbi ilə mütəcəlli idi və cism aləm-i süflidən idi ki, asar-i şəvağil ol aləm-i qeybdən anda çox olmuşdu. Yə’ni dar-i dünyada sifat-i zəmimə-yi nəfsani ilə müttəsif olmuşdu və bunların ortasında heç vəchlə münasibət yoxdu, bəlkə təbyun-i külli var idi. Zira ki, ruh qayət-i səfadə idi və cism qayət-i kədərdə idi. Pəs Həqq-i sübhanə və təala ruh ilə cismin ortasında izdivac və imtizac qoydu, ta ki izdivacdan nəfs-i heyvani hasil ola və ruhun aləminə nisbəti vardır ki, aləm-i ülvidir. Və bədən aləminə nisbəti vardır ki, aləm-i süflidir və ikisinin elminə vaqifdir. Pəs bu iki tərəfə mütəəliq olan elmin şərəfi vasitəsi ilə məhəll-i qəsəm və müqsəm – bih oldu, ta ki yuxarıda zikr olundu.

-15-
Sual etdilər Şeyx həzrətinə – qəddəsə sirruhu – uşbu ayətdən ki: «Əlləzinə yəzkurunəllahə qiyamətən qu’ udən və əla cunubihim və yətəfəkkərünə fi xəlqis-səmavati vəl-ərzi». /Tərcüməsi: O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerlərin yaradılması haqqında düşünərlər. «Al-i İmran» surəsi, 191-ci ayə/.
Yə’ni zikr fəziltərdir, ya fikr?

Şeyx Səfi – qəddəsə sirruhu – cavab buyurdu ki: «Zikr etmək əfzəldir be hər hal fikrdən ki, görünməyə, yə’ni savaba əqrəb olan şol fikrdir ki, könül bəsirəti ilə ola və təfəkkür edə. Əşya-yi qayibəni könül gözü ilə gö-rə. Və görmək zikr-i mövqufdur. Və fikri dəxi xaliqi olmaz, məx-lu-qata olur. Zira ki Həqq-i təalanın zat-i müqəddəsi /nə/ fikr etmək mən-h-i dir.
Zahir-i hədisdə vardır: «Təfəkkəru va xəlqil-lah və la təfəkkəruva fi zatil – lah əy sifatil – lah» /Tərcüməsi: «Allahın xilqəti barədə düşünün və Allahın zatı barədə fikirləşməyin ki, Allahın sifətləri necədir. Çünki zikr iştiğal-billah ola və fikr iştiğal-biğeyrullah ola/. Pəs zikr əfzəldir fikrdən.

-16-
Əfzəlül-füzəla mövlana Ətaullah Ərdəbili aydır: «Bir gün Sultan Şeyx Səfi – qəddəsə sirruhu – hüzurunda bir ulu cə’miyyət oldu. Və üləma hazır oldular. Şeyx Səfi həzrəti – qəddəsə sirruhu-fəvaid buyurdu və anın əsnasında sual etdilər bu ayətdən ki: «Yə-əyyuhər-rəsulu bəlliğ ma unzilə ileykə min-rəbbikə. Və inləm təf’ al fəma bəlləğtə risalətuhu». /Tərcüməsi: Ya Peyqəmbər! Rəbbin tərəfindən sənə nazil olanı /Qur’anı/ təbliğ et. Əgər /bunu/ etməsən, Allahın risalətini /sənə həvalə etdiyi elçilik, peyqəmbərlik vəzifəsini/ yerinə yetirmiş olmazsan. «Maidə» surəsi, 67-ci ayə/.

Və buyurdu ki, bu ayətin mə’nası budur:

Mövlana şəhid qazi Cəmaləddin Ərdəbili ayətin zahiri mə’nasını müfəssirlər təfsir etdigi kimi buyurdu ki: Sultan Şeyx Səfi – qəddəsə sirruhu – buyurdu ki, bu dəxi iyüdür, amma bir bundan dəxi yaxşı vardır.

Üləma-yi məclis ayıtdılar ki: «Anı Şeyx həzrəti buyur», - dedilər.

Şeyx Səfi – qəddəsə sirruhu – cavab buyurdu ki: «Ayətin mə’nası budur ki, şol nəsnə ki anı Həqq-i təala sənə göndərər, sən anı xəlayiqə oluşdurasan. Dəxi anın müqtəzası ilə əməl elə. Və əgər anın müqtəzası ilə əməl etməzsən, irişdirməyəsiz. «Və inləm təf’ əl fəma bəlləğtə risalətəhu».

Məclisdə hazır olan istihsan etdilər ki, sözü qayət-i vüzuhda söyləmək lətafətdir, - dedilər.

Beyt:

Va in nətaqat ca’ət be kulli məlahətin
Va in səkətət ca’ət be kulli cəmilin

Tərcüməsi:
Əgər o danışmağa başlasa, bütün məlahəti ilə göürünür
Sükut etdisə, susdusa, bütün gözəlliyi ilə görünür.

BAB – 2

Bu bab anın bəyanındadır ki, Sultan Şeyx Səfiyəddin mütləqa ayat-i kəlamullah üzərinə fəvaid buyurmuşdur, Sultan Şeyx Sədrəddin rəvayət ilə qəddəsə sirruhumul-əziz.

FAİDƏ – 1

Buyurdu uşbu ayətdən ki: «.. Məsələn – kəlimətən – təyyibətin – keşəcərətin – təyyibətən əsluha sabitun və fər’ uha fis-səma». /Tərcüməsi: Xoş bir söz kökü yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl bir ağac kimidir. «İbarhim» surəsi, 24-cü ayə/.

Kəlmə «La ilahə ilallah» dır. Çünki kəlme-yi tövhidin davamı ola, anın davamı ilə könül yeri yumşaq olur və qabil olur və andan bir kök bir nəfsin kökünü qazır gedərir. Şöylə kim bir xəstə nafe’ şərbət içsə, anın dərdini maddəsi ilə və kökü ilə qazır gedərir, ol şərbət müfid olur.

Şöylə ki təfsirdə məzkurdur: «İnnə şeytanə vaziğu xurtumuhu əla qəlbi ibni Adəmə fəizə zəkərəllahi xəmsə. Və izə nəsiəllahi iltəsim qəlbuhu». Və bir təfsirdə dəxi məzkurdur ki «Əz şeytan casimum əla qəlbil insanə və iza zəkərrəlahi təəxxərə və vəliyu və in rəcəcə ğəfərlə vəsvəsə iləyhi». Və bir rəvayətdə dəxi gəlmişdir: «Və izə zəkərrəllahi xənəsə və izə qəfələ vəsvəsə və qaləl xənnasu ləhuxurtumun kəxurtumun kitabi fi sudurin nasi fi izə zəkərrəllahi xəmsə».

Tərcüməsi: Amma «Və fər’ uha fis-səma»nın mə’nası budur ki, çün yerində kəl-me-yi təyyibənin kökü möhkəm ola, lacərəm talib əflakə çıxır. Yə’ni süud və tərəqqi edər, məqamına və müstəqərinə yetişür. Şöylə ki, ana hərgiz hicab olmaz. «İləyhi yəs’əd ul–kəlim ut-təyyibu» ondan ibarətdir (Tərcüməsi: Xoş söz ona (Allaha) tərəf yüksələr «Fatir» surəsi, 10-cü ayə).

Beyt:

Nəhale bağe dağe ma ço bər gərdün sər əfrazəd,
Be bərqi səd çəmənqahe do aləm saye əndazəd.

Tərcüməsi:
Bizim (sinəmizdəki) dağın bağının pöhrəsi səmaya ucalarsa,
Bir yarpağı ilə iki aləmin yüz çəmənliyinə kölgə salar.

Mə’nası budur ki, mənim dağımın bağı dalları çünki göyə yetişə, anın bir budağı iki aləmin çəməngahına sayə, yə’ni kölgə bırağur.

Bu beytdən məqsəd budur ki, mənim könlümdə çünki kəlme-yi tövhidin kökü möhkəm ola, dəxi əməl-i saleh əsl məqamına və müstəqərinə ulaşa, iki aləmin rahət yeri andan tüfeyl olur.

«Vəl-əməlis-salih yurfə’hu» nun mə’ası oldur ki; kəlmeyi – təyyibə ki, tövhiddir, əməl-i salehi rəf’ edir, həzrətə ulaşdırır və ol kəlmənin zakirini də həzrətə vasil edir, ol əməl məqbul olur. Şöylə ki, şair demişdir:

Beyt:

Morğe del hər gəh ke beqoşayəd be kuye dust bal,
Aşiyane xod nəsazəd çoz ke bər şaxe vosal.

Tərcüməsi: Könül quşu yarın küçəsinə qanad açdığı zaman,
Vüsal budağından başqa bir yerdə yuva qurmaz.

Mə’nası budur ki, «Bir könül quşu hərgah ki, dost kuyunda qanadın aça, anın yeri və yuvası olmaz, illa vüsal dalının üzərində olur».

FAİDƏ – 2

Həzrət Şeyx Səfi – qəddəsə sirruhu – buyurdu ki, bu ayətdə: «Və limən xafə məqamə rəbbihi cənnətan». /Tərcüməsi: Və Rəbbinin mə-qa-mından qorxanları iki cənnət gözləyir. «Ər-Rəhman» surəsi, 46-cı ayə/.

Yə’ni şol kimsə ki, Həqq-i təaladan qorxur, ona iki cənnət olur, biri oldur ki, zahirdə qorxusunun əvəzidir ki, ol cənnət-i zahiridir ki, anda yemək, içmək və şəhvət olur və biri batin qorxusunun əvəzidir ki, ol cənnət-i batinidir, ol ləzzət-i müşahidə və vüsal/dır/.

Beyt

Mavəraye rouzeye ferdous mara cənnətist,
K-əndəran cənnət borun əz ma-vo-mən xoş eşrətist.

Tərcüməsi:
Behişt bağının arxasında bizim elə bir cənnətimiz var ki,
O cənnətdə «bizdən» və «məndən» kənar xoş bir işrət var.

Mə’nası budur ki, «Rövze-yi rizvandan iləri mənə bir cənnət dəxi vardır ki, mənim anda xoş işrətim vardır. Ol cənnət-i vüsaldır və dostun didarını müşahidə etməkdir.

FAİDƏ – 3

Şeyx Səfi – qəddəsə sirruhu – «Sə-nurihum ayatina fil-afaqi və f-i ənfusihum» /Tərcüməsi: Biz öz nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. «Fussilət» surəsi, 53-cü ayə/ ayətində buyurur ki: «Hər nəsnə ki, Həqq-i təala afaqda yaratmışdır və aləm-i ülvidə və aləm-i süflidə anı izhar etmişdir, anın mislini nəfs-i insanda bənd etmişdir, leykən hicabı ortadadır.

Vəqti ki, bu hicab-i nəfs ortada, ol nəsnələr görünməz hər xaçan ki, nəfs hicabı ortadan götürülə, hər əlamət ki, afaqdə vardır, ol əlamətlər nəfsdə peyda olur və mə’rifət-i əşya hasil olur, pəs həqqin həqiqəti ana zahir olur».

Beyt:

Sərnameye nosxeye həqiqət dani,
K-an dərs ze louh-e xiştən bər xani.
Çün sobh ze afaq-o-ze ənfos bedəmid,
Həqiqəte Həqq ço ruze rousən dani.

Tərcüməsi: Həqiqət kitabının balşanğıcını biləcəksən,
O dərsi öz lövhəndən oxuyacaqsan.
Aləmdə və könüllərdə sübh açıldığı zaman,
Haqqın həqiqətini ışıqlı gün kimi görəcəksən.

Mə’nası budur ki, «həqiqət nüsxəsinin sərnaməsisən, şündan ötrü kim ol dərsi kəndu könül lövhündə oxursan və çünki afaqdan və ənfüsdən sübh doğa, yə’ni bir əlamət pərtovi zahir ola, ol Həqqin həqlığını şol rövşən gün kimi görəsən».

FAİDƏ – 4

Şeyx həzrət-i qəddəsə sirruhu-«Əllahu nurus –səmavati vəl-ərzi. Məsəlu nurihi kə-mişkatin-fiha misbahu». /Tərcüməsi: Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər. «Nur» surəsi, 35-ci ayə/ ayətində buyurdu ki, yə’ni ol mişkatda bir çıraq vardır, ol çıraq anın sirridir. Pəs çünki bədən-i insanda çıraq oldu, ol çıraqa bir neçə nəsnədən labüddür ana yağ qoyular. Yə’ni yağdan gərəkdir və ikinci, yağ gərəkdir ki, ta çıraq rövşən ola. Pəs «zücacə» ki, ayətdə məzkurdur, könül tərəfi olur çırağa və ol yağ ki, məzkurdur, ol zeytndur ki, şəcəre-yi mübarəkədəndir. Şərgi degil və Qərbi degil və ol şəcərənin əsli ruh-i peyqəmbərdir səlləllahu əleyh və alihi. Və fər’i sair ərvahi – insandır.

Pəs könül pərtovi rövşən olması ol çırağdandır zeytun vasitəsilə. Yə’ni hər vəqt ki, çırağ «zücacə» də ola, yə’ni sirçədə ola; ol sirçə münəvvər olur. Əlbəttə, ol sirçənin münəvvər olması vasitəsi ilə, yə’ni dəxi bədən münəvvər olur.

Beyt:

Fəl cismu məşkəvatin vafiyə zicacətun,
Qad uliqqat bi səlasili ilminhac.
Mutavaqqad bin nuri mən zəytunətun,
Faqatu bibəhcətinə likullə sirac

Tərcüməsi: Cism bir taxça, onda isə bir şüşə var,
Təriqət zənciri ilə alışmışdır.
Zeytun nuru ilə şö’lələnir,
Öz gəzəllyiyi ilə hər bir çıraqdan üstündür.

Mə’nası budur ki, cism mişkatdadır və anda zücacə vardır. Təhqiqən fə’ləq oldu səlasil-i minhaclə və yançıdır nur ilə zeytundan faiq oldu cəmi’ çıraqların üzərinə behcət ilə və rövşənlığ ilə. Pəs hər vəqt ki, ruh könüldə qərar edə, könül zində olur. Və çünki zeytun yağı axır ola, nur-i misbah dəxi axır olur. Və hər vəqt ki, ruh müfariqət edə, aləm-i ərvahə yetişə, sirri dəxi müfariqət edir, aləm-i əsrarə yetişür.

Beyt:

Hər ke u zin danməh çün bənde suri beşkənəd,
Dər fəzaye aləme mə’ni be əsle xod rəsəd

Tərcüməsi: Kim bu tələdəki surət zəncirini qırarsa,
Mə’na aləminin fəzasında öz əslinə yetişər.

Mə’na budur ki, hər kimsə ki bənd-i surətdən, yə’ni tən qeydini bu bədən qəfəsindən uşada gedərə, yəni zulmat-i vücuddan xilas bula, mə’na aləminin yarısında əslə yetişur. «... Yəkədu zəytuha yuzi’ u və ləv ləm təmsəshu narin nurun əla nurin. Yəhdillahu l-i nurihi mənyaşa’ u». /Tərcüməsi: Onun /zeytun ağacının/ yağına /heç bir/ od to-xun-madığı halda, o, ışıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurar. «Nur» surəsi, 35-ci ayə/.

Ol fitil nurdur, od degildir. Od toxunmadan şö’lə verər. Həqq-i təala bən-i adəmdə bir nur qoymuşdur ki, ol çıraqdır. Bir nur dəxi kəndü zat-i pak-i qəllas nurundan irişür, iki nur bir-birinə qaruşursa, hər nəsnə görünür.

Məsələn, göz nuru ilə günəş nuru kimi, ikisi bir yerdə olsa, hər nəsnə görünür. Və ol misbah nurdur, nar degil.

Pəs çünki Həqq-i təala zat-i insanda bir nur tərbiyə etdi ki, ol nur misbahdır və bir nur feyzdən verdi və bu iki nurun ittisalı vase’ oldu ta ki, əşya idrak oluna. Və «Nurun ə’la nuria» bu mə’nadan ibarətdir. Çünki zülmani hicabı ortadan götürülə, nür-i mütləq baqi qala ki, ol misbahdır. Amma Həqq-i təalanın zat-i müqəddəsi nuru bura ki, nur-i misbahdır müttəsil olsa, bu iki nurun ittisalından idrak-i mə’rifətullah hasil olur. Və «Yəhdillahu l-i nurihi mənyaşa’»u bu mə’nadan ibarətdir. Ol hidayətdir, elm-i mə’rifətullahdır.

Beyt:

Aftabe hosne çün saye bər can əfkənəd,
Məşreqe del-ra bər ayəd səd hezaran aftab.
Pərdeye zolmət dəridonur şod dər nur ğərq,
Ta dəre «nurun ə’la nurin» qoşad əz comle bab.
Tərcüməsi: Onun hüsnünün günəşi cana kölgə salarsa,
Könül məşriqindən yüz minlərlə günəş çıxar.
Elə ki, o hər yandan «nur üstündə nur» qapısını açdı,
Zülmət pərdəsi cırıldı və nur nura qarışdı.

Mə’nası budur ki, mə’şuqun hüsni günəşi çünki can üzərinə sayə buraxdı, könül məşriqinə yüz min günəş gəldi və zülmət pərdəsin yırtdı. Nur nur içində qərq oldu, ta hər qüyuddan «nurun ə’la nurun» qapısı açıldı.

FAİDƏ – 5

Sultan Şeyx Səf-i qüddəsə sirruhu – «Əlləzinə yəstəmi’ unəl – qəvlə və yəttəbi ’unə əhsənəhu». /Tərcüməsi: O kəslər ki sözü dinləyib onun ən gözƏli’nin ardınca gedərlər… «Zumər» surəsi, 18-ci ayə/ ayətində buyurdu ki: «Hər vəqt könül qulağı eşidici ola «Və iyəha uzunun va’ iyəhtun». /Tərcüməsi: Və açıq qulaq bunu eşidə bilə… «Haqqə» surəsi, 12-ci ayə/ və Qur’anı Həqq-i təala istima’ilə eşidə və əhsəninə mütabiət edə, şöylə ki, Həqq-i təalanın ümuruna rəğbət eliyə və ixlas ilə tələqqi göstərə, əgər könül ilə eşidə, səma’da ola və əgər nəfs ilə istima edər, xətadə olur.

Vəqti ki salik könül qulağı ilə eşidə və mütabiət-i həsən edə, anın misalı şöylə ki, məsələn, bir şahbazın başından tomağın alıb seydin göstərsələr, şöylə ki ol quşun gözündən hicab getə, ol seydin ardınca pərvaz edər və iztirabə düşər, ta ol seydi bulub almayınca sükun və qərar eyləməz.

Və əhl-i vəcdin halı ana bənzər ki, məsələn, əhl-i vəcd qəvvaldən bir qövli eşitsə ki, ol kəndünün məqamı və mənzili olsa, iztirabə düşər, şöylə ki, mətlubuna və məqsuduna irişməyincə, aram və qərar etməz.

Beyt:

Caye aram coz əz saede soltan nəkonənd,
Aşeqani ke dər in ouce tələb şəhbazənd.

Tərcüməsi: Bu axtarış zirvəsində qızılquş olan aşiqlər,
Yalnız Sultanın qolunda rahatlıq taparlar.

Mə’nası budur ki, Sultan biləgindən qeyri aram və qərar edəcək yerləridir və şol aşiqlərnin ki, tələb övcündə şahbazdırlar. Məqsud budur ki, şol aşiqlər ki, anlarda cəhət-I ruhaniyyət qalib olmuşdur, anların Həqq-i təalanın yəd-i qüdrətindən qeyri yerləri yoxdur. Yə’ni mətlubə vasil olmaqdan kifayətdir.

Amma şunlar ki, qəvvaldan sözü nəfs ilə eşidələr və ortaya girib rəqs-i nəfsani və şəhvani edələr, anlara ol səma’ haramdır.

Beyt:

Onse del yafteqane hərəme xəlvəte dust
Ba çenin məzbəleyi cife koca bərdarənd?

Tərcüməsi: Yarın xəlvət hərəminə /yol/ tapanların ürəyi,
Bu murdar zibilliyə necə ünsiyyət bağlaya bilər?!

Mə’nası budur ki, dustun xəlvəti hərəm ilə könül ülfət dutmuş kimisinin bunun kimi murdar məbzələdə xaçan qərar edər. Yə’ni bu bədən kudurətindən və vücud zülmatından xaçan sükun ola.

Və ondan sonra Şeyx Səfi qüddəsə sirruhu bu təfsili bəyan edib buyurdu ki: «Səma» üç qismdir: biri təvacüd, biri vəcd və biri halətdir.

Məqam-i təvacüd oldur ki, məsələn, sözü eşitcək ol kimsə xəstə kimi qalib olur. Amma ixtiyarı vardır və əqli getməz. Və ol kimsə əgərçi könül ilə eşidir, leykən təmam-i səhhət bulmamışdır.

Amma səma’-i əhl-i vəcd ixtiyari degildir. Şol dəgirman çərxi kimi anın hərəkəti və dövranı kəndü ixtiyarı ilə degildir. Nə qədrə kim, ol çərxin suyu ziyadə ola, anın hərəkəti dəxi ziyadə olur.

Və ol birisi kim halətdir, ol dəxi Şeyx Səfi – qüddəsə sirruhu – istilahınca səma’-i əhl-i vücuddur ki, kəndü haləti kənduyə qalib olmuşdur. Dilərsə kəndu vəqtində və halətində olur, səma’ edir. Və dilərsə, etməz.

Və ol ki kəndu vəqtinə varır, məslubül-ixtiyar degildir, yə’ni sahib-i ixtiyardır. Dilərsə hərəkət edər və dilərsə etməz.

Beyt:

Çün del əndər məsnəde təmkin neşəst,
Şəh-sefət şod exteyarəş zirdəst.
Tərcüməsi: Elə ki, ürək qüdrət taxtına oturdu,
Şaha bənzədi, ixtiyar isə ona tabe oldu.

Mə’nası budur ki: «Çünki könül qüdrət məsnədində oturdu, şah kimi ixtiyarı təht-i bədəndə oldu».

FAİDƏ – 6

Sultan Şeyx Səfi – qəddəsə sirruhu – «Ya-əyyuhəlləzinə amənuttə-qullahə vəb-təğu iləyhil-vəsilətə və cahidu fi səbilihi la – ’əlləkum tuflihun! /Tərcüməsi: Ey iman gtirənlər! Allahdan qorxun. Ona doğru yol axtarın. Allah yolunda cihad edin ki, bəlkə, nicat tapasınız. «Maidə» surəsi, 35-ci ayə/ ayətində buyurdu ki, «Mərtəbeyi – əvami –mö’minin zikr olunmuşdur ki: «Ya-əyyuhəlləzinə amənuttəqullahə». Yə’ni imandan sonra təqva ilə əmr olmaq əvam-i möminin həqqindədir.

Və həm bu ayətdə mərtəbe-yi xəvas dəxi məzkurdur ki: «Və cahidu fi səbilihi». Yə’ni cəhd etmək Həqq təriqini yerinə gətürməkdir ki, həzrət Rəsul – səlləllahu əleyh və alihə bir vəch ilə mütabiət etmək ki, qıl miqdarı əvamir-i nəvahidən fövt olmaya və beqədrul-vüs’ nəfsin müxalifinə sə’y edə.

Və dəxi bu ayətdə mərtəbe-yi əxəssül-xas məzkurdur: «Vəb-təğu iləyhil-vasilətə». Vəsilə Həzrət-i izzətə yüz suyudur. Yəni salik çünki Həzrətə təqərrüb bulmuş ola və mə’rifət hasil olmuş ola, yüz suyu ilə götürmüş olur».

Beyt:

Əndəran həzrət kəs-i ra abrust
Ku be çeşme rouşəne xod ab cust
Tərcüməsi: O hüzurda o kəsin üzünün suyu (abırı) olur ki,
O, öz ışıqlı gözü ilə su axtarır.

Mə’nası budur ki, ol həzrətdə şol kimsə yüz suyun hasil edər, rövşən yüz ilə, yə’ni eyn-i bəsirətlə yüz suyu istiyə. Və nə qədər ki, salikə mə’rifət ziyadə ola, təqərrüb dəxi ziyadə olur. Və nə qədər ki, təqərrüb ziyadə olur, yüz suyu dəxi ziyadə olur.

Şol dəlil ilə ki, dua və təzərrö vəqtində Həzrət-i izzətdə anların yüz suyu şəfi olur mücrimlərə. Zira ki, Həzrətdə anların ziyadə təqərrübü vardır.

FAİDƏ – 7

Sultan Şeyz Səf-i qüddəsə sirruhu-«İnnəma yəxşəllahə min ibadihil-uləma’ u» /Tərcüməsi: Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. «Fatir» surəsi, 28-ci ayə/ ayətində buyurdu ki: «Həqq-i təaladan qorxmaq, anın əmrini yerinə gətürməkdən də dəxi ziyadə olur. Və ol qoxmaqdan əmrini yerinə gətrümək olmaz. İlla alim-billah olur, yə’ni bilənə olur».

Pəs mə’lum oldu ki, üləmdan murad olan şol cəbrə və qəhrə alimlər imiş ki, nəfs-i əmmarəyə cəbr və qəhri vəzifəsin və tanrıdan qorxmaq vəzifəsin və əmrin yerinə gətrümək vəzifəsin riayət edənlər imiş.

Və dəxi bilgil kim, Allahdan qorxan ol üləma-yi cəbəriyə degildir kim, nəf-yi qüdrət-i ixtiyar edirlər, dəxi hərəkət-i əbdü hərəkəti – cəmadat qılırlar.

Və şol alimlər degillər ki, rəyasət-i dünyaviyyəyə məşğul olub kiriftar olub qalmışlardır. Netə kim zəmanəmiz üləmasını müşahidə edərin, görürləriz şol fərasət üzərinə kim ləfzullah mərfu’ oxurlar, dəxi üləma-yi mənsub oxurlar. Yə’ni, «İnnəma yəxşəllahə min ibadəhil-üləma’-u» deyələr. Mə’na ol vəqt böylə olur ki, Həzrət-i izzətdən xofları ziyadə olur, təqərrüb hasil etmiş olalar və yüz suyu ələ gətürmüş olarlar. Ol vəqt Həqq-i təalanın xəşyəti adətində şol mə’naya olur ki, Həqq-i təalanın rizası ol alimlərlə olur, cəmi’-i vücuh ilə anlara müvafiq olur.

Şeyx Səfi həzrəti bu beyti inşa etdi:

Beyt:

Çün be fərman nisti zan nist fərmanət rəva,
Gər to fərmanbər şəvi fərmane həqq fərmane tost.

Tərcüməsi: Sən (Allahın) buyuruğunu yerinə yetirmədiyin üçün buyuruğun keçmir,
Əgər (Allahın) buyuruğuna əməl etsən, Həqqin buyuruğu – sənin buyuruğundur.

Gər muti olmazsan ana, hacət rəva olamaz,
Leyk əmrinə müti olsan, bulursan e’tibar.

Xoş bovəd eşq ke mə’şuq be ferman başəd,
Xoş bovəd can ke be həmsaziye canan başəd.

Tərcüməsi: Xoşdur o eşq ki, mə’şuq sözə baxır,
Xoşdur o can ki, canan ilə həmahəngdir.

FAİDƏ – 8

Sultan Şeyx Səfi – qəddəsə sirruhu: «Va mən yəxruc min beytəti mühacirən iləllahi va rəsulihi summə yədrukul-movti fəqad vaqqa əcruhu ələllah» /Tərcüməsi: «Kim evindən çıxıb Allaha və onun peyqəmbərinə doğru hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah özü verər» - «Ən-Nisa» surəsi, 100-cü ayə/ ayətində buyurur ki: «Salik çünki qədəm-i tələbi yolda qoydu, ol salik hacı olur. Və həm arı olur və həm şəhid olur.

Əvvələn, hacı olur anın üçün ki, qədəmini Allahın yoluna qoydu. Kə’bə-yi həqiqi tələbində, ol didari – müşahidədir».

Beyt:

Xoş əst in halo delbazi dər in rah,
Ke ru ba qebleye ruye to başəd.
Tərcüməsi: Bu yolda bu hal və vurğunluq xoşdur,
Təki üzüm sənin üzünün qibləsinə olsun.

Mə’nası budur ki, xoşdur mənim bu yolda baş oynadığım ki, yüzüm sənin Kə’bə yüzünə ola, yə’ni sənin vüsalın ələ girə.

Saniyən, qazi olur ki, kəndü nəfsinə qəza edir. Həqq-i təala yolunda ana müxalifət edib ol nəfslə müharibə etməklə məşğul olur.

Salisən, şəhid olur ki, dustun liqası arzusunda olur. Və hər kim dust eşqində ölə, şəhid olmuş olur.

«Mən matə min əl – eşq fəqəd matə şəhidən». /Tərcüməsi: Kim eşqdən ölürsə, o, şəhid kimi ölür/.

Beyt:

Həyate taze yabəd ba şəhadət,
Ke qorban bər səre küye to başəd.
Tərcüməsi: Sənin kuyində qurban olan kəs,
Şəhid olması ilə yeni həyat qazanır.

Mə’nası budur ki, dust məclisində hər kimsə qurban ola, anın arzusunda şəhid olub yeni can bulur. Və hər salik ki, bu yolda sülük edə, mətlubuna və məqsuduna yetişmiş ola. Həqq-i təala ol saliki nəhayət-i amalına yetişdirə. Əgər qədəmini savub təriqe-yi təriqindən münhərif qılmasa, yə’ni döndərməsə «Fəqəd vəqə’ə əğruhu əlal-lah» / «Onun mükafatını Allah özü verər»/.

FAİDƏ – 9

Sultan Şeyx Səfi – qəddəsə sirruhu: «Fənzur ilə əsari rəhmətillah keyfə yuhyil ərzə bədə motivə» /Tərcüməsi: «Sən Allahın mərhəmətinin əlamətlərinə bax ki, torpağı öldüklən sonra necə dirildir! – «Rum» surəsi, 50-ci ayə/ ayətində buyurdu ki: «Şöylə ki, bu yer zahirdə ölmüşdür və donmuşdur, yaz yağmuru suyu ilə həyat bulur və ənva-i rəyahin və ənhar və nəbatat və əşcar yer yüzündə zahir olur. Və könül dəxi elədir, yə’ni nəfs-i əmmarənin qış havası ilə ölmüşdür və donmuşdur. Çün talib zikrə məşğul ola, ol zikrdən talibə asar-i üns-i məhəbbət-i İlahi hasil olur. Ol nəfsani zəmhərirlər batində dəf’ olur və könül yeri yumşaq olur və qabil-i imarət olur. «Summə təlinu culuduhum və qulubuhum ila zikrillahi». /Tərcüməsi: Allahın zikrindən sonra ürəkləri yerinə gəlib qorxuları gedər. «Zumər» surəsi, 23-cü ayə/.

Və andan sonra talibin könlü yerinə xəvas-i kəlme-yi tövhiddən rəhmət yağmurunun havası asarından könül yeri həyat bulur. Yə’ni artıb ziyad olmaq ta ki, ənva-i rəyahin və mə’rifəti – dust könül yerində bistər ucalır.

Və bə’zi kütübdə məsturdur, Həqq-i təala buyurdur ki: «Əbdi cənnəti bustanukə və qəlbukə bustani». /Tərcüməsi: Ey mənim bəndəm, mənim cənnətim sənin bağçandır, sənin qəlbin isə mənim bağçamdır/.

FAİDƏ – 10

Şeyx Səfi – qəddəsə sirruhu – «Əfəmən – şərəhəllahu sədrəhu lil-İslam» /Tərcüməsi: Məgər Allahın köksünü /qəlbini/ İslam dini üçün açdığı kəs… «Zumər» surəsi, 22-ci ayə/ ayətində buyurdu ki: Murad «sədr»dən könüldür. Hər vəqt ki, qəlbin inşirahı hasil ola və təsfiyəsi ola, Allah-təalanın nuru enir, ol könüldə qərar edir, inşirah miqdarınca könül məhəll-i nurullah və mə’rifətulah olur. Və inşirahı ziyadə olduğca, mə’rifət dəxi ziyadə olur.

FAİDƏ – 11

Sultan Şeyx Səfi – qəddəsə sirruhu – «Fələm-ma cənnə ’əleyhil-ləylu rə – ’a kəvkəbən. Qala haza rəbbi» /Tərcüməsi: Gecə qaranlığı /İbrahimi/ bürüdükdə o, bir ulduz gördü. «Bu mənim Rəbbimdir», - dedi. «Ən’am» surəsi, 76-cı ayə/ ayətində buyurdu ki: «Həqq-i təala İbrahim peyqəmbər-əleyhissalama ol mələkutu, səmavatı, ərzi göstərdi və İbrahim gördü, yəqin buldu və mö’qinindən oldu ki: «Və kəzalikə nuri İbrahimə mələkutəs-səmavati vəl-ərzi və liyəkunə minəl-muqinin» /Tərcüməsi: Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam yəqinliklə inananlardan olsun! «Ən’am» surəsi, 75-ci ayə./ Və kəvakib-i nəyyirini və əcram-i ülviyi və əcram-i süfli-yi zahirini və məcmu’unu gördü və sahib-i yəqin oldu. Pəs ol ulduz və Ay və Günəş batində ki İbrahim həzrətinə münkəşif oldu, şöylə ki, Həqq-i təala buyurdu: «Fələm-ma cənnə əleyhil-leylu rə’-a kəvkəbən».

Çün əvvələn İbrahim kövkəbi gördü aləmi – batində və ayıtdı: «Bu, mənim Rəbbimdir». Çün ol ulduz dolandı, nəf-yi üluhiyyət etdi ol kövkəbdən ayıtdı ki: «La uhibbul – əfilin» /Tərcüməsi: «Mən batanları sevmirəm» - «Ən’am» surəsi, 76-ci ayə/.

Və İbrahim halından tərəqqi buldu. Ayı gördu, ayıtdı: «Budur mənim Rəbbim!» Vəqti ki ol dəxi dolandı, andan dəxi nəf-yi üluhiyyət etdi və ayıtdı: «Ləm yəhdini rəbbi ləəkunənnə minəl-qəvmiz-zallin» /Tərcüməsi: «Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəlt-mə-səydi, mən zəlalətə düşənlərdən olardım» «Ən’ am» surəsi, 77-ci ayə/.

Çün ol haldan dəxi tərəqqi etdi, Günəşi gördü. Ol günəş safi və nurlu idi. [Ayıtdı:] «Budur mənim rəbbim ki, bu, əkbərdir». Çün ol dəxi dolandı, andan dəxi nəf-yi üluhiyyət etdi və e’raz-i külli göstərdi. Ol vəqt təmam təvəccöhün Həzrət-i izzətə qıldı və ayıtdı:

Beyt:

Aftabe mə’rafət əz borce del çun sər zənəd,
Səd hezaran aftəbəş həmcu zərre pər zənəd.
Məş’əle gərdun besuzəd gər təcəlliye cəlal,
Məş’əli bəz nəyyirine ə’zəm-o-əsğər zənəd.
Tərcüməsi: Könül bürcündən mərifət günəşi ucalarsa,
Yüz minlərlə günəş zərrə kimi ona doğru qanad çalar.
Əgər cəlalın təcəllası fələyin məşə’lini yandirarsa,
Böyük və kiçik ulduzlara od vurub yandırar.

FAİDƏ – 12

Sultan Şeyx Səfi – qəddəsə sirruhu: «Əfrəeytu mənittəxəzə iləhu məzahu» /Tərcüməsi: «Nəfsini özünə tanrı edən kəsi gördünmü? – «Casiyə» surəsi, 23-cü ayə/ ayətində buyurdu ki: «Könül təxtinin üzərinə nəfs və anın havası keçə, xatəmi div əlinə vermiş olur və divi padşah etməgə qəbul etmiş olur və divpərəst olur kim, ol div nəfsdir.

Amma xatəmi divin əlindən alsa, könül təxtini nəfsdən və nəfsin havasından pak eylir və təxti div təsərrüfündən qurtarılır və xudapərəst olur».

Beyt

Mosəlləm angəhi gərdəd to-ra molke Soleymani
Ke xətəm-ra ze dəste dive nəfse xiş bestani.
Tərcüməsi: Sənə Süleyman mülkü o zaman qismət olar ki,
Öz nəfs divinin əlindən üzüyü alasan.

Mə’nası budur ki, mülk-i Süleyman sənə şol vəqt müsəlləm olur ki, xatəmi divin əlindən alasan. Məsələn, şunun kimi ki, bir xatun kişiyə əqd-i nikah olsa, bir kimsəyə dəxi nikah mümkün degildir, madam ki, əvvəlki əqd müqəyyəddir. Çün nikah-i əvvəldən xilas bulsa və iddəti münqəzi olsa, ol vəqt ol xatun kişini hər qeyri kimsəyə dəxi nikah ilə vermək olur.

Pəs könül dəxi nəfsin havası qeydilə müqəyyəd ola, ol könüldə Həqqin təsərrüfü olmaz, madam ki, nəfs və həva-yi nəfs qalibdir. Amma şol vəqt ki, qeyd-i həva-yi nəfsdən xilas bula və könül təxliyə bula və təxliyədən genə təxliyə bula, yə’ni təsfiyə bula ki, ol təsfiyə iddəti məsabesindədir Həqq-i təala ol könüldə təsərrüf etməkdə. Ol könül ləyaqəti ola, pəs ol könül xülasəsi ola. Ol könül ki: «Beynə isbəyni min əsabi ərrəhman»

Yə’ni Həqq-i təalanın yəd-i qüdrəti barmaqlarının iki barmağı arasındadır.

Beyt:

Xoşa an del ke nəqşəş rəmze canəst,
Ke mohre əsbə’e Rəhman bər an əst.

Tərcüməsi: O könül xoşdur ki, naxışı canın rəmzidir,
Və Rəhmanın (Allahın) barmağının möhürü onun üzərindədir.

Mə’nası budur ki, xoşdur ol könül ki, anın nəqşi rəmzi – can ola, dəxi Həqq-i təalanın qüdrəti, barmağının möhri anın üzərində ola.

FAİDƏ – 13

Sultan Şeyx Səf-i qüddəsə sirruhu: «Və axərunə’ – tərəfu bizunubihim xələtu ’əmə-lən-salihən və axərə səy-yi ’ən» /Tərcüməsi: /Münafiqlərin/ bir qismi də günahlarını e’tiraf etdi. Onlar /əvvəl etdikləri/ yaxşı bir əməllə /sonradan etdikləri/ pis əməli bir-birinə qatışdırmışdılar. «Tövbə» surəsi, 102-ci ayə/ ayətində buyurdu ki: «Şol süt ki, heyvan əmcəkindən gəlür, pak və tahirdir. Əgər sütün məmərrində, yə’ni ağaran yerdə maddə olsa, ol süt qan ilə və irin gələ çıxsa, ol süt pak olmaz.

Pəs anın tədbiri oldur ki, ol maddə /ni/ ondan gedərələr. Şöylə ki, ol sütün məmərrində şaibe-yi tələvvüs qalmıya, andan sonra gələn süt pak /və/ saf gələ: «Ləbənən xalisən-sa-iğəlliş-şaribin» /Tərcüməsi: Təmiz südü sizə içirdik. «Nəhl» surəsi, 66-ci ayə/ ola. Və könül dəxi həmçinan məhəll-i varid-i ilham-i fücur və təqvadır. «Fə-əlhəməhə fücuruha və təqvaha» /Tərcüməsi: Sonra da ona xeyir və şəri öyrətdi. «Şəms» surəsi, 8-ci ayə/. Pəs əməl dəxi müxtəlit olur ki: «Xələtu əmə-lən-salihən və axərə səyyi – ’ən!».

Çünki ilhami –fücur qapısı məsdud ola, yə’ni bağlu ola, şeytani və nəfsani təşvişlər və iğvalardan münqəti olur. Və andan sonra ol əməl ixlas ilə olur və pak olur. «Əla lillahid – dinul – xalisu» /Tərcüməsi: Bil ki, xalis din ancaq Allaha məxsusdur. «Zumər» surəsi, 3-cü ayə/

Beyt:

An came səfa ke rahe ruh-əst dəru,
Bi şayebeye ğobar-o-xaşak xoş-əst.
Tərcüməsi: Ruha rahatlıq verən o saflıq şərabi,
Tozdan və çör-çöpdən təmiz olduqda xoşdur!

Mə’nası budur ki, ol səfa şərabı kim anda canın rahət olmasıdır, şaibə-yi qübar və xaşaksız xoş olur.

Yə’ni şərab-i safii xalis xoşdur. Şol ləbən-i xalis xoş olduğu kimi ki, anda şaibe-yi tələvvüs yoxdur.

LÜĞƏT

Səfvət – saflıq, xalislik, təmizlik
Səfa – saflıq; rahatlıq; əyləncə; saf, duru; tamaşa,seyr
Sipas – şükür, həmd
Nöh kainat – doqquz aləm
Ləmyəzəl – həmişəlik, daimi, ölməz, əbədi
Əsnaf – siniflər
Aləm-i ədəm – yoxluq aləmi
Təxsis – həsr etmə, ayırma, birinə məxsus olma
Zakiyat – saf, təmiz, müqəddəslər
Məb’us – göndərilmiş, elçi
Təyyib – yaxşı, gözəl, xoşa gələn
Tahir – təmiz, pak
Kəmtər – lap az, azacıq; e’tibarsız
Nəhif – arıq, zəif
Bürhan – dəlil, isbat, çübut
Təqiyyə – məslək və e’tiqadın başqalarından gizlədilməsi; haramdan çəkinmək
Təvəccöh – rəğbət, meyl; bir şeyə tərəf dönmə
Mənaqib – mədh, tə’rif
Süləha – əmin, salamat olanlar; salehlər, yaxşı əməl sahibləri
Salik – bir təriqətə mənsub olan; bir yolu təqib edən
İntihal – sona çatdırılmış, bitmiş, tamamlanmış
Kəminə – aciz; həqir; kiçik
Mən’ – qadağan etmə, qabağını saxlama
Məvane’ – maneələr
Müqəyyəd – maraqlanan; sərbəst olmayan; bağlı
Mübtədi – başlayan, ilk
Mə’ni – məzmun, mövzu, məsələ, səbəb
Mütabiət – tabeçilik, ardıcıllıq
Masəvaullah – Allahdan başqa, Allahdan savayı
Xəşiyət – qorxu
Danatər – daha bilikli, çox bilən
Müqərrər – iqrar olunmuş, qərar verilmiş
Suri – zahiri, formal
Fe’l – iş, əməl
Hicab – örtük, pərdə
İxfa – gizlətmə
Əbrar – nəcib, müqəddəs adamlar
Müqərrəb – yaxınlaşmış, yaxın adam
Müzaf – qatılmış, əlavə edilmiş
Mətmə’ – arzu olunan, meyl olunan
Sifat-i raziyə – razılıq doğuran sifətlər
Sifati – mərziyə – bəyənilmiş sifətlər
Amm – kütlə, qara camaat
Xass –xüsusi, seçilmiş şəxslər
Mənam – yuxu, röya
Ləvame’ – parlayan şeylər
Müfariqət – ayrılma, bir-birindən uzaqlaşma
Rətb və yabis – mövcüd olan hər şey; yaş və quru
Mükəvvən – yaradılmış, xəlq olmuş
İstiğfar – bağışlanmasını istəmə; üzr istəmək
Əzim – böyük, ağır
Mübəddəl – dəyişdirilmiş, başqa formaya salınmış
Münhəsir – məhdud, yalnız bir şeyə və ya adama həsr edilmə
Ürfə – yaxşılıq, xeyir; adət, dəb
Föhş – söyüş, nalayiq söz
Münkər – inkar olunmuş, qəbul edilməyən
Də’vi – iddia, tələb; də’vət etmək
Məsx – şəklini dəyişib çirkin və pis hala salma
Mütəəsif– təəssüf edən
Mürəvviyyə – şəffaf, duru, saf
İba – razı olmama, rədd etmə
Mütəvəssit – orta halda olan; vasitəçi
Ülvi – yüksək, uca
Ərvah – ruhlar
Müqtəza – lazım olan, vacib
İstehsan – xoşlama, bəyənmə
Vüzuh – aydınlıq, aşkarlıq

BAB – 2
Bab – fəsil, hissə, mövzu
Bəyan – anlatma, söyləmə
Kəlamullah – Allahın sözü, Quran
Fəvaid – faydalar
Kəlmeyi – tövhid – Allahın birliyinə inam kəlmələri
Nafe’ – faydalı, xeyirli, mənfəətli
Müfid – faydalı; ibrətli; ibrətamiz
Müzəkkər – kişi kimi; kişi cinsi; erkək
Kəlme-yi təyyibə – yaxşı, gözəl kəlmələr
Lacərəm – şübhəsiz; nəhayət; lazımdır
Əflak – fələklər, fələklərin cəmi
Müstəqər – məqam, qərar tutulan yer
Dal – budaq
Rövze-yi rizvan – cənnət, behişt bağı
Aləm-i ülvi – yüksək, uca aləmlər
Aləm-i süfli – aşağı, alçaq aləmlər
Ənfüs – canlar, insanlar
Afaq – aləm, dünya; üfuqlar
Pərtov – ışıq, nur
Mişkat – çıraq qoyulan yer; taxça
Bəhcət – şadlıq, sevinc gözəllik
Fələq – şəfəq, dan; alaqaranlıq sübh
Səlasil – silsilələr, zəncirlər
Misbah – çıraq, lampa, fənər
Müfariqət – uzaqlaşma; bir yeri tərk edib getmə
Aləm-i ərvah – ruhlar aləmi
Aləm-i əsrar – sirlər aləmi
Qəllaş – ədəbsiz, hiyləgər, dərbədər
İttisal – möhkəm olma, yaxınlıq; birləşmə
Müttəsil – daimi, əbədi; arası kəsilmədən
İstima’ – dinləmə, eşitmə
Mütabiət – tabe olma; ardıcıllıq
Tələqqi – qəbul etmə, münasibət bildirmə; hesab etmə; görüşmə
Ümur – işlər, əmrlər
Qəvvas – dalğıc, üzgüçü; oxatanla silahlanmış döyüşçü
Yəd-i qüdrət – qüdrət əli
Səma’ –eşitmə; sufilərin musiqi və rəqs məclisi
Məzbələ – zibillik, zibilxana
Məslubül-ixtiyar – ixtiyarı əlindən alınmış
Məsnəd – mənsəb, taxt; dayaq
Təqva – mö’minlik
Əhdül-xass – seçilmişlərin iqrarı, əhdi, sözü, vədi
Təqərrüb – yaxınlıq, yaxın münasibət; yanaşma
Təzərrö’ – itaətkarlıq; yalvarıb- yaxarma
Məcruh –yaralı
Mə’ruf – mə’lum olan, məşhur
Xəşyət – qorxu
Saniyən – ikinci, ikinci olaraq
Salisən – üçüncü, üçüncü olaraq
Münhərif – bir tərəfə əyilən; dəyişmiş; əyri; sağlam olmayan
Ənva – növlər
Ənhar – çaylar, arxlar
Əşcar – ağaçlar
İşraq – parlatma, ışıqlandırma
Təsfiyə – saflaşdırma, durulaşdırma
Kəvakib – ulduzlar
Nəyyir – nurlu, parlaq
Əcram – səyyarələr, göy cismləri
Üluhiyyət – allahlıq
Xatəm – üzük; möhür; son
Təsərrüf – yiyələnmək, ələ keçirmək
Əqd – bağlama, tərtib etmə; kəbin
Müqəyyəd – bağlı, asılı; maraqlanan
Qeyd – bənd etmə; bağlama; qayğı
Təxliyə – boşaltma, boşaldılma
Tahir – təmiz, pak
Məmərr – keçiləcək yol, yer
Şaibə – ləkə, qüsur; bəla, müsibət; şəkk, şübh
Tələvvüs – bulaşma, çirkaba batma
İğva – azdırma, yolundan çıxarma
Münqəte’ – kəsilmiş, üzülmüş
Xaşak – çör-çöp, zir-zibil


0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home